 |
Gündəm
“İMKAN TAPDIQCA KREML QARABAĞ MÜNAQİŞƏSİNİ QIZIŞDIRACAQ” 2010-03-13 Boris Berezovski deyir ki, rus kəşfiyyatı Azərbaycanın dövlət institutlarında özlərinə yer eləmək üçün səy göstərirlər
|
Rusiyada axtarışda olan keçmiş oliqarx, yəhudi əsilli milyarder Boris Berezovski “Azadlıq” radiosuna müsahibəsində deyib ki, Kreml Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Çünki ənənəvi olaraq “parçala və hökm sür” prinsipinə üstünlük verir. Berezovski vaxtilə MDB-nin icraçı katibi olarkən Qarabağ münaqişəsinin həllinin tapılması üçün göstərdiyi səylər haqda danışaraq deyib ki, o zaman Rusiyanın münaqişənin həllinə necə əngəl yaratdığının şəxsən şahidi olub: “Mən dəfələrlə Ermənistan və Azərbaycan prezidentləri ilə görüşdüm, Qarabağ məsələsinin hər iki tərəf üçün məqbul variantını tapmaq üçün səy göstərdim. Ancaq Rusiyanın hərbi və siyasi dairələrinin bu mürəkkəb məsələnin hər iki tərəfi qane edən həllinə qarşı necə müqavimət göstərdiyini görürdüm. Yəqin xatırlayırsınız ki, mən MDB icraçı katibi postundan azad edilməyim haqda xəbəri də Bakıda o vaxtkı prezident Heydər Əliyevlə görüş zamanı eşitdim. Həmin qərarın arxasında Yevgeni Primakov dayanırdı”. Berezovski deyib ki, əgər Azərbaycan və Ermənistan bu məsələnin həllini tapmaq istəyirsə o zaman onların kömək üçün müraciət edəcəyi ən son ölkə Rusiya olmalıdır. Çünki Rusiya bu münaqişənin həllini həmişə tormozlayacaq və onu qızışdırmağa çalışacaq. MDB ölkələrindəki vəziyyətə yaxından bələd olan Berezovski Qərbin postsovet ölkələrinin liderlərinin xaricdəki sərvətlərindən onlara qarşı təzyiq kimi istifadə etməsinin mümkünlüyü haqda danışarkən deyib ki, onun fikrincə, Qərb öz maraqlarından çıxış edərək rasional siyasət aparır. “Qərbin öz siyasətində demokratiya, azadlıq ideallarından çıxış edəcəyi haqda deyilənlər boş söhbətdir. Ona görə də postsovet məkanında azad, demokratik dövlətlərin meydana çıxacağı haqda təxminlər özünü doğrultmadı. Birdəfəlik dərk etmək lazımdır ki, azad, demokratik dövlət qurmaq üçün heç kim kənardan gəlib yardım etməyəcək, yəni suda boğulanın xilası onun öz əlindədir”. Berezovskiyə görə insanlar küçələrə çıxıb öz azadlıqlarını, hüquqlarını tələb etməlidir: “Bu gün mənim yaşadığım Londonda belə insanlar hakimiyyətin qərarlarına etiraz olaraq küçələrə çıxırlar, öz hüquqlarını tələb edirlər. Bəzən nümayişlərlə 400 min adam qatılır. Nə qədər ki, postsovet ölkələrində küçələrə yüz minlərlə adam çıxmayacaq, biz heç nəyə nail ola bilməyəcəyik”. Kremlin qatı düşməni olan milyarder Azərbaycan prezidenti İlham Əliyevin son vaxtlar işğal edilmiş ərazilərin geri qaytarılması üçün BMT-nin özünümüdafiə prinsipinə əsaslanıb hərbi əməliyyatlara başlamaq qərarı verə biləcəyi barədə bəyanatlara toxunarkən deyib ki, o, Rusiyanın Gürcüstanda olduğu kimi bu situasiyada hərbi müdaxilədən çəkinməyəcəyini düşünür. “Lakin başqa məsələ də var. Siyasətdə blef etmək lazım deyil. Diplomatiyada blef etmək olar, ancaq siyasətdə yox. Ona görə də əgər deyiriksə ki, biz özünü müdafiə prinsipinə əsasən qərar veririk, bu təkcə söz olmamalıdır. Yaxşı hazırlanmış və o cümlədən hərbi variantın da yer aldığı plan olmalıdır” deyə, o bildirib. “Kremlin Azərbaycan hakimiyyətinə və İlham Əliyevin yaxın ətrafına təsir imkanları nə qədərdir” sualına cavab olaraq Berezovski deyib ki, əgər ona Ukrayna ilə bağlı bu sualı versəydilər cavabı kifayət qədər dəqiq olardı: “Rusiya xüsusi xidmət orqanlarından böyük sayda adam hər gün, hər saat Ukrayna ilə məşğul olur. Azərbaycana gəldikdə isə mən ancaq təxminlərlə danışa bilərəm və deyərəm ki, onlar Azərbaycanın dövlət institutlarında özlərinə yer eləmək üçün hər cür səy göstərirlər. O cümlədən digər postsovet ölkələrində”. F.MƏMMƏDOV 1286 dəfə baxılıb
|
[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM [13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT [13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS [13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR” [13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI [13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI [13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI [13.02.2012] - İSA QƏMBƏR - 55 [13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR [13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ) [12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ [12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR [12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI [12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR” [12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB” [12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ [12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ... [11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR ARXIV
|