 |
Gündəm
RƏSMİ BAKI FRANSALI HƏMSƏDRİN DEDİKLƏRİNİ ARAŞDIRIR 2010-03-14 Elxan Poluxov: “Nəticə etibarilə bizim məsələyə münasibətimiz olacaq” Vəfa Quluzadə: “Fasyenin bəyanatı diplomata yaraşan bəyanat deyil”
|
ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye növbəti dəfə anti-Azərbaycan mövqeyi ilə diqqəti özünə cəlb edə bilib. Vaxtaşırı tutduğu vəzifəyə və missiyasına uyğun olmayaraq qərəzli mövqe sərgiləyən diplomat bu dəfə də işğalçı Ermənistana bəraət qazandıran fikirlər söyləyib. “Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar başlayarsa, Azərbaycan qələbə qazana bilməz. Şəxsən mən Ermənistan və Qarabağ döyüşçülərinin mərdliyinə bələdəm” , - deyə Fasye bildirib. Diplomat əlavə edib ki, müharibə Azərbaycana fayda gətirməyəcək və onun maliyyə maraqlarına, neft satışına zərər verəcək. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatına sərmayə qoyan beynəlxalq sərmayədarlar öz vəsaitlərinin təhlükə altında qalmasını istəməyəcəklər və Azərbaycana kapital qoymaqdan imtina edəcəklər. Qeyd edək ki, artıq Azərbaycanın Müdafiə Nazirliyi Fasyenin dediklərinə reaksiya verib. Mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu fransalı həmsədrin Ermənistan və Qarabağ döyüşçüləri barədə dediklərinə təəccüblənmədiyini, onun ənənəvi mövqedən çıxış etdiyini bildirib.
Politoloq Vəfa Quluzadə hesab edir ki, fransız həmsədrdən inciməyə dəyməz: “Nə qədər təəssüf doğursa da, etiraf etməliyik ki, Fasye düz deyib. Haqlı olaraq bildirib ki, Qarabağda müharibə başlasa, Azərbaycan uduzacaq. Fasye yeni vəzifəyə təyin olunanda onunla ilk görüşənlərdən biri də mən olmuşam və bir sıra məsələləri müzakirə etmişik. O, gözəl başa düşür ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistan yox, Rusiyadır. Yəni əgər Azərbaycan torpaqlarını müharibə yolu ilə azad etmək istəsə, o zaman Ermənistan yox, Rusiya döyüşəcək. Bizim hərbi bəyanatlarımız ermənilərə müəyyən mənada əsas verir. Ona görə də məsləhət görərdim ki, bu tipli bəyanatlar verməsinlər. Unutmaq olmaz ki, Ermənistanın arxasında həm də Qərb dayanır”. Ancaq V.Quluzadə bəyanatı diplomata yaraşan bəyanat saymadı: “Həmsədr ölkənin təmsilçisi belə bəyanatlar verməməlidir. Onlar özlərini diplomatik aparmalı, ümumi diplomatik ibarələr işlətməlidirlər. Əgər artıq onların diplomatik ifadələri tükənibsə, mənə müraciət etsinlər. Mən keçmiş diplomatik fəaliyyət baqajımdan istifadə edib onlara köməklik göstərərəm”.
XİN-in mətbuat katibi Elxan Poluxov isə məsələnin araşdırıldığını bildirdi: “Cənab Fasye tərəfindən belə bir bəyanatın verilib-verilmədiyini araşdırırıq. Nəticə etibarilə bizim məsələyə münasibətimiz olacaq. Amma fikrimizcə, həmsədr ölkənin nümayəndəsinin hansısa tərəfin mövqeyindən çıxış etməsi o qədər də inandırıcı görünmür. Həmsədrlər münaqişənin həllində bitərəf olmağa çalışmalı, kifayət qədər tarazlaşdırılmış ifadələr işlətməlidirlər”. Bəs, fakt təsdiqini taparsa, Fasyedən imtina məsələsi gündəmə gətirilə bilərmi? E.Poluxovun cavabı diplomatik oldu: “Hansısa ölkənin nümayəndəsi açıqlamalarında bitərəf mövqedən çıxış etmirsə, bu, artıq həmin ölkənin məsələyə nə qədər ciddi yanaşmasının göstəricisidir”. E.PAŞASOY 763 dəfə baxılıb
|
[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM [13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT [13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS [13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR” [13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI [13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI [13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI [13.02.2012] - İSA QƏMBƏR - 55 [13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR [13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ) [12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ [12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR [12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI [12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR” [12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB” [12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ [12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ... [11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR ARXIV
|