 |
Gündəm
TÜRKİYƏDƏN AVROPA ÖLKƏLƏRİNƏ “SOYQIRIMI” HƏDƏSİ 2010-03-14 Əhməd Davudoğlu: “Cavabımız çox sərt olacaq”
|
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İsveç parlamenti tərəfindən “erməni soyqırımı”nın tanınmasından sonra ilk dəfə bu ölkənin xarici işlər naziri Karl Bildtlə görüşüb. Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü üçün Finlandiyada olan Davudoğlu Bildtə deyib ki, İsveç parlamentinin qərarı iki ölkə münasibətlərinə ciddi zərbə vurdu. Bildt isə deyib ki, parlamentin qərarı böyük səhvdir və hökumətin onu qəbul etməsi mümkün deyil. Davudoğlu dost İsveç parlamentindən belə qərar gözləmədiklərini deyərək bildirib ki, əgər bu cür təxribatçı təşəbbüslər digər Avropa ölkələrinə də yayılarsa, Türkiyənin reaksiyası çox sərt olacaq: “Bəziləri 1915-ci il hadisələrini erməni məsələsi saya bilər, ancaq bu, bizim üçün türk millətinin çox böyük ordulara qarşı müdafiə etdiyi Çanaqqala deməkdir”. Bildt isə məyusluğunu ifadə edərək deyib ki, tarixi məsələlər parlament qərarları ilə siyasiləşdirilməməlidir. Nazirin fikrincə, artıq qərar qəbul olunduğundan bundan sonra nəticələrə baxmaq lazımdır. K.Bildt Türkiyənin etirazlarını başa düşdüyünü bildirsə də səfirin geri çağırılmasından üzgün olduğunu da deyib. O deyib ki, qəbul olunan qərara baxmayaraq İsveç Türkiyənin Avropa Birliyinə üzvlüyünə verdiyi böyük dəstəyi davam etdirəcək: “Türkiyəni gələcəkdə görmək istədiyimiz Avropanın bir parçası olaraq dəyərləndiririk və bu məsələdə əlimizdən gələn dəstəyi veririk”. Xarici işlər naziri deyib ki, İsveçdə “erməni soyqırımı” ilə bağlı mübahisələr olub və hökumət parlamenti bu qərarın yanlış olduğuna inandırmağa çalışıb. Onun sözlərinə görə, bu səsvermə İsveçdə hər il keçirilir. Amma bu il daxili siyasi mübahisələr üzündən qərar qəbul olunub. Xəbərlərə görə, erməni lobbisi “soyqırımı” layihəsini İsveçdən sonra İspaniya parlamentinin iclasında qaldırmağa hazırlaşır. Artıq İspaniya parlamenti qondarma “soyqırımı” ilə bağlı qanun layihəsini gündəliyə salmaq qərarına gəlib. Təşəbbüsün müəllifləri solçu Kataloniya Respublika Partiyası (ERC) və Yaşıllar Partiyasının üç deputatıdır. Qeyd edək ki, martın əvvəlində Kataloniyanın qanunverici orqanı səs çoxluğu ilə “erməni soyqırımı”nı tanımışdı. Almaniyada da məsələni parlamentə çıxarmaq üçün iş gedir. “Cümhuriyyət” qəzetinin köşə yazarı Çengiz Candar isə dünənki məqaləsində yazıb ki, Ankaranın “soyqırım”ın tanınmasına qarşı reaksiyası adekvat deyil: “Belə getsə, Türkiyənin Qərb ölkələrində səfiri qalmayacaq”. Ç.Candar deyir ki, ortaya çıxan bu durum Türkiyə xarici siyasətində yol verilən yanlışlıqlardan qaynaqlanır. Hökumət Ermənistanla protokolları imzalasa da Azərbaycanın mövqeyi üzündən onu həyata keçirə bilmədi. Müəllif yazır ki, bu günlərdə Türkiyə hökumətinin yüksək səlahiyyətli nümayəndəsi ona belə deyib: “Türk mediası Azərbaycan prezidenti İlham Əliyevi ortaya çıxan bu durumdakı payına görə niyə tənqid etmir?” Müəllif bu irada belə cavab verir: “İki il əvvəl İsveçrədə Ermənistanla gizli danışıqlar başlayanda Azərbaycan da yerində idi, Qarabağ problemi də qalırdı, üstəlik MHP və CHP-nin necə davranacağı hökumətə bəlli idi. Ancaq bunları nəzərə almadan işləri protokolların imzalanmasına qədər gətirdilər. Mən sual edirəm: Qarabağ ağlınıza yenimi gəldi? Əgər belə idisə, iki il əvvəl Ermənistanla gizli danışıqlara başlamayaydınız”. Siyasət şöbəsi 2526 dəfə baxılıb
|
[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM [13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT [13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS [13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR” [13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI [13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI [13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI [13.02.2012] - İSA QƏMBƏR - 55 [13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR [13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ) [12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ [12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR [12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI [12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR” [12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB” [12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ [12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ... [11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR ARXIV
|