13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

RUSİYANIN AZƏRBAYCANLA SİYASƏT İYLI QAZ SÖVDƏLƏŞMƏSİ

2010-03-12

“Qazprom” Bakıdan aldığı qazın həcmini yenidən artırmaq istəyir, ekspertlər bu işin arxasında kommersiya maraqlarının dayandığına şübhə edir

Rusiyanın “Qazprom” şirkətindən bildiriblər ki, ilin əvvəlindən Azərbaycandan alınan qazının həcmi 2 dəfə artıb və ildə 1 milyard kubmetrə çatıb. Şirkətdə bildirilir ki, Azərbaycanla imzalanan müqavilədə alınacaq qazın yuxarı həcmləri göstərilməyib, odur ki, Azərbaycan Rusiyaya istədiyi qədər qaz sata bilər. “Qazprom” yaxın aylarda Azərbaycandan alınan qazın həcminin yenidən arta biləcəyini bildirir.

Gələn ildən həcmlərin daha 2 dəfə, yəni 2 milyard kubmetrə qədər artırılacağı planlaşdırılır. “Qazpromun” idarə heyətinin başçısı Aleksey Miller bəyan edib ki, ancaq Azərbaycanla “Qazprom” həcmlərin yuxarı həddi göstərilməyən müqavilə imzalayıb, odur ki, “Qazprom” Azərbaycanın sata biləcəyi qədər qaz almağa hazırdır. Həm şirkət rəhbərliyi, həm də Rusiya rəsmiləri deyirlər ki, müqavilə iqtisadi baxımdan Moskvanın maraqlarına uyğundur.
Ancaq bəzi müşahidəçilərə görə, Moskva üçün işdə əsas meyar iqtisadi yox, siyasi maraqlardır, o, bununla özünə rəqib saydığı “Nabucco” layihəsini ehtiyat bazasız qoymaq istəyir. Moskvalı enerji məsələləri üzrə analitik Yevqeniya Voykoya (BBC) görə, hazırda həm Moskva, həm də Bakı bir-birini qane edən şərtləri tapıblar və əməkdaşlıq da bunun əsasında aparılır: “Razılaşmaya görə, Azərbaycan qazı bazar qiyməti ilə alınır və bu da tərəflərə sərf edir. Əlbəttə, burada müəyyən siyasi maraqlar da var, Rusiya Azərbaycan və bölgədə öz nüfuzunu artırmaq istəyir, bu müqavilə ilə habelə "Nabucco"ya müəyyən zərbə vurulur. Azərbaycan isə başqa ixrac yollarının hələlik ancaq söz-söhbət şəklində olması bir zaman etibarlı bazar əldə edir. Ancaq yuxarı həddin göstərilməməsi, məncə, o demək deyil ki, Azərbaycan qazının həcmlərinin ifrat artırılması təqdirdə “Qazprom” hazırkı şərtlərlə bütün həcmləri alacaq. Oxşar vəziyyət Türkmənistanla yaranmışdı və o da həcmlərin azaldılması ilə bağlı güzəştlərə gedəsi oldu. Real şəkildə tələbat olmasa böyük həcmləri satmaq mümkün deyil və bu baxımdan, zənnimcə, Bakı ilə Moskva lazım olsa bir razılığa gələ biləcəklər".
Enerji məsələləri üzrə digər ekspert Mixail Krutixinə görə, Azərbaycanla müqavilə iqtisadi baxımdan Rusiyaya sərf etmir və onun arxasında ancaq siyasət durur: “Rusiya Azərbaycan qazını götürməklə "Nabucco" layihəsinə mane olmaq istəyir. Məhz buna görə Rusiya bu qazı Avropa qiymət düsturu ilə alır. Rusiya çox baha Azərbaycan qazını alır, sonra isə onu daxili aşağı qiymətlərlə ölkənin cənubunda əhaliyə satır. Göstərilir ki, bununla ölkənin cənubuna göndərilən Sibir qazının həcmləri boşaldılır və bu həcmləri Avropaya ixrac etmək olur. Ancaq Azərbaycan qazına verilən qiymət Sibirdəki qazın maya dəyərindən xeyli bahadır. Odur ki, məqsəd ancaq siyasidir, "Nabucco”ya mane olmaqdır". Bu arada İtaliyanın enerji konsern ENİ-nin prezidenti Paolo Skaroni təklif edib ki, Rusiyanın alternativ hesab edilən ”Cənubi axın" layihəsi “Nabucco” ilə birləşdirilsin. Onun sözlərinə görə, hər iki layihə Avropa bazarlarına hesablanıb, ancaq ideologiyaları fərqlidir.

Siyasət şöbəsi

2050 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM

[13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT

[13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS

[13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR”

[13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI

[13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI

[13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI

[13.02.2012] - İSA QƏMBƏR - 55

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

ARXIV

Yeni MÜSAVAT © 2008