12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

PƏNAH HÜSEYN PREZİDENTƏ MƏKTUB YAZIB

2010-03-12

Millət vəkili: “İnsanlar mütəşəkkil cinayətkar dəstə ilə üzbəüz qalıblar və təcili köməyə möhtacdırlar”

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun imzaladığı, tam mətni qəzetimizin ötən saylarında dərc edilən 100 milyon manatlıq maxinasiya sənədi barədə artıq ölkə başçısına müraciət edilib. Bu barədə əməkdaşımıza millət vəkili Pənah Hüseyn məlumat verib.

Qeyd edək ki, bundan əvvəl məsələ Müsavat deputat qrupu adından parlament rəhbərliyinin də nəzərinə çatdırılmışdı. Evi yıxılan, cüzi kompensasiya təklif edilən 100-dən çox vətəndaş da P.Hüseynin qəbulunda olmuşdu. Sözügedən sənəddə isə söhbət “Qış bulvarı” salınacaq ərazidə yaşayan insanlara veriləcək kompensasiyaların ağlasığmaz metodlarla mənimsənilməsindən gedir.
Dünən isə P.Hüseyn Müsavat deputat qrupu adından ölkə başçısı İlham Əliyevə rəsmən müraciət edib. Prezidentə ünvanlanan məktubun tam mətnini nəzərinizə çatdırırıq:

“Hörmətli cənab prezident.
Bakı şəhəri, Heydər Əliyev adına Sarayın arxasındakı Fizuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşov küçələrinin əhatəsində olan sahədəki binalarda yaşayan və həmin sahədə mülkiyyəti olan yüzlərlə sakin mənə və digər deputatlara müraciət edib. Sakinlər Bakı Şəhər İcra Hakimiyyəti və polis əməkdaşları tərəfində mənzil toxunulmazlığı və mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasından şikayət edərək, onların harayını respublika prezidenti və ali hakimiyyət orqanları nümayəndələrinə çatdırmağı xahiş etmişlər. Vətəndaşların bu müraciəti əsasında 05 mart, 2010-cu il tarixdə bir neçə deputatla birlikdə həmin ərazidə onlarla görüşmüşəm və 06 mart tarixində Milli Məclisin qəbul otağında 100-ə yaxın sakini qəbul etmişəm.
O ərazidə olarkən eşidib-gördüklərimiz və qəbul etdiyimiz sakinlərin dedikləri və təqdim etdikləri sənədlər adamı sözün həqiqi mənasında dəhşətə gətirir. Dünyanın müasir siyasi mədəniyyətdən uzaq olan ibtidai cəmiyyətlərində belə vətəndaşın hüququnun bu şəkildə ayaq altına salınmasını təsəvvür etmək mümkün deyil. Qeyd etməyi lazım bilirəm ki, şikayətçilərin dedikləri bir tərəfə, söküntü ərazisində olarkən orada olan və Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi və bütün bu işlərə təhkim edilmiş vəzifəli şəxs olduğunu bildirən Zülfəli Qasımov adlı şəxsin dedikləri və hərəkətləri təəssüratımızı eynən təsdiqlədi. Həmin şəxs özünə tam arxayın şəkildə sakinləri acgözlükdə, varlanmaq istəməkdə ittiham edir və hədələyirdi. Zülfəli Qasımov və onun dəstəsi özünü bir dövlət məmuru kimi yox, keçən əsrin 60-70-ci illərində hind filmlərində seyr etdiyimiz quldurlar kimi aparır və bunu bir neçə deputatın yanında çəkinmədən edirdi. Yüksək rütbəli zabitlər də daxil olmaqla iri bir polis dəstəsi də ona dəstək verirdi. Sakinlər səsini ucaldanların həbs edildiyini, polis bölməsinə aparılıb təzyiqə məruz qaldıqlarını, naməlum adamlar tərəfindən hədələndiklərini bildirirlər.
İlkin araşdırma göstərib ki, 2008-ci ilin avqustundan başlayan və külli miqdarda dövlət vəsaitinin xərclənməsini nəzərdə tutan, minlərlə vətəndaşın taleyi ilə bağlı bu respublika əhəmiyyətli, irimiqyaslı iş hansısa fiziki şəxs olan Kazımov Rüfan Habil oğluna həvalə edilib. Lakin on milyonlarla manat dövlət vəsaitinə sərəncam verən həmin şəxsi bu vaxta qədər heç kim görməyib və tanımır. Onun əvəzinə bu işi yuxarıda adını çəkdiyim Zülfəli Qasımov aparır. Daha doğrusu, o, prezidentin və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun, hökumətin adından sakinləri terror edərək onları özünün göstərdiyi dəllal, makler və sair vasitəçilərlə əmlaklarını ucuz qiymətə satdırmaq istəyir. Sakinlər güman edirlər ki, sonradan onların əmlakı daha yüksək qiymətə sənədləşdirilərək onlara çatası vəsait mənimsənilir.
Vətəndaşlarda bu qənaəti yaradan odur ki, onlarla heç bir rəsmi müqavilə bağlanmır, xəbərdarlıq, bildiriş, təklif verilmir, ümumiyyətlə, hər hansı rəsmi sənəd təqdim edilmir ki, onlar heç olmasa məhkəməyə müraciət edə bilsinlər.
Sakinlər, habelə ərazidə özəlləşdirilmiş torpaq sahəsi və obyekti olan mülkiyyətçilər ilkin dövrdə söküntülərə hər kvadratmetr üçün 4 (dörd) min dollar ödənəcəyi və hazırda yəhudi milliyyətindən olan vətəndaşlara bu qədər ödənc verildiyini əsas göstərərək dediklərinə sübut gətirirlər. Məlum olub ki, ərazidə yerləşdikləri və faktiki yaşadıqları sahələrə sənədi olmayan vətəndaşlar olsa da çoxları hələ sovet dönəmindən əvvəl və sovet dönəmində burada mülk sahibi və onun altındakı torpağın mülkiyyətçisi olan şəxslərdir və onların  hüquqları xüsusi amansızlıqla pozulur.
İnsanlar açıq-aydın dövlət maşınından şəxsi mənfəəti üçün istifadə edən və bu ərazidəki mülkiyyətin alınması üçün ayrılmış vəsaitin əhəmiyyətli hissəsini mənimsəmək istəyən mütəşəkkil cinayətkar dəstə ilə üzbəüz qalıblar və təcili köməyə möhtacdırlar. İnsaf, vicdan, ədalət, hüquq, qanun tələb edir ki, onlara kömək göstərilsin. Hadisənin mahiyyəti haqqında və özbaşınalığa məruz qalmış şəxslərin tələbləri bu müraciətə əlavə edilən iki sənəddə kifayət qədər aydın əks olunub.
Təcili olaraq məsələyə müdaxilə etməyinizi və problemin araşdırılıb vətəndaşların pozulan hüquqlarının bərpa edilməsi, təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi, eyni zamanda həmin sahədə aparılan iş, salınacaq bağ-park kompleksi, köçürülmə üçün ayrılmış vəsait və onun sərfiyyatı haqqında məlumatların ictimaiyyətə çatdırılması, ehtimal olunan ciddi korrupsiya hallarının araşdırılması üçün tapşırıq verməyinizi xahiş edirəm.
(Qoşma: sakinlərin müraciətinin və BŞİH başçısının 24.09.2008-ci il tarixli 511 saylı sərəncamının surəti - 4 v.).

Hörmətlə: Pənah Hüseyn”

Millət vəkili onu da bildirdi ki, məktub dünən artıq ünvanına göndərilib.

E.PAŞASOY

3495 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

[11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

[11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

[11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ

[10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

[10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ

[10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ

[10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI

[10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR

ARXIV

Yeni MÜSAVAT © 2008