 |
Gündəm
EYNULLA FƏTULLAYEV TƏCRİDXANADAN MƏQALƏ YAZDI 2010-03-13 Orlando Sapata Tamayo “Realist olun, olmayanı arzulayın”
|
Bir neçə gün öncə kubalı vicdan məhbusu Orlando Sapata Tamayonun qəfil ölüm xəbəri məni çox sarsıtdı. Kastro rejiminin zindanlarında çürüdülmüş bu fədakar insan hələ ötən ilin dekabrın əvvəllərindən aclıq aksiyasına başlamışdı. Onun totalitarizmə qarşı etirazının - aclıq aksiyasının 86-cı günündə qəfil vəfatı bütün dünya mətbuatında böyük əks-sədaya səbəb oldu, lakin nədənsə mətbuatımız bu mövzudan yan ötdü. Orlando Amnesty İnternational təşkilatı tərəfindən vicdan məhbusu kimi tanınmışdı və onun da müdafiəsi uğrunda dünyada böyük təbliğat kampaniyası aparılırdı. Hətta bir neçə ay bundan öncə Amnesty tərəfindən onun adına göndərilən məktubu texniki səhv ucbatından mənə göndərilən konvertdən aşkar etdikdən sonra Orlando haqqında məlumat yığmağa başladım. O, 32 nəfər vicdan məhbusundan biri idi. Deməli, 31 nəfər qaldıq. Məndən fərqli olaraq, Orlando jurnalist deyildi, tikintidə çilingər və bənna kimi çalışırdı. Çox kasıb adam idi. Lakin 2003-cü ildə Fidelin gerontakratik və marazmatik rejimindən boğaza yığılıb, “Azadlıq adası” üçün söz azadlığı və demokratiya tələb etdi, həbsdə olan jurnalistlərin qeyd-şərtsiz azadlığa buraxılması istəyini dilə gətirdi. Dövlətin cəza aparatı isə bir çilingərin sərbəst düşüncəsinə davam gətirə bilmədi. Hökumət qüvvələrinə hörmətsizlik etməsi adıyla onu zindana atdı. Orlando 3 illik həbs cəzasına məhkum edilsə də, Fidelin qəddar rejimi bu cəza ilə kifayətlənməyib, ona qarşı növbəti uydurma ittihamlar kəşf edərək, üsyançı çilingərə daha 25 il (!) əlavə cəza kəsdi. 6 ildən çox həbsxanada qalan vicdan məhbusu müddətsiz aclığa başladı. 3 aya yaxın, daha dəqiqi isə 86 gün ərzində mübarizəsini davam etdirə bildi. Orlando 42 yaşında dünyadan köçdü. Bu, əsl tarixin ironiyasıdı! Kubanın azadlığı və firavanlığı uğrunda canını fəda etmiş Çe də sosialist inqilabının salnaməsinin yeni Boliviya səhifəsinə imza atarkən ömrünün 42-ci baharına qədəm qoymuşdu. Bir qəhrəmanın romantik idealından doğmuş eybəcər dövlət başqa bir qəhrəmanın həyatına və ideallarına son qoydu. Həyatın ən böyük paradoksu - gözümüzün önündə həqiqətlər bir-birini inkar edir. Çenin silahdaşı Raul Kastro isə dünyadan gələn etirazlar axını qarşısında üzr istəməli oldu. Amma Kubanın zindanlarında hələ 22 jurnalist qalmaqdadır. Yazılanlara görə, Fidel isə publisistik yaradıcılıqda özünə yeni məşğuliyyət tapıb. Azadlıq eşqinin publisistik despotizmə getdiyi yol azad fikirli çilingərin məhvindən keçdi. Və bütün bu qəddarlıq əbədiyyata qovuşmuş təvazökar Kondotyevin, Gevaranın portretləri fonunda baş verir. Doğrudan da ən böyük inqilablar insanların qəlbində baş verir. Əks-inqilablar kimi. Orlando Sapata Tamayo Kubada əzabkeşə çevrildi. Kuba xalqı Orlando üçün göz yaşı tökür. Görəsən, göz yaşı seli Kubanı despotizmdən xilas edəcəkmi?.. Məni isə başqa sual düşündürür: görəsən Azərbaycanda hansısa bənna demokratik dövlət arxitekturasını xəyalına gətirirmi? Demokratik dövlət binasının tikintisi üçün bir daş da olsa, əsirgəməzmi? Görəsən, bizim məmləkətdə çilingər dissidentliyə can atıb, non-konformizm zirvəsinə ucala bilərmi? Demokratiya uğrunda 86 gün ac qalıb “ideallarımızı qaytarın” tələb-çağırışını səsləyərmi? P.S. Rəbiyyət Aslanovanın fikrincə, Orlando Sapata Tamayo Kuba xalqı üçün şər olub. Xanım-deputat Kuba xalqını Fidel və Raul Kastro qardaşları arasında sıx birləşməyə çağırır, Kuba Kommunist Partiyasının daxili və xarici siyasətini səmimi dəstəklədiyini bildirir. "Amnesty İnternational" kimi təşkilatlar isə Kuba və Azərbaycan kimi dövlətlərə qarşı pozucu fəaliyyət göstərir (Rəbiyyət Aslanovanın Havanadakı çıxışından). Eynulla FƏTULLAYEV 1352 dəfə baxılıb
|
[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ [12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR [12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI [12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR” [12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB” [12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ [12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ... [11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR [11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL [11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB? [11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK [11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK” [11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ [10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI [10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ [10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ [10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI [10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR ARXIV
|