13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

NAZİM İBRAHİMOVUN MÜSAHİBƏSİ DİASPORA TƏMSİLÇİLƏRİNİ ÜZ-ÜZƏ QOYUB

2010-03-12

Xarici ölkələrdəki Azərbaycan təşkilatları Diaspora Komitəsinin fəaliyyətini təftiş edir

Türkiyənin “Axşam” qəzetində Azərbaycan diasporası barədə dərc olunan yazı və Nazim İbrahimovun reaksiyası nəinki Azərbaycanda, hətta uzaq xaricdə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, qəzet ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma “erməni soyqırımı” ilə bağlı qərarın qəbulu zamanı Azərbaycan diasporunun fəaliyyətinin müşahidə olunmadığını yazmışdı. Bildirilirdi ki, daim erməni lobbisinə qarşı Türkiyəni dəstəkləyən Azərbaycan diasporu bu dəfə müəmmalı sükut nümayiş etdirib. N.İbrahimovsa bunları təkzib edərək deyib ki, Azərbaycan diasporası həmişə Türkiyənin yanında olub.
Amerika Azərbaycanlılar Cəmiyyətinin rəhbəri Tomris Azəri bildirib ki, ABŞ Konresində Türkiyə azərbaycanlılar tərəfindən dəstəksiz qalmayıb. “Mən özüm Türk - Amerikan Dərnəkləri Federasiyasının vitse-prezidentiyəm. Belə olduğu halda, Türkiyəni necə tək buraxa bilərəm?”-deyə, o, bildirib. “Yeni Müsavat”ın yazdıqlarına növbəti reaksiyalar gəlməkdədir. Ötən iki gündə poltaktlarda N.İbrahimovun müsahibəsi geniş müzakirə olunub.
Hollandiyada fəaliyyət göstərən Azərbaycan Naminə Dostlar Cəmiyyətinin sədri Elman Mustafazadə hesab edir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin başqa ölkələrdə olduğu kimi, İsveçdə də yaratmış olduğu təşkilatların hamısı iflasa uğrayıb. Onun sözlərinə görə, bunu bu il Stokholmun mərkəzində Xocalı soyqırımı ilə bağlı kecirilən tədbir də növbəti dəfə bütün çilpaqlığı ilə ortaya qoyub: “Otən illərdə Diasporla İş üzrə Dövlət Komitəsi xeyli maliyyə vəsaiti buraxaraq yaratmış olduğu bütün təşkilatların hazırladıqları mitinqlərə ən çoxu 17 adam toplaya bilmədi. Amma İsveçdə yaşayan demokratik düşüncəli şəxslərin öz şəxsi hesabları ilə müstəqil yaratmış olduqları ”Qarabağ komitəsi"nin təşkil etdiyi mitinqə 300 nəfərdən çox adam toplaşmışdı". E.Mustafazadə daha sonra bildirir ki, yarandığı gündən bu vaxta qədər DİDK-nın vəzifəsi vətənpərvər soydaşlarımız arasında nifaq salmaq, diaspor sahəsində fəal şəxslərə “müxalifətçi” damğası vurmaq, təşkilatları ikiyə parçalamaqdan ibarət olub: “Elə buna görə də diaspor uzvləri arasında hər zaman konfliktlər mövcuddur.
İsveçdə fəaliyyət göstərən Azərbaycan Naminə Cəmiyyətin sədri Nadir Hollanbrand isə E.Mustafazadənin fikirlərini haqsız hesab edib. Bildirib ki, İsveçdə Azərbaycan fəalları lobbi yolunda yorulmadan mübarizə aparırlar: “Çünki orada cənublu-şimallı hamı birlikdədir. Lakin bu fəalların heç birinin Diaspor Komitəsi ilə əlaqəsi yoxdur. Azərbaycanın gələcəyi naminə ağa qara, qaraya ağ demək olmaz. Dövlət Komitəsi tərəfindən İsveçdə bir çox təşkilat yaranıb və onlar yüksək səviyyədə lobbiçiliklə məşğuldurlar. Hazırda İsveç parlamentində 20-yə yaxın Azərbaycanmeyilli deputat var. Elman Mustafazadənin işi ancaq diaspor rəhbərlərini günahlandırmaqdır".
Keçmiş DAK funksioneri Eldar Qaradağlı isə bildirir ki, diaspor və lobbiçilik Azərbaycana və Azərbaycandan kənarda yaşayan soydaşlarımıza yaddır: “Çünki nə qədər fəaliyyətdə olsaq da, nailiyyətimizi və qələbəmizi görmüşükmü? Qarabağla, qaçqınlarla bağlı beynəlxalq təşkilatlara hansısa fomada təsir elə bilmişikmi? Budurmu bizim diaspor və lobbiçilik calışmalarımız?”
“GünAzTV”nin rəhbəri Əhməd Obalı deyib ki, Azərbaycan diasporu parça-parçadır. Onun sözlərinə görə, bunun günahını yalnız bir qurumun üzərinə yıxmaq olmaz. Diaspor uzvləri, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və iqtidar - müxalifət davası diasporamızı passivlikdə günahlandırırlar: “Özümüzü və milləti aldatmayaq. Ermənilərin bu qədər uğurları qarşıısında bizim hansı uğurumuz olub?”
Milyon dollar vəsaitlə fəaliyyət göstərən 1 nazirliyin fəaliyyətini, 1 nəfər sadə vətəndaşın fəaliyyəti ilə müqayisə etmək düzgün deyil. Diaspor üzvlərini Bakıya yığıb, qonaqlıqlar verib, milyonlar xərcləyib nə qazanmışıq? Paulo Pərvizin hotelini doldurmaqmı istəyirik? Yoxsa hava şirkətləri ilə restoran sahiblərini sevindirmək üçün fəaliyyət göstəririk? O pullarla ən azı 10 ölkədə “Azərbaycan evi” açıla bilərdi. Diaspor uzvləri ilə hər ölkədə olan səfirliklərin işçiləri daha yaxşı çalışa bilər, ya
Bakıda oturub diasporu tanımayanlar? Biz nə zaman firqəçilikdən əl çəkəcəyik?
DAK-ın həmsədri Sabir Rüstəmxanlının sözlərinə görə, xarici ölkələrə səfərlər edərkən erməni soyqırımı iddialarının yalan olduğu, əslində türklərin soyqırıma məruz qaldığı, o cümlədən Güney Azərbaycanda Urmiya soyqırımı, Azərbaycan Respublikasında Xocalı soyqırımının olduğu barədə sənədlər yaydıqlarını, rəsmi qurumlara təqdim etdiklərini bildirdi. Diaspora nazirliyinin fəaliyyətinə gəldikdə, S.Rüstəmxanlı bunları dedi: “Bütövlükdə komitənin fəaliyyəti barədə bir söz deyə bilmərəm. Amma hər halda Nazim İbrahimovun vaxtında Azərbaycan və Türkiyə diasporunun birgə konfransları keçirilib, Əlaqələndirmə Şurası yaradılıb. Yəni bu gün Türkiyə-Azərbaycan diasporunun birgə fəaliyyəti var. O birgə fəaliyyət nə dərəcədə soyqırım və milli maraqlarla bağlı fəaliyyət göstərir, bu, ayrı məsələdir. Bu da az iş deyil. Bundan sonrakı mərhələdə təbii ki, birgə işlər həyata keçirilməlidir. Heç şübhəsiz, daha yaxşı fəaliyyət göstərmək olar. Amma Türkiyə diasporu ilə birgə iş məhz Azərbaycan diaspor təşkilatının təşəbbüsü ilə başlayıb”. DAK həmsədri xaricdəki Azərbaycan təşkilatları rəhbərlərinin diaspora nazirliyindən narazılığına da münasibət bildirdi: “Maraqlidir, Ermənistan və başqa ölkələrə diaspora kömək edir. Amma Azərbaycan diaspora təşkilatları dövlətdən yardım gözləyir. Ancaq o diaspor təşkilatlarına rəhbərlik edənlər də xaricdə fəallaşmalıdır”.

E.PAŞASOY

1131 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM

[13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT

[13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS

[13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR”

[13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI

[13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI

[13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI

[13.02.2012] - İSA QƏMBƏR - 55

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

ARXIV

Yeni MÜSAVAT © 2008