13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

ERMƏNİLƏR TÜRKİYƏ-İSVEÇ MÜNASİBƏTLƏRİNİ POZDU

2010-03-12

Erməni lobbisi “soyqırımı” qətnaməsini 1 səs hesabına İsveç parlamentindən keçirdi; Ankara bu ölkədəki səfirini də geri çağırdı

Xəbər verdiyimiz kimi, ABŞ-dan sonra Türkiyə bu dəfə İsveçlə “erməni soyqırımı” iddialarına görə münasibətləri gərginləşdirməli olub. Erməni diasporunun 24 aprel ərəfəsində Türkiyəyə qarşı başlatdığı genişmiqyaslı kampaniya İsveçdə davam edib və bu ölkənin parlamenti 1915-ci il hadisələrini “soyqırım” kimi tanıyan qətnamə layihəsini cəmi 1 səs fərqlə təsdiqləyib.

Layihədə deyilir ki, Türkiyədə təkcə ermənilərə deyil, digər xristian azlıqlara qarşı da soyqırım törədilib. Layihəni İsveç parlamentində təmsil olunan bir neçə partiyanın deputatları hazırlayıblar. Onların əksəriyyətinin erməni lobbisinə pulla xidmət göstərdikləri şübhə doğurmur. Layihə əvvəlcə İsveç parlamentinin Xarici Əlaqələr Komitəsindən keçib, ardınca isə ümumi yığıncaqda səsə qoyulub. Bu zaman 88 deputat iclasda iştirak etməyib, qalanlardan 130-u layihənin əleyhinə, 131-i isə lehinə səs verib.
Layihə ətrafında 6 saata yaxın gərgin debatlar olub, sağçı partiyalar ümumiyyətlə bu məsələnin parlamentdə müzakirə edilməsinin düzgün olmadığını deyərək İsveç parlamentinin tarixi hadisələrə qiymət verən beynəlxalq məhkəmə olmadığını deyiblər. İsveç parlamentindəki türk deputat Mehmet Kaplan da çıxış edərək layihənin lehinə olduğunu və Ermənistanla Türkiyə arasında barışıq istiqamətində səylər göstərildiyi bir vaxtda onun müzakirəsini düzgün saymayıb. Ancaq M.Kaplan daha sonra səsverməyə qatılmadan zalı tərk edib. Bu da İsveçdəki türk dərnəklərinin narazılığına səbəb olub. Belə ki, əgər M.Kaplan səsverməyə qatılıb layihənin əleyhinə səs versəydi, səslər bərabər olardı və qətnamə keçməzdi.

M.Kaplan Türkiyə mediasına verdiyi açıqlamada bildirib ki, o, qətnamə layihəsinin əleyhinə çıxış etməklə paartiyasının qərarına qarşı çıxıb və riskə yol verib.

Qeyd edək ki, ABŞ Konqresində də oxşar mənzərə yaşanmışdı. Xarici Əlaqələr Komitəsində səsvermə zamanı Konqresin yeganə müsəlman üzvü əvvəl tərəddüd edib, sonra erməni layihəsini dəstəkləyib və beləliklə də onun cəmi 1 səslə keçməsinə yol açıb.
Səsvermənin bitməsindən dərhal sonra Türkiyə Stokholmdakı səfiri Zergin Korutürkü geri çağırıb. İsveçin Ankaradakı səfiri isə Türkiyə XİN-ə dəvət edilib və ona etiraz notası təqdim olunub. Türkiyə prezidenti, baş naziri və parlament rəhbəri İsveç parlamentinin qərarını pisləyərək heç kimin türkləri insani cinayətdə suçlamağa haqqının olmadığını deyiblər. Həmçinin baş nazir Ərdoğan İsveçə planlaşdırılan səfərini təxirə salıb. İsveç xarici işlər naziri Karl Biltd isə deyib ki, onun hökuməti layihənin keçməsini əngəlləmək üçün çox səy göstərib. K.Bildt parlamentin qərarından narahat olduğunu deyərək bildirib ki, bu cür tarixi hadisələri siyasiləşdirmək lazım deyil: “Mən çox narahatam ki, bu layihə İsveçlə Türkiyə arasında güclü münasibətlərə zərbə vurmaqla yanaşı Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına da mane olacaq”.
Düzdür, İsveç parlamentinin qəbul etdiyi qətnamənin bağlayıcı hüquqi qüvvəsi yoxdur, Türkiyəyə qarşı hansısa öhdəliklər yaratmır. Lakin erməni lobbisi ondan təbliğat kimi istifadə edəcək.
Erməni mənbələri isə xəbər verir ki, “soyqırımı” layihəsi ABŞ və İsveçdən sonra bu dəfə Britaniya parlamentində müzakirəyə çıxarılacaq. Bildirilir ki, erməni diasporu bu istiqamətdə hazırlıqlar görür. Erməni diasporu layihəni aprelin 30-da müzakirəyə çıxarmağa hazırlaşır, ancaq hələlik yetərli dəstək əldə edə bilməyib.

Fərhad Məmmədov

1468 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM

[13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT

[13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS

[13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR”

[13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI

[13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI

[13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI

[13.02.2012] - İSA QƏMBƏR - 55

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

ARXIV

Yeni MÜSAVAT © 2008