|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Ukrayna Ali Radası baş nazir vəzifəsinə Nikolay Azarovun namizədliyini qəbul edib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, prezidentin bu barədə təqdimatı 242 millət vəkili tərəfindən dəstəklənib. Baş nazir Yuliya Timoşenko 237 səs, onun başçılıq etdiyi Nazirlər Kabinetinin üzvləri isə 238 səslə vəzifələrindən kənarlaşdırılıblar. Parlament 240 səslə yeni Nazirlər Kabinetinin tərkibini təsdiqləyib. Xatırladaq ki, Ukrayna Ali Radasında qərar qəbul etmək üçün azı 226 səsə ehtiyac var. Nikolay Yanoviç Azarov 1947-ci ildə Rusiyanın Kaluqa şəhərində dünyaya gəlib. Moskva Dövlət Universitetini bitirib. İxtisası geoloq-geofizikdir. Ukrayna Nazirlər Kabinetinin Valyuta-Kredit Şurasının üzvü, Ali Radanın Büdcə komitəsinin sədri, Ukrayna Dövlət Vergi Administrasiyasının sədri, maliyyə naziri, baş nazirin 1-ci müavini vəzifələrində çalışıb. 2001-ci il martın 5-də Regionlar Partiyasının sədri seçilib, lakin yarım il sonra sədrlikdən istefa verib. Son prezident seçkilərində Viktor Yanukoviçin seçki qərargahının rəhbəri olub. Geologiya-mineralogiya elmləri doktoru, professor N. Azarov Ukrayna Elmlər Akademiyasının müxbir üzvüdür.
1596 dəfə baxılıb
|
[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR [12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI [12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB” [11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR [11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL [11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB? [11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK [11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK” [11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ [10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI [10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ [10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ [10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI [10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR [10.02.2012] - AVROPA BİRLİYİNİN “EUROVİSİON” VİZASI İSTƏYİ [10.02.2012] - AĞLAYAN SİYASƏTÇİLƏR [10.02.2012] - AZƏRBAYCANLI YAZIÇI PUTİNİN SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏSİ OLDU [10.02.2012] - TÜRKİYƏ ORDUSUNUN RƏHBƏRİNİN BAKIYA SƏFƏRİ BAŞA ÇATDI |
| Yeni MÜSAVAT © 2008 |
|