13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

ƏSGƏRLƏRİMİZI İRANDA QUL KİMİ İŞLƏDİRLƏR

2010-03-12

Vasif Talıbovun “qaranlıq adasında” baş verən olaylar əndazəyə sıgmır; ordumuz beynəlxalq mafiyaya təslim edilib

Naxçıvan Muxtar Respublikasında Vasif Talıbovun törətdiyi əməllər dillərdə dastandır və artıq oradakı qanunsuzluqların növləri ilə vətəndaşlarımızı təəccübləndirmək mümkün deyil. Ancaq bu günlərdə əldə etdiyimiz faktlar hətta bizi də heyrətləndirdi. Söhbət ondadır ki, bu faktlar əslində beynəlxalq qalmaqala səbəb ola bilər.

Adının çəkilməsini istəməyən mənbədən aldığımız məlumata görə, Azərbaycan ordusunun Naxçıvanda yerləşən hərbi hissələrinin əsgər və zabitləri... İran İslam Respublikasında qul əməyinə cəlb edilir! Bəs bir dövlətin əsgəri hər hansı dövlətlərarası razılaşma olmadan qonşu dövlətin ərazisinə necə keçirilir? Bəlkə bizim əsgərlər oraya Güney Azərbaycan milli hərəkatına dəstək üçün keçiblər? Təəssüf ki, belə ironik yanaşmaların yeri deyil. Dövlətimizin əsas dayaqlarından biri olan ordunun alçaldılması faktı ürəyimizi ağrıdır. Gəlin mənbənin bizə çatdırdıqlarını birgə oxuyaq. Bu açıqlamalarda əsgərlərimizin İrana necə keçməsinin detalları var:

“Naxçıvanda dərəbəylik olduğunu, Vasif Talıbovun heç bir qanuna tabe olmadığını bilirsiniz. O, öz bəd əməllərinə Naxçıvandakı ordu korpusunun komandiri Kərəm Mustafayevi də qoşub. Hərbi hissələrdən istədikləri qədər əsgər və zabiti aparıb İranda işlədirlər. Bu fəaliyyətdə Vasif Talıbovun qardaşı Məhərrəm xüsusilə aktivdir; Məhərrəmin hərbi hissələrə giriş-çıxışı ümumiyyətlə sərbəstdir. Ona bu işdə Kərəm Mustafayevin Nemət adlı qardaşı bir növ maklerlik edir. Yəni Məhərrəmə nə qədər əsgər işçi qüvvəsi lazım olsa bunu Nemətlə danışıb həll edir”. Mənbənin sözlərinə görə, sonra belə bir proses baş verir: İrandan TIR maşınları hərbi hissəyə gəlir, əsgərləri onun kuzovuna doldururlar, bir zabit isə qabaqda, sürücünün yanında əyləşir. Culfadakı sərhəd-keçid məntəqəsindən İrana keçirlər. Maraqlıdır ki, nə bizim, nə İranın sərhədçiləri bu zaman heç bir yoxlama keçirtmir. Əsgərlərimiz İranda - oradakı Culfa şəhərində və ətraf kəndlərdə (mənbə belə kəndlərdən birinin adını çəkir: Ələmdar kəndi - O.M.) cürbəcür qara işlərdə istifadə olunur. Məsələn, dəmir qırıntıları toplayırlar, zibillikləri eşələyib polietilen torbalar yığırlar, tikintidə çalışırlar. Buna görə nə dəstənin üzərində gedən zabitə, nə də əsgərlərə qəpik də verilmir, bütün razılaşmalar iranlılar, hərbi rəhbərlik və Vasif Talıbovun adamları arasında aparılır. Adətən əsgərlərimiz İran ərazisində bir sutka qalırlar, hava qaralanda geri qaytarılırlar. Bir dəfə onlar az qala gecəyə qədər qalıbmışlar, bu zaman İran jandarması gəlib narazılıq edibmiş. “Yığılan qara metallar İranda əridilib Əfqanıstana aparılır. Bu gizli əməliyyatlara beynəlxalq dəstək verənlər içində Talıbovun kürd tərəfdaşı Emil Uçarın da adı hallanır” - mənbə bunları da söyləyir.

Vətəni qorumaq yerinə Talıbova və naməlum beynəlxalq mafiyalara qul kimi işlədilmək əsgər və zabitlərimiz arasında narazılıq doğurur, ancaq onlar buna qarşı heç bir etiraz edə bilmirlər, çünki Müdafiə Nazirliyinin də bu işlərə laqeyd yanaşdığından xəbərdardırlar.
Sonda onu da qeyd edək ki, qəzetimiz bu biabırçı faktı təsdiqləyən gizli videoçəkilişləri də əldə edib. Həmin kadrlarda İrana məxsus nömrəli yük avtomobilləri, dəmir qırıntıları toplayan əsgərlərimiz aydın görünür. Bu videolarla musavat.com saytında tanış ola bilərsiniz.
Məsələ ilə bağlı müdafiə nazirliyinin mövqeyini dərc etməyə hazırıq.

Oğuz MƏHƏMMƏD

7265 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM

[13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT

[13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS

[13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR”

[13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI

[13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI

[13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI

[13.02.2012] - İSA QƏMBƏR - 55

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

ARXIV

Yeni MÜSAVAT © 2008