13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

TƏHSİL NAZİRİNDƏN “YENİ MÜSAVAT”a İLGİNC TƏKLİF

2010-03-11

Misir Mərdanov: “Direktorluğa layiqli adamlarınız varsa, təqdim eləyin, baxaq”
“Əlövsət Osmanlını Allaha tapşırmışam”

Təhsilin səviyyəsi, bu sahədəki neqativ hallar ölkə mediasının əsas diqqət yetirdiyi məsələlərdəndir. Bu səbəbdən bir qayda olaraq təhsil naziri Misir Mərdanov mətbuatın suallarına tuş gəlir. Dünənki cəhdimizdə nazir telefon zəngimizə Türkiyədən cavab verdi. Bildirdi ki, Avropanın təhsil nazirlərinin boloniya prosesi ilə bağlı toplantısında iştirak etmək üçün səfərə gedir: “Slavyan Universitetinin rektoru Kamal Abdulla, bir tələbəsi və nazirlikdən 3 nəfər bu tədbirə qatılacaq. Gələn həftə Allah qoysa, vətənə qayıdacağıq”.

- Misir müəllim, işdən çıxarılan məktəb direktorları ilə bağlı nə deyə bilərsiniz?

- 9 nəfər işdən çıxarılıb. 5 nəfər də şiddətli töhmət alıb.

- Mətbuat yazılarının bu işdə sizə dəstəyi oldumu?

- Çox ciddi köməyi oldu. Bizim bu təmizləmə əməliyyatımız davam edəcək. Onu da yaza bilərsiniz ki, nazirlikdə heç bir zaman qaynar xətt şöbəsi yaradılmayıb. Ancaq bir-iki aya qaynar xətt xidməti şöbəsi yaradılacaq. Orda üç dənə daimi işləyən telefon xətti olacaq. Bu xəttə adamlar oturacaq və zəngləri qəbul edəcəklər. Həmin adamlar özləri xüsusi hazırlanacaq, treninqlərdən keçəcək. Onlar ərizə və şikayətlərə operativ cavab verəcəklər, bizim işimizə kömək edəcəklər.

- Təhsil sahəsindəki neqativ hallarla mübarizədə mətbuatdan daha nə gözləntiləriniz var?

- Mətbuatla bağlı belə bir tövsiyəm var ki, Azərbaycanın, təhsilin mənafeyini heç bir şeyə dəyişməsinlər. Onu şəxsi mənafedən, hər bir mənafedən üstün tutmaq lazımdır. Söhbət Azərbaycanın mənafeyindən gedəndə bütün digər narahatçılıqlar və narazılıqlar bir kənara atılmalıdır, Azərbaycanın, onun təhsilinin mənafeyi üstün tutulmalıdır. Təhsil haqqında mənfi şeylərdən daha çox müsbət şeylər işıqlandırılmalıdır ki, camaat işığa baxsın getsin. Qaranlığa baxıb hara gedəcək ki? Mənim yaxşı müəllimim də, məktəbim də, universitetim də var. Əlbəttə, problemlər də var. Mənim tövsiyyəm ondan ibarətdir ki, jurnalistlər bu işdə kömək istiqamətində iş aparsın. Daha onu, bunu qaralamaq lazım deyil. Mən xahiş edirəm, bu sözlərimi olduğu kimi yazın. Yaxşılarımız çoxdur və biz o yaxşıların işığında irəliyə gedirik. Sən də, mən də Azərbaycanda təhsil almışıq. Heydər Əliyev demişdi ki, biz su içdiyimiz quyuya tüpürməməliyik. Biz hamımız Azərbaycan təhsil quyusunun suyunu içirik. Yazmağı, oxumağı, müxtəlif yerlərdə fikir irəli sürməyi, elmi tədqiqatlar aparmağı öyrənmişik. İndi bizim hamımız o quyuya tüpürsək, onda biz kor olarıq. Biz su içdiyimiz həmin müqəddəs quyuya tüpürməməli, onun keşiyini çəkməliyik, onun yanında durmalıyıq. Ancaq təəssüf ki, bir çox hallarda biz tərsinə addım atırıq, xarici ölkələrin, müxtəlif qurumların fitnələrinə gedirik. Ancaq getməmək lazımdır. Bizim nümunəvi müəllimlərimiz və məktəblərimiz var, onları ruhdan salmamalıyıq. Heç olmasa hərdən yaxşı bir müəllimin adını çəkmək lazımdır. Məgər bizim yaxşı müəllimimiz, yaxşı məktəbimiz, yaxşı işimiz yoxdurmu?

- Təhsil eksperti Əlövsət Osmanlı ilə bağlı məsələni məhkəmə müstəvisinə çıxartmadan, barışıqla həll etmək olmazdımı?

- Əlövsət Osmanlı bütün barışıq yollarını özü kəsdi. O, beş il bundan qabaq məni özünün ağsaqqalı, müəllimi hesab edirdi. Bu günsə məni təhqir edir. Onun son iki il ərzində “Azadlıq” qəzetində mənim haqqımda yazdıqlarını oxu, ondan sonra danışaq. O, körpüləri özü sındırıb, mənim onunla heç bir davam yoxdur. Özü də onu bərpa edəndən sonra biz onunla o söhbəti eləyə bilərik. Mən Əlövsətlə hər axşam üzbəüz gəlirəm. Mən ona bu yanlış yoldan çəkilməyi təklif edirəm. Düz yola gəlsin.

- Siz özünüz də vaxtaşırı təhsildəki problemlərlə bağlı tənqidlər səsləndirirsiniz və tənqidə açıq olduğunuzu bildirirsiniz.

- Tənqidə mən tam açığam. Ancaq gərək təhqir olmasın.

- Dövlət başçısı da heç vaxt mətbuat yazılarına görə məhkəməyə müraciət etməyin tərəfdarı olmadığını bildirib. Bu mənada məsələni məhkəməyə çıxarmaq düzgün anlaşılmır...

- Yox, daha bu, həddi keçib. O, mənim şəxsiyyətimi təhqir edir ki, bunun oğlu-qızı, ailəsi yoxdurmu, niyə bunun ağlını başına qoymurlar? Sənin haqqında belə şey yazılsa, nə düşünərsən? O, mənim övladım yerində olan adamdır. Özü də bir dəfə yazmır, iki ildir davam edir. Ancaq mənim şəxsən ona qarşı heç bir iddiam yoxdur. Prorektoru, ibtidai sinif müəllimini təhqir edib, onlar da onu məhkəməyə verib. Getsin, cavab versin, mən o işlə bağlı heç nə deyə bilmərəm. Mən onu məhkəməyə verməmişəm və vermək fikrim də yoxdur. Mən onun bütün hərəkətlərini Allaha tapşırmışam. Qoy Allah özü onun cəzasını versin. Başqa bir şey demirəm.

- Vəzifəsindən azad edilən məktəb direktorlarının yerinə təyinat zamanı korrupsiya hallarının baş verə biləcəyi ehtimal olunur. Bununla bağlı nə deyə bilərsiniz?

- Mən tam səmimi deyirəm ki, Bakı şəhərində məktəb direktorları ilə bağlı heç bir korrupsiya elementi ola bilməz. Bu işə şəxsən mən cavabdehəm və mənim qərarımla bu iş icra olunur. Bir adam da başqa bir adla ora daxil ola bilməz. Layiqli adamlarınız varsa, təqdim eləyin, baxaq. Tam ciddi sözümdür. 20 nömrəli məktəb iki aydır boşdur. Mən ora layiq olan adam axtarıram, tapa bilmirəm. Namizəd varsa, təqdim eləyin, baxaq.

- Maraqlı təklifdir, ola bilsin ki, təhsil ekspertləri ilə də məsləhətləşib sizə namizədlərimizi təqdim etdik.

- Mən təklifləri qəbul etməyə hazıram.

Elşad PAŞASOY

2083 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM

[13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT

[13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS

[13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR”

[13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI

[13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI

[13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI

[13.02.2012] - İSA QƏMBƏR - 55

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

ARXIV

Yeni MÜSAVAT © 2008