 |
Gündəm
BMT AZƏRBAYCANIN ACLARINA YARDIM AYIRDI 2010-03-11 Bu təşkilatın statistikasına görə, ölkəmizdə yüz minlərlə adam doyunca yeməyə çörək tapa bilmir
|
BMT-nin Ümumdünya Ərzaq Proqramı Azərbaycanda və bir sıra digər MDB respublikalarında aclıq çəkən əhaliyə yardım üçün xüsusi proqramın icrasına başlayıb. Təşkilatın icraçı direktoru Cozet Şiran bəyan edib ki, yardım 1 milyona yaxın adamı əhatə edəcək. Yardım proqramının həyata keçirilməsinə dair sazişlər bağlamaq üçün Rusiyada səfərdə olan Şiran deyib ki, əhalisi aclıq çəkən ölkələrdə hökumətlər ilk növbədə ərzaq təhlükəsizliyinin qeydinə qalmalıdır. Şiran Rusiyanın iki ayrı proqram üzrə aclara yardım üçün 26.8 milyon dollar ayıracağını bildirib. Onun dediyinə görə, bu vəsait aclıq çəkən üçüncü dünya ölkələrinə taxıl və digər zəruri ərzaq mallarının alınması üçün sərf olunacaq. Eyni zamanda Rusiya hökuməti və vətəndaşları da aclıq çəkən ölkələrə yardımlar edərək bu proqrama dəstək verə bilərlər. Şiran Rusiyanın ayırdığı vəsait hesabına yardım alacaq ölkələrin adlarını da açıqlayıb. Onun dediyinə görə, həmin vəsait MDB üzrə aclıq çəkənlərdən təqribən 1 milyonuna yönəldiləcək. BMT nümayəndəsi deyib ki, hazırda aclıq MDB ölkələri arasında bu və ya digər dərəcədə Tacikistanda, Özbəkistanda, Türkmənistanda, Qırğızıstanda, Moldovada, Gürcüstanda, Ermənistanda və Azərbaycanda hökm sürür. Ümumiyyətlə BMT-nin hesablamalarına görə, dünyada 1 milyarddan çox insan doyunca qidalanmaq imkanlarından məhrumdur. Aclığın bu cür yüksək səviyyəsi insanlıq tarixində qeydə alınmayıb. “Planet əhalisinin hər 6-dan biri səhər yuxudan nə yeyəcəyini bilmədən ayılır. Qlobal iqtisadi böhran aclıq problemini dərinləşdirib, əhalinin gəlirləri azalıb, ərzaq qiymətləri isə artıb. Aclıq çəkənlərdən 60 faizdən çoxu qadın və qızlardır, qadınlar hamiləlik dövründə aclıq çəkdikləri üçün onların övladları ağıldan kəm dünyaya gəlir” deyə, Şiran bildirib. BMT-nin Ərzaq Proqramının direktoru deyib ki, təşkilat aclıqla mübarizədə əsas diqqəti məktəblərə ayırır. Onun bildirdiyinə görə, bir sıra ölkələrdə uşaqlar ancaq məktəblərdə onlara verilən pulsuz yeməklərin ümidinə qalır və gün ərzində başqa yemək yeyə bilmir. Tacikistanda bu cür uşaqların sayı 380 min nəfərdir, onlara BMT yardım etməyə çalışır. Şiran deyib ki, təşkilat bir sıra kasıb ölkələrdə qadın-fermerlərdən satmaqda çətinlik çəkdikləri kənd təsərrüfatı məhsullarını satın alır və onları Sudan, Əfqanıstan kimi ölkələrə göndərir. “Bu cür ölkələrdə yemək qızıla bərabərdir” deyə, Şiran bildirib. BMT-nin proqram direktoru onu da deyib ki, beynəlxalq təşkilatların nə qədər səy göstərməsindən asılı olmayaraq aclıqla mübarizədə həlledici söz həmin ölkənin hökumətlərindədir. Bir sıra ölkələr məhz hökumətlərin qətiyyətli siyasəti sayəsində aclığa qalib gələ biliblər: “Bir halda da ki, hökumətlər ölkələrində aclığın yolverilməz olduğu qənaətinə gəlir və bu problemin həllinə ciddi girişir, o zaman aclıq geri çəkilməli olur. Məsələn, Çin və Braziliyanı götürək. 20 il əvvəl bu ölkələr BMT-nin Ərzaq Proqramından yardım alırdı. Ancaq indi bu ölkələrdə aclıq çəkənlər demək olar ki, qalmayıb. Hazırda Ruanda, Malavi və Salvador da aclığa qarşı ciddi mübarizə aparır”. Qeyd edək ki, BMT-nin statistikasına görə, Azərbaycanda aclıq çəkənlərin sayı kifayət qədər böyük rəqəmlərlə ölçülür. İki il əvvəl bu rəqəm ölkə əhalisinin 20 faizini-yəni 1 milyon adamı əhatə edirdi. Son rəqəmlərdə aclıq çəkənlərin sayı nisbətən azalıb, ancaq yenə də yüksəkdir və təqribən 700 min nəfərə yaxındır. BMT-nin normalarına görə aclıq çəkən o insana deyilir ki, həmin şəxs gün ərzində insanın normal fəaliyyəti üçün zəruri olan qida rasionunu əldə edə və doyunca qidalana bilmir. Cozef Şiranın açıqlamasında da göründüyü kimi, BMT-nin Ərzaq Proqramı əhalisinin bir hissəsi aclıq çəkən ölkələr arasında Orta Asiyanın ən kasıb ölkələri ilə yanaşı, Azərbaycanı da göstərib. Bu da ölkədə iqtisadiyyatın dünyada ən sürətlə artması haqda deyilənlərin fonunda acınacaqlı mənzərədir. Azərbaycan kimi zəngin sərvətlərə malik ölkədə sayından asılı olmayaraq aclıq çəkənlərin mövcud olması, ölkə əhalisinin bir qisminin BMT-nin Ərzaq Proqramının yardımlarına ehtiyac duyması kifayət qədər məyusedicidir. Siyasət şöbəsi 1790 dəfə baxılıb
|
[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR [11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL [11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB? [11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK [11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK” [11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ [10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI [10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ [10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ [10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI [10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR [10.02.2012] - AVROPA BİRLİYİNİN “EUROVİSİON” VİZASI İSTƏYİ [10.02.2012] - AĞLAYAN SİYASƏTÇİLƏR [10.02.2012] - AZƏRBAYCANLI YAZIÇI PUTİNİN SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏSİ OLDU [10.02.2012] - TÜRKİYƏ ORDUSUNUN RƏHBƏRİNİN BAKIYA SƏFƏRİ BAŞA ÇATDI [10.02.2012] - ƏCNƏBİ ORDULARDAKI ZƏRİF “ÖLÜM MƏLƏKLƏRİ” [10.02.2012] - ““ŞAHDƏNİZ”DƏ BAŞ VERƏN HADİSƏ HAVA ŞƏRAİTİ İLƏ BAĞLI DEYİLDİ” [10.02.2012] - BAŞ NAZİRLƏ YAZIÇININ SÖZ DUELİ ARXIV
|