13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

SƏFƏR ƏBİYEVDƏN HƏRBİ KOMİSSARLARA MƏXFİ GÖSTƏRİŞ

2010-03-14

“Tabeçiliyinizdə olan aşağı rütbəli işçilərin heç birinə maaş verməyin”

Hərbi komissarlıq sistemində çalışanlar bilərəkdən çökdürülür. Bu barədə “Olaylar” məlumat yayıb. Məlumata görə, artıq 4 aydır ki, hərbi komissarlıqlarda işçilərə maaş verilmir. Hərbi komissarlıqdakı mənbələrə istinadən verilən xəbərə görə, Müdafiə Nazirliyinin (MN) rəhbərliyi hərbi komissarlıq sistemində çalışan işçilərə əməkhaqqı verməyi dekabrdan qadağan edib. Komissarlıq bu barədə bütün hərbi komissarlara tapşırıq verib. Mənbənin dediyinə görə, səbəb komissarlıq işçilərinin qəfildən ixtisara düşməsinə etiraz etməsi olub.

Onlar başqa hərbi hissələrə köçürülmələri xahişi ilə MN-ə müraciət edib və onların işsiz qalmasının qarşısının alınmasını istəyib. MN isə qulluqçulara rədd cavabı verib. İşini itirən 1000-dən artıq işçi də buna narazılıq olaraq hərbi komissarlıq səviyyəsində etirazlara başlayıb.
Müdafiə naziri Səfər Əbiyev də bu haqda məlumatlandırılıb və komissarlıq işçilərinin öz ərizəsi ilə işdən çıxmaq istəmədikləri bildirilib. Hərbi qulluqçularla prinsipə düşən MN rəhbərliyi bütün hərbi komissarlara tapşırıq verib ki, tabeçiliklərində olan aşağı rütbəli işçilərin heç birinə əməkhaqqı verilməsin. Nazirliyin göstərişinə əsasən artıq komissarlıqlarda hərbi komissar və onun müavinlərindən başqa heç kimə maaş verilmir. Komissarlar bu məsələni müdafiə büdcəsindəki pul çatışmazlığı ilə əlaqələndirib. Nəticədə hərbi komissarlıq sistemində çalışan 1000-dən artıq şəxs 4 aydır maaş üzünə həsrət qalıb. Onlardan 100-ə yaxını əlacsızlıqdan öz ərizələri ilə komissarlıq sistemindən istefa verib.
MN mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev məlumatı təkzib etdi: “Belə şey yoxdur. Məvaciblərin verilməməsi barədə nazirlik tərəfindən tapşırığın olması xəbəri bu məlumatı yayanların uydurmasıdır. Rotasiya qaydasında müəyyən yerdəyişmələr edilib. Bəziləri xidmət müddətini bitirdiyinə görə təqaüdə, bəziləri isə qoşun növlərində xidmətini davam etdirməyə göndərilib”.

ELŞAD

5040 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM

[13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT

[13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS

[13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR”

[13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI

[13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI

[13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI

[13.02.2012] - İSA QƏMBƏR - 55

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

ARXIV

Yeni MÜSAVAT © 2008