12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

SPİKER QUDASININ OĞLUNU İŞDƏN ÇIXARDI

2010-03-11

Hakimiyyət düşərgəsində görünməmiş olay
İlham Qocayev Milli Məclisdəki vəzifəsindən azad edilib; icra başçısı Alı Qocayevin “fərmanı”nı verilmiş saymaq olar

Milli Məclisin sədri Oqtay Əsədov qudası, Binəqədi rayonunun icra başçısı Alı Qocayevin oğlu İlham Qocayevi işdən azad edib. Aydınlıq üçün bildirək ki, İlham Qocayev spikerin kürəkəninin qardaşıdır. Qeyd edək ki, İ.Qocayev Milli Məclis Aparatında məsul vəzifədə - qəbul şöbəsinin müdir müavini vəzifəsində çalışıb. Bir neçə gün öncə o, tutduğu vəzifəsindən azad edilib. Nəzərə çatdıraq ki, Alı Qocayevin mövqelərinin zəiflədilməsinə xeyli öncədən başlanılıb. Onun gözdən düşdüyü, barəsində xeyli kompromatlar toplandığı bildirilir.

Hələlik onun konkret olaraq hansı hərəkətinə görə nüfuzdan düşməsi bəlli deyil. Lakin fakt bundan ibarətdir ki, Binəqədi rayonunda A.Qocayevin vəzifələrə yerləşdirdiyi şəxslərin demək olar ki, hamısı işdən çıxarılıb. İki il öncə A.Qocayevin “krışalığı” altında fəaliyyət göstərən Rəsulzadə qəsəbəsinin bələdiyyə sədri Məcnun Əliyev isə həbs edildi. Həmin ərəfədə Alı Qocayevin də həbsi gözlənilirdi, onun məsuliyyətə cəlb edilməsi istiqamətində iş gedirdi. Lakin sonradan işə spiker Oqtay Əsədovun qarışdığı, bundan sonra Qocayevin həbsdən yayınmasının mümkün olduğu barədə iddialar var. Bizə çatdırılan bir məqamı da qeyd edək ki, A.Qocayevlə O.Əsədov quda olsalar da, onların isti münasibətləri yoxdur. Ona görə də A.Qocayevin həbsi məsələsi ortaya çıxanda xeyli müddət spikerin buna qarışmadığı, yalnız digər qohumların xahişindən sonra ona kömək etməyə razılıq verdiyi bildirilirdi. Həmçinin o da qeyd edilirdi ki, spiker bir daha Alı Qocayevlə bağlı məsələyə qarışmayacağını deyib...
2009-cu ilin bələdiyyə seçkiləri ərəfəsində A.Qocayevin mövqeləri bir az da zəiflədildi, onun adamları bələdiyyə sədri ola bilmədilər. Görünür, indi onunla bağlı məsələ qətiləşib.
Azərbaycanda bir qayda olaraq sıradan çıxarılması planlaşdırılan məmurların məsələsini mərhələ ilə həll edirlər. Öncə onun vəzifələrdə çalışan yaxınlarını işdən azad edir, ətrafını təmizləyib müqavimətsiz hala gətirir, ardınca biznesini sıradan çıxarır və ən nəhayətdə özünü işdən çıxarırlar. Bundan sonra hər hansı bir kiçik səhv buraxdığı təqdirdə isə onu həbsə atırlar.
Belə görünür ki, hazırda A.Qocayevin ətrafının təmizlənməsi prosesi başlayıb. Onun oğlunun işdən çıxarılması sadə məsələ hesab oluna bilməz. Ortada belə bir iddia da var ki, İlham Qocayevin işdən çıxarılması tələbi Alı Qocayevlə bağlı siyasi qərardan qaynaqlanır. Nə qədər soyuq münasibətləri olsa da, qudasının oğlunu işdən çıxarmaq spiker üçün uğurlu bir iş ola bilməzdi. Görünür, bu, spikerin iradəsindən asılı olmayan bir məsələdir.
Lakin bunun tam əksini iddia edən məlumatlar da var. Belə ki, guya i.Qocayev spikerlə qohumluq əlaqələrindən sui-istifadə edərək işə vaxtı-vaxtında gəlmirmiş, vəzifəsindən, spikerin adından şəxsi məqsədləri üçün istifadə edirmiş. Onu məhz bu hərəkətlərinə əsasən işdən qovublar.
İstənilən halda, baş verənlər sıradan bir hadisə deyil. Belə anlaşılır ki, Alı Qocayevin “qələmi” tam qırılıb və onun da icrası, bir növ yüksək dövlət vəzifəsində çalışan qohumuna həvalə edilib. Hörmətli Oqtay Əsədov öz yaxın qohumunu Milli Məclisə onu nə zamansa işdən qovmaq üçün götürməyib. Bu baş veribsə, artıq ortada Alı Qocayevdən bir şey qalmayıb demək olar. Belədə Binəqədinin İcra Hakimiyyətinin başçısının yaxın günlərdə dəyişdiriləcəyini iddia etmək mümkündür.

M.MAHRIZLI

6986 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

[11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

[11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

[11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ

[10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

[10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ

[10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ

[10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI

[10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR

ARXIV

Yeni MÜSAVAT © 2008