12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

BAKIDA BİR MƏKTƏB YANIB KÜL OLDU

2010-03-11

Sabunçu rayonundakı 67 saylı orta məktəbin 1000 şagirdi ölümdən döndü; təhsil müəssisəsinin sənədləri də yanıb

Dünən Bakının Sabunçu rayonundakı 67 saylı orta məktəbin binasında yanğın baş verib. “Yeni Müsavat”ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğının söndürülməsinə 20-yə yaxın yanğınsöndürən maşın cəlb olunub. Bu vaxt ərazidə avtomobil tıxacları yaranıb. Hətta yanğınsöndürən maşınlar da tıxacda qalıb.

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov bildirib ki, yanğın saat 17:30-da baş verib. Yanğın binanın 500 kv.metr ərazisini əhatə edib. Binanın dam örtüyü və 3-cü mərtəbə yanıb. Yanğın nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürə bilib. Yanğınsöndürənlərin dediyinə görə, havanın küləkli olması yanğının yayılmasına səbəb olub. Yanğının nədən baş verdiyi hələ dəqiq bilinmir.
Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyeva və onun müavinləri dünən dərhal hadisə yerinə gediblər. Məktəbin direktoru İradə Bayramova jurnalistlərə bildirdi ki, 3 mərtəbəli binanın 3-cü mərtəbəsi tamamilə sıradan çıxıb. Direktor dedi ki, buna baxmayaraq sabahdan (bu gündən - red.) dərslərin bərpa olunması, şagirdlərin təhsilini rayonun digər məktəblərində davam etdirməsi istisna deyil. O əlavə etdi ki, məktəbin binası 1897-ci ildə Nobel qardaşları tərəfindən tikilib.
BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı isə APA-ya fərqli tarix söyləyib. Deyib ki, bu məktəb Bakının ən köhnə məktəblərindəndir, 1925-ci ildə tikilib: “İlkin məlumata görə, yanğın məktəbin 3-cü mərtəbəsindən başlayıb və dam örtüyünə keçib. Az sonra yanğın məktəbin qalan mərtəbələrini də bürüyüb. Məktəb üç növbəlidir, orada 2000-dək şagird təhsil alır. Yanğın başlayanda məktəbdə 1000 şagird olub. Amma xoşbəxtlikdən, şagirdlər 3-cü mərtəbədə olmayıb. Aşağı mərtəbələrdəki 1000-ə qədər məktəbli isə dərhal evakuasiya edilib”.
Z.Əliqızı bildirib ki, məktəb son illərdə əsaslı təmir olunmayıb: “Son məlumata görə, məktəbin bütün binası sıradan çıxıb. Məktəbin bütün əsas sütunları taxtadan olduğuna görə yanğın bütün binanı əhatə edib və bu səbəbdən alovu söndürmək mümkün olmayıb. Nəticədə məktəb binası bütün avadanlıqları ilə birgə məhv olub. Hətta məktəbin sənədləri də yanıb”.
Z.Əliqızı lent.az-a deyib ki, məktəb binasının sıradan çıxması ilə əlaqədar şagirdlərin bu gündən yaz tətilinə buraxılması barədə qərar qəbul edilib. O, tətil müddətində, yəni martın 26-dək şagirdlərin yaxınlıqdakı məktəblər arasında bölüşdürülməsi məsələsinin həll ediləcəyini və növbəti rübdə şagirdlərin müvafiq məktəblərdə təhsillərini davam etdirəcəklərini söyləyib.
Son məlumata görə, məktəbin direktoru İ.Bayramovanın səhhətində problemlər yaranıb. O, hadisənin şokundan, yaşadığı gərginlik və həyəcandan özünü pis hiss edib.
Mövzuya qayıdacağıq.

Samir KAZIMLI

1832 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

[11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

[11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

[11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ

[10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

[10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ

[10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ

[10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI

[10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR

[10.02.2012] - AVROPA BİRLİYİNİN “EUROVİSİON” VİZASI İSTƏYİ

[10.02.2012] - AĞLAYAN SİYASƏTÇİLƏR

[10.02.2012] - AZƏRBAYCANLI YAZIÇI PUTİNİN SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏSİ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008