13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

ÖLDÜRÜLƏN GENERAL QIZILLARI “SEVGİLİLƏR GÜNÜ”nə ALIBMIŞ

2010-03-13

Rail Rzayevin köməkçisinin gələn həftə başlayan məhkəməsində şok məlumatlar üzə çıxacaq

Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı general-leytenant Rail Rzayevin qətlindən əvvəl 32 min dollarlıq qızıl-zinət əşyaları alması barədə məlumatlar ittiham aktında özünə yer alıb. Bu məlumatdan əvvəl də R.Rzayevin qızıl-zinət əşyaları alması xəbəri yayılmışdı. Yayılan xəbərlərdə Rail Rzayev zinət əşyalarını suvenirlərdən ibarət kolleksiyasına əlavə etmək üçün aldığı bildirilirdi.

Mötəbər mənbədən aldığımız xəbərdə isə deyilir ki, Rail Rzayev 32 min dollarlıq qızıl-zinət əşyalarını 14 fevral “Sevgililər günü”ndə tanıdığı xanımlara hədiyyə etməyə hazırlaşırmış. Lakin başına atılan güllə generalın istəyini ürəyində qoyub. R.Rzayev qətlindən bir gün əvvəl köməkçisi Aydın Rəfiyevi Zeynal adlı zərgərin yanına göndərərək ondan baxıb bəyənmək üçün qızıl-zinət əşyaları alıb gətirməsini tapşırıb. A.Rəfiyevsə tapşırığı yerinə yetirib. Generalın qətlindən sonra Aydın Rəfiyev qızıl-zinət əşyalarının pulu verilmədiyindən onları sahibinə qaytarmaq istəyib. Buna görə də Rail Rzayevin yavəri Anar Haşımovla onun kabinetinə girərək oradan qızıl-zinət əşyaları ilə yanaşı 200 min avronu da götürüblər. A.Rəfiyev qızılları apararaq zərgərə qaytarıb. 200 min avronu isə dəfndən sonra Rail Rzayevin oğlu Qurban Rzayevə vermək istəyib. Lakin Q.Rzayev pulu götürməyərək A.Rəfiyevə saxlamasını tapşırıb. A.Rəfiyev də həmin pulları Binəqədi rayonunda yaşayan tanışı Ceyran Babayevanın mənzilinə aparaq orada gizlədib. Maraqlıdır ki, ittiham aktında R.Rzayevin köməkçisi ilə yavərinin bu əməlləri külli miqdarda oğurluq cinayəti kimi tövsif olunub. Xatırladaq ki, ittihama görə, generalın köməkçisi Aydın Rəfiyev və yavəri Anar Haşımov 2009-cu il fevralın 11-də, R.Rzayev qətlə yetiriləndən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə edərək oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD disklər və generala məxsus seyfdən 200 min avro oğurlayıblar. A.Rəfiyevin oğlu Anar Rəfiyev isə əməkdaşlıq etdiyi “Aztol Telekom” MMC-dən 11 min 710 manat dəyərində 18 ədəd mobil telefonu mənimsəmə ittihamı ilə həbs olunub. Martın 15-də işin Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmədə hazırlıq iclası keçiriləcək. Qəzetimizi izləməklə prosesin gedişatı ilə tanış ola biləcəksiniz.

Cavad CAHANGİRLİ

1782 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM

[13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT

[13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS

[13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR”

[13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI

[13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI

[13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI

[13.02.2012] - İSA QƏMBƏR - 55

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

ARXIV

Yeni MÜSAVAT © 2008