13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

İSA QƏMBƏR MİTİNQLƏR ÜÇÜN YER TƏLƏB ETDİ

2010-03-13

Müsavat başqanı Hacıbala Abutalıbovdan şəhərin mərkəzi meydanlarını istədi

Müsavat Partiyasının başqanı İsa Qəmbər piket və mitinq keçirmək üçün qanunauyğun yerlərin ayrılması məqsədilə dünən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edib. Müsavat Partiyasından “Yeni Müsavat”a verilən məlumata görə, müraciətdə deyilir ki, Müsavat Partiyası Azərbaycanın bir sıra ümummilli problemləri, ərazilərimizin işğalı, korrupsiyanın və maliyyə böhranının nəticələri, 2010-cu ilin noyabrında keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ilə bağlı kütləvi aksiyalar keçirmək niyyətindədir.

Daha sonra müraciətdə vurğulanır ki, son illərdə piketlərin, yürüşlərin, mitinqlərin keçirilməsi üçün məqbul yerlərin ayrılmaması, belə tədbirlərin keçirilməsi ilə əlaqədar müraciətlərin əksəriyyətinə rədd cavabı verilməsi, bəzi hallarda belə tədbirlərin keçirilməsi üçün məqbul olmayan ərazilərin göstərilməsi ölkədə sərbəst toplaşmaq hüququnun faktiki olaraq ləğvi ilə nəticələnib.
Müraciətində İ.Qəmbər Hacıbala Abutalıbovdan əvvəllər yürüş və mitinqlərin keçirildiyi yerlərdə (“Nərimanov” kinoteatrı qarşısındakı meydan, Füzuli meydanı, Səməd Vurğun bağı, Hüseyn Cavid bağı, keçmiş “Qələbə” kinoteatrı qarşısındakı meydan, “Təbriz” kinoteatrı qarşısındakı meydan və s.) yenidən kütləvi aksiyalar üçün şərait yaradılmasını, eləcə də dövlət əhəmiyyətli qurumların (Prezident Administrasiyası, Milli Məclis, Nazirlər Kabineti, Ali Məhkəmə, Mərkəzi Seçki Komissiyası və s.) yerləşdiyi binalardan 200 metrlik məsafədə piket və mitinqlərin keçirilməsi üçün yerlərin müəyyən olunmasını xahiş edib.

Xəbər xidməti

1791 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM

[13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT

[13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS

[13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR”

[13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI

[13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI

[13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI

[13.02.2012] - İSA QƏMBƏR - 55

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

ARXIV

Yeni MÜSAVAT © 2008