 |
Gündəm
SARKOZİ İLƏ GÖRÜŞDƏN SONRA SƏRKİSYANIN HALI PİSLƏŞİB 2010-03-12 Fransa prezidenti Qarabağ danışıqlarının indiki vəziyyətindən narahatdır, prezidentlərin görüşü haqda söhbət getmir
|
Fransada səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyanla aparılan danışıqlardan sonra Yelisey Sarayı bəyan edib ki, Qarabağa dair sülh prosesinin indiki vəziyyəti narahatlıq doğurur. “Frans- Press” agentliyinin məlumatına görə, prezident Nikola Sarkozi Sərkisyanla martın 10-da baş tutan görüş zamanı Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həllində diplomatik süstlükdən narahatlıq ifadə edib. Yelisey Sarayında keçirilən görüşdən sonra Sarkozi və Sarkisyan müxbirlərə açıqlama verməyiblər. Lakin prezident Sarkozi erməni həmkarına prosesin tempinin aşağı düşməsindən narahatlığını çatdırıb. O, hər iki tərəfi lazımi səyləri göstərməyə və güzəştlərə getməyə səsləyib. Bu barədə “Frans - Press” agentliyinə məlumat verən fransalı rəsmi adının açıqlanmasını istəməyib. Bildirilir ki, Sarkozi Fransa və Almaniyanın tarixini nümunə gətirərək, Qarabağ münaqişəsinin həddindən uzun müddət davam etdiyindən şikayətlənib. Ermənistanın müxalifətyönlü “Aykakan jamanax” qəzeti isə yazıb ki, Sərkisyanla Sarkozi görüşdən sonra mətbuat üçün birgə brifinq keçirməyi nəzərdə tutublar. Bu barədə Yelisey Sarayında onların görüşünü izləyən jurnalistlərə məlumat verilib. Lakin görüş bitsə də prezidentlər mətbuat qarşısına çıxmayıblar və bunun səbəbi barədə jurnalistlərə heç bir izahat verilməyib. Qəzetə məlum olub ki, Sarkozi ilə görüşdən sonra Sərkisyanın halı qəfildən pisləşib və ona təcili tibbi yardım göstərmək zərurəti yaranıb. Yelisey Sarayında ilkin tibbi yardımdan sonra Sərkisyanı yaxınlıqdakı qonaq evinə aparıblar və burada onun üzərində müayinələr aparılıb. Bildirilir ki, daha sonra həkimlər Sərkisyanı aeroporta qədər müşayiət ediblər. Lakin Ermənistan prezidentinin mətbuat katibi Samvel Farmanyan deyib ki, bu məlumat yalandır: “Prezident özünü əla hiss edir”. Erməni mənbələrinin digər ilginc məlumatına görə, eks-prezident Robert Köçəryan da Sərkisyanla eyni gündə Parisə gedib. Köçəryanın mətbuat katibi Viktor Soqomonyan məlumatı təsdiqləyərək deyib ki, səfər “şəxsi xarakter” daşıyır. Onun dediyinə görə, Köçəryan prezident səlahiyyətlərini başa vurduqdan sonra ilk dəfə Fransaya səfər edir. Soqomonyan Köçəryanın “fürsətdən istifadə edərək” martın 9-da Fransanın eks-prezidenti Jak Şirakla görüşdüyünü bildirib, lakin onun digər görüşləri haqda informasiyaya malik olmadığını bildirib. Soqomonyan Şirakla Köçəryanın nələri müzakirə etməsindən də xəbərsiz olduğunu açıqlayıb. Erməni mətbuatı isə yazır ki, Köçəryanın səfəri Qarabağ danışıqları ilə bağlı ola bilər və onun Sərkisyanla eyni vaxtda Parisə getməsi razılaşdırılmış məsələyə oxşayır. Xatırladaq ki, Ermənistan və Azərbaycan prezidentlərinin yanvarın 25-də Soçidə keçirilən görüşündən bir neçə gün əvvəl də Köçəryanın müəmmalı fəallığı müşahidə edilirdi. Həmin vaxt o, gözlənilmədən İrana dəvət edilib və bu ölkənin prezidenti, xarici işlər naziri ilə görüşüb. Erməni mətbuatı yazıb ki, İranın Köçəryan üzərindən mümkün Qarabağ anlaşmasını əngəlləməyə çalışdığı istisna deyil. Xəbər verildiyi kimi, hazırda Qarabağa dair Fransa üzərindən münaqişə tərəfləri ilə intensiv təmaslar gedir. Bu səylər Rusiya ilə razılaşdırılıb. Belə ki, Fransanın Qarabağ münaqişəsinə dair tərəflərlə təmasa keçməsi Rusiya prezidenti Dmitri Medvedyevin ötən həftə Parisə səfərindən dərhal sonra başlayıb. Medvedyevlə Sarkozi Qarabağ münaqişəsinin nizamlanmasına dair birgə səylər göstərəcəklərini açıqlayıblar, elə həmin gün Rusiya XİN-də Qarabağ məsələsini kurasiya edən nazir müavini Qriqori Karasin Bakıya gəlib. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov onunla görüşün ardınca Parisə səfər edib və orada Minsk Qrupunun həmsədrləri, habelə Sarkozinin xarici siyasət müşaviri ilə müzakirələr aparıb. Nəhayət, Sərkisyan Parisə yollanmazdan bir gün əvvəl Ermənistan xarici işlər naziri Moskvada olub və həmkarı Sergey Lavrovla Qarabağa dair müzakirələr aparıb. Bütün bu təmaslar zamanı prezidentlərin növbəti görüşünə hazırlıq məsələsinin müzakirə edildiyi barədə ehtimallar var. Ancaq Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dünən jurnalistlərə açıqlamasında Qarabağa dair son müzakirələri şərh edərkən deyib ki, prezidentlərin görüşü hazırda gündəmdə deyil və bu barədə danışıqlar getmir. Ermənistan xarici işlər nazirinin Moskvaya, prezidentinin isə Fransaya səfərlərini xatırladan nazir deyib ki, hazırda Minsk Qrupu İrəvanla Madrid prinsiplərinin yenilənmiş variantını müzakirə edir. “İstisna deyil ki, Ermənistan xarici işlər naziri yenidən Fransaya dəvət olunacaq və həmsədrlərlə müzakirələr aparacaq. Bundan sonra aydın olacaq ki, işlər hansı istiqamətə yönələcək” deyə, Məmmədyarov bildirib. O, əlavə edib ki, Madrid prinsiplərinin yenilənmiş variantı hansısa böyük sazişin müzakirəsinə başlamağa imkan yaradır. Ancaq bunu Ermənistan da qəbul etməlidir: "Azərbaycan tərəfi elan edib ki, Madrid prinsiplərinin yeni variantını qəbul edir. Ermənistan tərəfi isə yenilənmiş variantla bağlı həmsədrlərə təkliflər verib. İndi həmsədrlər onun əsasında müzakirələri davam etdirirlər". Ermənistan və Fransa prezidentlərinin Paris görüşünə toxunan nazir əlavə edib ki, həmin danışıqlar barədə onlara hələ ki, məlumat verilməyib. Ancaq mətbuatdan aldığı məlumata görə, Madrid prinsiplərinin yenilənmiş variantını Nikola Sarkozinin də dəstəklədiyini bildirib. F.MƏMMƏDOV 1871 dəfə baxılıb
|
[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM [13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT [13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS [13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR” [13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI [13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI [13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI [13.02.2012] - İSA QƏMBƏR - 55 [13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR [13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ) [12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ [12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR [12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI [12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR” [12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB” [12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ [12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ... [11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR ARXIV
|