 |
Gündəm
NOVRUZ BAYRAMINDA ƏFV OLACAQ 2010-03-11 Elmira Axundova: “Bəzi məhbuslar azadlığa çıxıb ailələrinə qovuşacaq”
|
Novruz bayramı münasibətilə əfv fərmanının imzalanacağı gözlənilir. Bu barədə APA-ya Prezident yanında Əfv Komissiyasından məlumat daxil olub. Həmin məlumatda deyilir ki, artıq komissiyanın iclaslarının başlanması haqda qərar verilib və Novruz bayramına kimi komissiyanın bir neçə iclası keçiriləcək, yekun siyahı dövlət başçısına təqdim olunacaq. Dünən günün ikinci yarısında isə Əfv Komissiyasının iclası keçirilib. Komissiya üzvü Elmira Axundova qəzetimizə açıqlamasında dedi ki, komissiyaya daxil olan ərizələrin sayı çoxdur: “İş gedir. Komissiyanın bir neçə iclası olmalıdır. İnşallah, Novruza qədər bəzi məhbuslar azadlığa çıxıb ailələrinə qovuşacaq”. E.Axundova dedi ki, ömürlük məhbuslarla bağlı ərizələrə hələlik baxmayıblar: “Bilmirəm, bəlkə gələn iclasda nəsə olacaq. Bugünkü (dünənki-red.) iclasda ailə-məişət zəminində, hərbi xarakterli cinayət törədən, təsadüfən yol hərəkət qaydalarını pozan məhbusların məsələsinə baxdıq. Müzakirələr davam edir. Sənədlər də çoxdur. Bu həftə yəqin ki, işləyəcəyik”. Əfv Komissiyasından qəzetimizə onu da deyiblər ki, Novruz münasibətilə əfv fərmanının imzalanacağı artıq dəqiqləşib. Növbəti iclasda yekun siyahı dəqiqləşdirilib dövlət başçısına təqdim olunacaq. Modern.az isə yazır ki, Əfv Komissiyasının üzvləri arasında bəzi məhkumların müraciətləri ilə bağlı mübahisə yaranıb. Komissiyanın üzvü olan hüquq-mühafizə orqanlarının rəhbərləri adı əfv siyahısına salınması gözlənilən bəzi məhkumların azadlığa buraxılmasını istəmir. Onlar bildirib ki, 4-5 il axtarışda olan, hüquq-mühafizə orqanlarının çətinliklə yaxaladığı məhkumlar azadlığa buraxılmamalıdır. Xatırladaq ki, 1998-ci ilin fevralında Azərbaycanda ölüm hökmü ləğv olunub. 2000-ci ildə qəbul edilən Cinayət Məcəlləsində güllələnmə ömürlük həbs cəzası ilə əvəzlənib. Bundan sonra Milli Məclisin qərarı ilə əvvəllər güllələnməyə məhkum olunanların hamısının cəzası avtomatik şəkildə ömürlük həbsə dəyişdirilib. Hazırda Azərbaycanda güllələnmə cəzası ömürlük həbslə dəyişdirilmiş 85 məhbus var. Bəzi hüquq müdafiəçiləri hesab edir ki, bu məhbusların bir qisminin cəzası müddətli həbslə əvəz olunmalıdır, çünki onların məhkum olunduğu dövrdə ömürlük həbs kimi cəza növü olmayıb. 2007-ci il aprelin 16-da Avropa Şurası 1545 saylı qətnamə qəbul edib. Sənəddə göstərilir ki, Azərbaycan 2000-ci ilədək cinayət törədib barələrində ömürlük həbs cəzası çıxarılan şəxslərin cəzasını daha yüngül cəzalarla əvəzləmək məsələsinə baxmalıdır. Əfv Komissiyasının üzvü, millət vəkili Azay Quliyev “Media forum”a bildirib ki, bu məsələ müxtəlif dövrlərdə komissiyada müzakirəyə çıxarılıb: “Komissiyanın bütün üzvləri çalışıb ki, onlara kömək etsin. Bu məsələyə birmənalı yanaşmaq çox çətindir. Çünki ömürlük həbs cəzası alanlar arasında elələri var ki, onların əməllərinin dairəsi, nəticəsi, ictimai təhlükəliliyi çox dəhşətlidir. Onların işinə yenidən baxmaq, cəzalarını müddətli həbslə əvəz etmək mənəvi baxımdan çox çətindir. O şəxslərin törətdiyi cinayət nəticəsində zərər çəkmiş şəxslərin hüquqlarını və mənəvi sarsıntılarını göz önünə almaq lazımdır”. A.Quliyev deyib ki, dövlət üçün bütün vətəndaşların hüquqları eynidir: “Düzdür, bu haqda qərar vermək mənim səlahiyyətlərimə aid deyil. Bununla bağlı qərarı komissiyanın ümumi tövsiyəsi əsasında prezident verə bilər”. Avropa Şurasının bu məsələ ilə bağlı qətnaməsini yerinə yetirmək istiqamətində Azərbaycanın addımlar atdığını vurğulayan A.Quliyev deyib ki, sonradan cəzası ömürlük həbslə əvəz edilmiş məhkumların əksəriyyətinin işinə məhkəmə yenidən baxıb: “Onların bir necəsinin cəzası 15 illik həbs cəzası ilə əvəz olunub. Hətta elələri olub ki, Əfv Komissiyasının tövsiyəsi əsasında prezident tərəfindən əfv edilərək azadlığa buraxılıb. Bu da onu göstərir ki, Azərbaycan Avropa Şurasının tövsiyələrini ciddi qəbul edir və onun üzərində işləyir. Azərbaycanda qanunvericilik, xüsusən əfv haqqında əsasnamə çox humanistdir. Ömürlük həbs cəzası alan şəxslər 15 il cəza çəkəndən sonra əfv üçün müraciət etmək hüququ qazanır. Elə etməliyik ki, həm hüquq sistemi zədələnməsin, həm də cinayət və cəza prinsiplərinin balansı pozulmasın”. Leyla İLQAR 1067 dəfə baxılıb
|
[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR [11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL [11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB? [11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK [11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK” [11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ [10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI [10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ [10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ [10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI [10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR [10.02.2012] - AVROPA BİRLİYİNİN “EUROVİSİON” VİZASI İSTƏYİ [10.02.2012] - AĞLAYAN SİYASƏTÇİLƏR [10.02.2012] - AZƏRBAYCANLI YAZIÇI PUTİNİN SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏSİ OLDU [10.02.2012] - TÜRKİYƏ ORDUSUNUN RƏHBƏRİNİN BAKIYA SƏFƏRİ BAŞA ÇATDI [10.02.2012] - ƏCNƏBİ ORDULARDAKI ZƏRİF “ÖLÜM MƏLƏKLƏRİ” [10.02.2012] - ““ŞAHDƏNİZ”DƏ BAŞ VERƏN HADİSƏ HAVA ŞƏRAİTİ İLƏ BAĞLI DEYİLDİ” [10.02.2012] - BAŞ NAZİRLƏ YAZIÇININ SÖZ DUELİ ARXIV
|