13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

LAÇIN DƏHLİZİ TÜRK ORDUSUNUN NƏZARƏTİNƏ VERİLƏ BİLƏR

2010-03-13

Ankaranın münaqişənin nizamlanmasından sonrakı mərhələdəki roluna dair Moskva ilə danışıqlar gedir

Türkiyə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasından sonra bölgədə yerləşdiriləcək sülhməramlı qüvvələrin tərkibində təmsil olunmağa hazırdır. Bu məlumatı Türkiyə mətbuatı diplomatik qaynaqlara istinadən yayıb. “Hürriyət” və “CNN Türk”ə verilən məlumatlara görə, məsələ martın 4-də Türkiyənin xarici işlər nazirinin müavini Feridun Sinirlioğlunun Moskvaya səfəri zamanı müzakirə edilib. Bildirilir ki, danışıqlar zamanı Türkiyənin münaqişənin nizamlanmasında dair tərəflər arasında razılığın əldə edilməsindən sonrakı mərhələdə roluna dair müzakirələr aparılıb.

Türkiyə tərəfi bildirib ki, sülhün qorunmasında Rusiya ilə birgə hərəkət etməyə və Laçın dəhlizində öz sülhməramlılarını yerləşdirməyə hazırdır. Qarabağa dair danışıqlarda müzakirə edilən sülh planına əsasən tərəflər arasında razılaşma əldə olunduqdan dərhal sonra erməni qüvvələri ətraf rayonlardan beşini boşaltmağa başlayacaq, Laçın və Kəlbəcərin boşaldılması isə 5-8 il vaxt apara bilər. Bu, çox güman ki, Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsinə dair səsvermənin keçiriləcəyi müddət kimi nəzərdən keçirilir.
Məlumatlarda o da deyilir ki, Türkiyə Ermənistan və Azərbaycanla birlikdə Laçın dəhlizinin beynəlxalq əhəmiyyətli nəqliyyat marşrutu kimi bərpa edilməsində yaxından iştirak etməyə hazırdır. Rəsmi Ankara Laçın dəhlizinin Türkiyə, Ermənistan, Azərbaycan və onun Naxçıvan bölgəsini Avropa ilə birləşdirəcək nəqliyyat marşrutuna çevrilməsi ideyasını hələ ötən il irəli sürüb. Türkiyə mətbuatı yazır ki, xarici işlər nazirinin müavininin Konqresdəki erməni layihəsinə dair səsvermə ilə eyni vaxtda Moskvaya səfər edib Qarabağ məsələsində Rusiya ilə işbirliyinə hazır olmasına dair mesajlar verməsi təsadüfi deyil. Qeyd edək ki, Rusiya Ermənistanla Azərbaycan arasında əldə ediləcək sülh razılaşmasının qarantı olmağa hazır olduğunu dəfələrlə irəli sürüb. Bu qarantiya şübhəsiz ki, Rusiya sülhməramlılarının münaqişə bölgəsində yerləşdirilməsini və sülhməramlı əməliyyatlara rəhbərliyin Moskvanın əlində olmasını nəzərdə tutur. Lakin sülhməramlı qüvvələrin tərkibi təkcə rus qoşunlarından ibarət olmayacaq, belə tərkiblə münaqişə tərəflərindən ən azı biri razılaşmazdı. Ona görə də sülhməramlıların tərkibində Türkiyənin yer almasının mümkünlüyü də nəzərdən keçirilə bilər. Belə görünür ki, Ankara ABŞ-ın “soyqırım” təzyiqlərinə cavab olaraq Rusiya ilə Qafqaz məsələlərində əlbir hərəkət edə biləcəyi, nəticədə Vaşinqtonun Qarabağda sülhməramlı əməliyyatlar da daxil olmaqla regional proseslərdə mövqelərini itirəcəyi haqda mesaj vermək istəyir. Ancaq Ermənistanın Türkiyə sülhməramlılarının strateji əhəmiyyətli Laçın dəhlizində mövqe tutmasına razı olacağı kifayət qədər qəliz məsələdir. Görünür Ankara məsələnin daha çox Rusiyadan asılı olacağını da nəzərə alır.
Xatırladaq ki, hazırda Qarabağa dair Fransa üzərindən Rusiya ilə uzlaşdırılmış şəkildə danışıqlar gedir. Prezident Nikola Sarkozi Parisdə Ermənistan dövlət başçısı Serj Sərkisyanla görüş zamanı danışıqların tempinin aşağı düşməsindən narahatlıq ifadə edib. Prezidentlərin növbəti görüşünün təşkili barədə müzakirələr getmir və danışıqların növbəti dəfə dalana dirəndiyi görünür.
Bu arada Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye NATO Parlament Assambleyasının İrəvanda keçirilən üçgünlük “Rouz Rot” seminarında çıxışı zamanı deyib ki,  Dağlıq Qarabağ nə qədər tez danışıqların tərkibinə daxil edilərsə, bir o qədər yaxşıdır. Bununla yanaşı həmsədr hesab edir ki, bu, insanların sülh şəraitində yaşayacağı, bir-birlərini qonşu hesab edəcəyi, orada əvvəllər yaşayanların doğma yurd-yuvalarına qayıdacağı təqdirdə mümkün olacaq: “O zaman görünür onların danışıqlarda iştirak etməyi tələb etmək hüquqları olacaq”. Diplomat bildirib ki, o Dağlıq Qarabağın danışıqlarda iştirakından danışarkən separatçıları nəzərdə tutmur. “Çünki, bu, Ermənistan da daxil olmaqla heç bir ölkə tərəfindən tanınmayan "respublikadır". Bununla yanaşı diplomat arxayın şəkildə əlavə edib ki, qarabağlıların da danışıqlarda iştirak edəcəyi gün gələcək.
Onun sözlərinə görə, Kosovo və Qarabağ münaqişələri arasında heç bir ümumilik yoxdur. “Bunlar tamamilə fərqli vəziyyətlərdir. Kosovo bir ölkənin daxilində, Dağlıq Qarabağ problemi isə mərkəzi Azərbaycan hakimiyyətinə qarşı mübarizə aparan Dağlıq Qarabağ və Ermənistanla Azərbaycan arasında olan bir münaqişədir. Bundan əlavə, Kosovoda uzun illər ərzində beynəlxalq qüvvələr mövcud olub, Qarabağda isə bu olmayıb” deyə, Fasye bildirib.
Bundan əlavə o qeyd edib ki, Ermənistan tərəfinin Kosovo presedentinin Dağlıq Qarabağ münaqişəsində tətbiq edilməsinə ümid etməsinə baxmayaraq, bu mümkün deyil. “Qarabağ dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan tərəfindən belə tanınmayıb” deyə, o vurğulayıb.

Siyasət şöbəsi

2280 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM

[13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT

[13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS

[13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR”

[13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI

[13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI

[13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI

[13.02.2012] - İSA QƏMBƏR - 55

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

ARXIV

Yeni MÜSAVAT © 2008