 |
Gündəm
MÜDAFİƏ NAZİRLİYİ LENMARKERİ TOPA TUTDU 2010-03-13 ATƏT nümayəndəsinin hərbi büdcəmizin azaldılması ilə bağlı bəyanatına sərt təpki gəldi
|
ATƏT-in Parlament Assambleyasının Dağlıq Qarabağ və Gürcüstandakı münaqişələr üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker İrəvana səfəri zamanı Azərbaycanla bağlı bəyanat verib. Lenmarker bildirib ki, Azərbaycanın müharibə bəyanatları yolverilməzdir və ölkə hərbi büdcəsini azaltmalıdır. Bəs, Azərbaycan ATƏT nümayəndəsinin tələb xarakterli bu bəyanatını nəzərə almalıdırmı? Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu dedi ki, Azərbaycan müstəqil dövlətdir və öz işini kənar məsləhətlərlə deyil, daxili tələbatların diqtəsi ilə qurur: “Qarabağ azad olunmayınca, Azərbaycanın hərbi büdcəsinin azaldılmasından söhbət belə gedə bilməz. Bunu Ermənistan və beynəlxalq təşkilatlar birdəfəlik yadlarından çıxarsınlar. Mən Lenmarkerə sual edirəm. Onlar hansı variantı irəli sürürlər? Münaqişənin sülh yolu ilə ədalətli həllini istəyirlərsə, buyursunlar konkret mövqe ortaya qoysunlar. İşğala məruz qalan ölkədən müharibə bəyanatı verməmək və hərbi büdcəni azaltmaq tələb etmək hansı məntiqə sığır? Nə qədər ki, işğalçı öz adı ilə çağırılmayıb və işğalçının məkrli niyyətindən çəkinməsi üçün ATƏT və digər beynəlxalq qurumlar qəti addımlar atmayıb Azərbaycan yerində sakit otura bilməz. Azərbaycan əlini yanına salıb gözləyəsi deyil”. E.Sabiroğlu Ermənistanın və bir sıra beynəlxalq təşkilatların Azərbaycanın müharibə bəyanatlarından və ordusunun güclənməsindən əndişələndiyini dedi: “Biz bir daha bəyan edirik ki, işğalçı Ermənistan Azərbaycan torpaqlarından çəkilmədikcə, müharibəni yaxınlaşdırır. Cənab Ali Baş Komandan İlham Əliyevin də mövqeyi qəti şəkildə ortaya qoyulub. Bunu ermənilər dərk etməlidirlər. Azərbaycan ordusu son döyüşə hazırdır. Silahlı qüvvələrimizin hərbi büdcəsi dövlət başçısının diqqəti sayəsində ilbəil artır. Düşməni qorxudan da budur. Onlar bunu deyə bilmirlər, beynəlxalq təşkilatların nümayəndələrinin vasitəsilə çatdırmağa çalışırlar”. Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin sədri Natiq Miri Lenmarkerin bəyanatının kökündə Cənubi Qafqazda qüvvələr nisbətinin Azərbaycanın xeyrinə dəyişməsi faktorunun dayandığı qənaətindədir. Ekspert hesab edir ki, Azərbaycan bu cür təzyiq xarakterli bəyanatlara əhəmiyyət vermədən orduya ayrılan vəsaiti daha da artırmalıdır: “Qərb 2008-ci ilə qədər Gürcüstan mərkəzli bir region istəyirdi. Gürcüstan-Rusiya qarşıdurmasından sonra anladılar ki, Gürcüstan bu yükü daşıya biləcək gücdə və potensialda deyil. Üstəlik, Qərb dotasiyalı bir dövləti uzunmüddətli saxlamaqda da adətkar deyil. Ermənistan da dotasiyalı bir dövlətdir. Bununla belə Qərb qüvvələr nisbətinin çox ciddi surətdə Azərbaycanın xeyrinə dəyişməsini də istəmir. Artıq Azərbaycan mərkəzli bir regionun şəkillənməsi qənaəti güclənir ki, bunun da müəyyən bədəlləri var. Qərb asan idarə olunan və regiondakı xristian ölkələrdən güclü olmayan bir Azərbaycan istəyir. Ona görə də Azərbaycandan münaqişəni hərbi yolla həll etməkdən imtina və hərbi büdcəni azaltmağı tələb edirlər. Azərbaycanın ciddi surətdə silahlanmasının qarşısını almaq üçün təzyiqlər edilir. Azərbaycan güclü ordu qurmağa davam etdikcə, basqılar və təxribatlar artacaq. Ölkəmiz bütün təzyiqlərə baxmayaraq güclü olmağa davam etməlidir. Bu proses Qarabağ problemi həll olana və Azərbaycan regionda güc mərkəzlərindən birinə çevrilənədək davamlı və ardıcıl olmalıdır”. Hərbi ekspert Üzeyir Cəfərov isə Lenmarkerin işğalçıların xeyrinə bəyanat verdiyini bildirdi və qeyd etdi ki, Azərbaycan hərbi büdcəsini daha da artırmalı, müharibə variantına keçməlidir: “Lenmarkerin bu bəyanatı işğalçı Ermənistanın xeyrinədir. Azərbaycanın torpaqları işğal altındadır. Ona görə də hərbi büdcə o səviyyəyə qaldırılmalıdır ki, torpaqlarımızın hərbi yolla azad olunmasına kifayət etsin”. Etibar SEYİDAĞA 779 dəfə baxılıb
|
[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ [12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR [12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI [12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR” [12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB” [12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ [12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ... [11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR [11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL [11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB? [11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK [11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK” [11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ [10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI [10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ [10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ [10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI [10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR ARXIV
|