13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

MEHBALI ƏLİYEVIN ADI DÖVLƏT DEPARTAMENTİNİN HESABATINDA

2010-03-13

“Onu korrupsiya faktlarına görə işdən azad etsələr də, hələ də cinayət məsuliyyətinə cəlb olunmayıb”
ABŞ-ın insan haqlarına dair növbəti illik hesabatında Azərbaycan hakimiyyəti bütün parametrlər üzrə tənqid olunur

ABŞ Dövlət Departamenti dünyada insan haqlarının vəziyyətinə dair növbəti hesabatını hazırlayıb və Azərbaycan hakimiyyəti bu dəfə də bütün parametrlər üzrə kəskin tənqid edilib. Hesabatı təqdim edən dövlət katibi Hillari Kliton deyib ki, bu sənəd ABŞ-ın dünyada insan haqları və demokratiyanı dəstəkləmək siyasətinin bir hissəsidir. Onun sözlərinə görə, hesabatda toplanan faktlar göstərir ki, Dünyada hökumətlərin çoxu 2009-cu ildə də insan hüquqlarını kobud şəkildə pozmaqda davam edib. Xüsusən KİV azadlıqları sahəsində vəziyyətin pisləşməsi tendensiyası qalıb.

Hesabatın Azərbaycana aid hissəsində 2008-ci il prezident seçkiləri, KİV azadlıqlarının məhdudlaşdırılması, jurnalistlərə təzyiqlər, siyasi məhbuslar problemi, din azadlıqlarının məhdudlaşdırılması, işgəncələr və digər problemlərlə bağlı faktlar əksini tapır.
Hesabata görə, 2008-ci ilin prezident seçkiləri, 2009-cu ilin referendumu və bələdiyyə seçkilərində vətəndaşların öz hakimiyyətlərini dinc şəkildə dəyişmək hüququ məhdudlaşdırılıb. Konstitusiyaya dəyişikliklərlə bağlı referendum ərəfəsində fikir və toplaşmaq azadlıqları ciddi şəkildə məhdudlaşdırılıb. Referendum əleyhinə təbliğat aparan müxalifət qrupları təzyiqlərlə üzləşdiklərini bildiriblər. Referendumun səsvermə prosedurlarında qüsurlar olub və əksəriyyətin fikrincə, səsvermə 2008-ci ilin prezident seçkilərindən də olub. Hesabatda deyilir ki, Konstitusiyaya dəyişiklik təklifləri arasında bir nəfərin istədiyi qədər prezident seçilməsinə şərait yaradılması ilə bağlı müddəa var idi. Dövlət Departamenti məsələ ilə əlaqədar Avropa Şurası Venesiya Komissiyasının rəyini xatırladır və qeyd edir ki, demokratik ənənələrin tam oturuşmadığı ölkələrdə prezidentlik limitinin olması vacibdir.
Hesabatda deyilir ki, ötən il ərzində hökumət media azadlığını məhdudlaşdırmaq üçün yeni addımlar atıb. Müxalifət partiyaları öz qəzetlərini çap etməyə və hüquq müdafiəçiləri öz işlərini görməyə davam edə bilsələr də, hökumət bəzi hallarda məmurları və hökumətin addımlarını tənqid edənləri cəzalandırıb. Konstitusiyaya edilən dəyişikliklərə görə, şəxsin icazəsi olmadan onun fotosunu və videosunu çəkmək olmaz. Hesabat dövründə azı 4 nəfər işgəncələrdən ölüb.
“Azərbaycanda həbsxana infrastrukturunun yaxşılaşdırılması sahəsində işlərin görülməsinə baxmayaraq bu sahədə vəziyyət hələ də insan həyatı üçün riskli olaraq qalır”. Hesabatda həbsxanalarda normadan artıq məhbus yerləşdirilməsi, pis tibbi yardım, istilik sisteminin və ventilyasiyanın bərbad olması yoluxucu xəstəliklərin ciddi problemə çevrilməsinə səbəb olduğu bildirilir. Məhbusların bir çoxu onlara qarşı tətbiq edilmiş fiziki işgəncələrin izlərinin üzə çıxmaması üçün məhkəməyə qədər təkadamlıq kameralarda saxlanılırlar. Bu cür kameralarda məhbusları ac saxlamaqla və ya onları yuxusuz qoymaqla ifadələr alınır. Hesabatda xüsusən Qobustan həbsxanasındakı vəziyyətin acınacaqlı olduğu göstərilir. Orada həbsxana işçiləri məhbusları döyür, işgəncələr verir, öldürməklə hədələyir və şikayətlərini insan haqları müdafiəçilərinə çatdırmasını əngəlləyir. Bildirilir ki, adətən Azərbaycanda məhbus qadınlar və azyaşlılar ayrı saxlanılır, lakin beynəlxalq müşahidəçilər azyaşlıların böyüklərlə birgə saxlanıldığını təsdiq edən faktlar aşkar ediblər. Hesabatda Azərbaycanın hüquq-mühafizə orqanlarında korrupsiyanın da geniş yayıldığı, təhlükəsizlik orqanlarının əməkdaşları üçün cəzasızlıq mühitinin hökm sürdüyü qeyd olunur.
Hesabatda o da deyilir ki, Azərbaycanda müstəqil məhkəmə sistemi yoxdur, məhkəmələr icraedici hakimiyyətlərdən asılı fəaliyyət göstərir. Məhkəmə sistemi eyni zamanda korrupsiyalaşıb və qeyri-effektivdir. Hökmlər isə istintaq zamanı əldə edilən dəlillər əsasında çıxarılır, belə dəlillərin bir çoxu işgəncələr altında əldə olunur. Bildirilir ki, məhkəmələr bir çox hallarda bağlı keçirilir, yaxud qəsdən kiçik zallarda təşkil olunur və beləliklə də prosesin beynəlxalq müşahidəçilər, mətbuat tərəfindən izlənilməsi əngəllənir. Əsər hallarda hakimlər ittiham tərəfi ilə əməkdaşlıq edir və onların tutarlı görünməyən dəlillərini də hökm çıxarmaq üçün əsas sayır.
Genişhəcmli hesabatda Azərbaycanda korrupsiya və rüşvətxorluq probleminə də yer ayrılıb. “Korrupsiya cəmiyyətin bütün aspektlərinə, o cümlədən dövlət xidmətinə, hökumətin nazirlərinə və hakimiyyətin ən yüksək pillələrinə cəzasız və geniş şəkildə yayılıb. İl ərzində ölkədə xırda korrupsiya faktlarına dair bir neçə cinayət işi açılıb, lakin bu faktlar korrupsiyanın, xüsusilə də irihəcmli korrupsiyanın yayılmasına qarşı heç bir təsir göstərməyib. Prezident İlham Əliyev Bakının Nizami rayonunun icra hakimiyyəti başçısı Mehbalı Əliyevi korrupsiya faktlarına görə işdən azad edib. Lakin ilin sonuna qədər o hələ də cinayət məsuliyyətinə cəlb olunmamışdı” deyə, hesabatda bildirilir. Sənəddə deyilir ki, 2007-ci ildə qəbul olunmuş korrupsiyaya qarşı mübarizə strategiyası da yerinə yetirilməmiş qalır. Bu strategiyanın əsas elementlərindən biri o idi ki, məmurlar illik gəlirlərini, onların mənbəyini, habelə ailə üzvlərinin gəlirlərini açıqlasınlar. Hesabata görə Azərbaycanda şəffaflıq da ciddi problemdir və hökumət, nazirliklər və dövlət qurumları öz fəaliyyətləri barədə informasiyaların cəmiyyətə çatdırılmasında maraqlı deyillər.

Siyasət şöbəsi

2140 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

[11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

[11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

[11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ

[10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

[10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ

[10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ

[10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI

[10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR

ARXIV

Yeni MÜSAVAT © 2008