 |
Gündəm
MART HADİSƏLƏRİNDƏN 15 İL ÖTÜR 2010-03-13 “OMON”un Qazax bölməsinə edilən hücum Bakıda faciə ilə sona çatdı...
|
1995-ci ilin 13-17 mart hadisələrindən 15 il ötür. “OMON” (XTPD) hadisələri kimi yaddaşlarda qalan yaxın tarixin bu səhifəsi hələ də tam araşdırılmamış sayılır. Bəziləri bu hadisələri müstəqilliyimizə arxadan vurulan zərbə, bəziləri siyasi oyun, bəziləri isə yaranmış vəziyyətdə Rövşən Cavadovun xarici qüvvələrin təhriki ilə hərbi çevriliş edib hakimiyyətə gəlmək istəyinin dayandığını iddia edirlər. Qarabağda müharibə getdiyi bir ərəfədə döyüşlərdə şücaətlər göstərən “OMON”-çuların birdən-birə hakmiyyətə silah çevrilməsi təbii ki, təsadüfi ola bilməzdi. Burada bir təxribat olmasına da şübhə doğurmur... “OMON” hadisələrinə 1995-ci il martın 13-də Qazaxda başladı. Həmin gün XTPD-nin Qazax bölməsinə hücum edilib və qanlı döyüş başlayıb. Bununla da mart hadisələrnin əsası qoyulub. Martın 14-də daxili işlər naziri “OMON”un buraxılması və onun üzvlərinin 3 gün ərzində silahı təhvil verməsi barədə əmr imzalayıb. Əmrə görə, silahı könüllü təhvil verənlər nəinki bağışlanacaq (törətdikləri cinayət əməllərinə görə), üstəlik DİN sistemində müvafiq işlə təmin ediləcəkdilər. Bundan 2 gün sonra, yəni silahlı qarşıdurma ərəfəsində mərhum ölkə başçısı Heydər Əliyev “OMON”çulara bağışlanmaq imkanı yaradan xüsusi fərman verdi. Lakin Rövşən Cavadov bununla razılaşmadı. Martın 16-dan 17-nə keçən gecə isə paytaxtın 8-ci kilometr qəsəbəsindəki “OMON” qərargahı yaxınlığında başlanan atışmada rəsmi statistikaya görə, 22 hərbçi, 7 mülki şəxs, 1 polis əməkdaşı həlak olmuş, 8 XTPD əməkdaşı öldürülmüşdü. Hadisə nəticəsində 105 nəfər yaralanmışdı. XTPD rəhbəri Rövşən Cavadov isə aldığı güllə yarasından DİN-in hospitalında vəfat etdi... Respublika Prokurorluğunun 1995-ci ilin mart hadisələrinə dair həmin dövrdəki rəsmi məlumatında bildirilir ki, təkcə Mahir Cavadovun həbsi üçün 425 nəfərdən ibarət əməliyyat qrupu onun yaşadığı binanın mühasirəsində iştirak edib... Mart hadisələri ilə bağlı həbs edilənlərin əksəri siyasi məhbus kimi azadlığa buraxılıb. Lakin “OMON”-un Qazax bölməsinin rəhbəri olmuş Elçin Əmiraslanov, eləcə də Arif Kazımov, Səfa Poladov, Şəmsi Abdullayev, Dəyanət Kərimov, Həsən Mustafayev, Əliyusif Tahirov, Rövşən Əliyev, Nizami Şahmuradov hələ də həbsxanadadır. Mahir Cavadov isə bir müddət İranda yaşasa da, sonradan Avstriyada siyasi sığınacaq alıb. Rövşən Cavadovun atası, keçmiş prokuror Bəxtiyar Cavadov da neçə il əvvəl vəfat edib. Onun yasında iştirak etmək üçün Bakıya gələn R.Cavadovun oğlu Laçın Cavadov Moskvaya qayıtdıqdan 3 gün sonra müəmmalı şəraitdə dünyasını dəyişib... Elşad MƏMMƏDLİ 1639 dəfə baxılıb
|
[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ [12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR [12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI [12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR” [12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB” [12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ [12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ... [11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR [11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL [11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB? [11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK [11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK” [11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ [10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI [10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ [10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ [10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI [10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR ARXIV
|