12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

SƏRKİSYAN DA ABŞ-a ÇAĞIRILDI

2010-03-14

Ağ Evdə protokollara dair kritik sammit olacaq; Vaşinqton Azərbaycan hakimiyyətinə təzyiqlərini davam etdirir

Gürcüstandan sonra Cənubi Qafqazın daha bir ölkəsinin rəhbəri ABŞ-da keçiriləcək qlobal nüvə təhlükəsizliyi sammitinə dəvət alıb. ABŞ dövlət katibi Hillari Klinton ötən gün Ermənistan prezidenti Serj Sərkisyana zəng edərək ona sammitə dəvəti çatdırıb. Klinton deyib ki, prezident Obamanın adından Sərkisyanı Vaşinqtonda gələn ay keçiriləcək sammitə dəvət edir. Bildirilib ki, tərəflər arasında regional və ikitərəfli münasibətlərə dair Vaşinqtonda müzakirələr aparılacaq.

Barak ObamaQlobal nüvə təhlükəsizliyinə dair sammit ABŞ prezidentinin təşəbbüsü ilə keçirilir. Ora bir çox ölkələrin - Rusiya, Türkiyə, Yaponiya, Çin və digərlərinin dövlət və hökumət başçıları dəvətlidir. Gürcüstan prezidenti Mixail Saakaşvili isə dəvəti hələ ötən ay alıb. Onun sammitdən sonra Ağ Evdə Obama ilə görüşü də razılaşdırılıb.
Lakin Azərbaycan prezidentinin sammitə dəvət olunması haqda bu günədək heç bir məlumat yoxdur. Böyük ehtimalla belə dəvət göndərilməyəcək. Çünki sammitə hazırlıq başa çatmaq üzrədir və iştirakçıların tərkibi artıq məlumdur. Bir qayda olaraq belə sammitlərə dəvət bir-iki ay əvvəldən göndərilir. Dəvət olunanlar isə öz iştirakını azı iki-üç həftə əvvəldən təsdiqləməlidir. Göründüyü kimi, Ermənistan prezidentinə dəvəti şəxsən H.Klinton çatdırıb. Bu da Sərkisyanın Ağ Evin sevimlisinə çevrildiyini göstərir. Elə Ermənistanın hakim Respublika Partiyasında da hesab edirlər ki, Sərkisyanın ABŞ-a dəvət edilməsi və dövlət katibinin dəvəti şəxsən çatdırması İrəvan-Vaşinqton münasibətlərinin Obama üçün nə dərəcədə mühüm olmasından xəbər verir.
Əgər Azərbaycan prezidentinə yaxın günlərdə sammitə dəvət göndərilməsə, bu, Vaşinqton tərəfindən Bakıya qarşı çox açıq mesaj olacaq. Bununla Obama administrasiyası nümayiş etdirəcək ki, Azərbaycan artıq ABŞ-ın strateji tərəfdaşı deyil və Vaşinqtonun Bakıya münasibəti heç də yaxşı deyil. Əksinə, Ermənistan ABŞ-ın Cənubi Qafqaz siyasəti üçün prioritetdir. Dəvətin göndərilməməsi həm də o demək olacaq ki, ABŞ Azərbaycanı Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasını əngəlləyərək Vaşinqtonun böyük diqqət ayırdığı layihənin iflas təhlükəsi ilə üzləşməsinə səbəb olduğuna görə cəzalandırır. Vaşinqtonda birmənalı olaraq hesab edirlər ki, Ankara-İrəvan yaxınlaşmasını Azərbaycan əngəlləyir. Əslində Ağ Ev bunu əvvəlcədən gördüyü üçün Türkiyə baş naziri Ərdoğanın qarşısında “Əliyevi yola gətir” vəzifəsini qoymuşdu. Lakin Ərdoğan bu vəzifənin öhdəsindən gələ bilmədi, ardınca Vaşinqtonun Bakıya təmasları da nəticəsiz qaldı və nəticədə protokolları həyata keçirmək mümkün olmadı. Vaşinqton isə Bakının bu “tərsliyini” cavabsız qoymur və ona müxtəlif yollarla təzyiq göstərir. Vaşinqtonda keçiriləcək sammitə indiyədək dəvətin göndərilməməsi də bu təzyiq üsullarından biridir.
Sərkisyan isə Vaşinqtona daha çox ona görə dəvət olunur ki, ABŞ aprelin 24-ü ərəfəsində keçiriləcək bu sammit zamanı onu Türkiyənin baş naziri ilə görüşdürsün və protokolların ratifikasiyasına yol açsın. Artıq erməni mənbələri aprelin ikinci ongünlüyündə keçiriləcək sammit zamanı Vaşinqtonda Ərdoğanla Sərkisyan arasında görüş olacağını xəbər verib. Bu görüşə Obamanın qatılması da istisna deyil. Qatı millətçi erməni partiyası Daşnaksütyunun liderlərindən Vaan Ovanesyan deyib ki, Sərkisyana göndərilən dəvət və onun Ərdoğanla görüşünün təşkili Ermənistana qarşı tələdir: “Bu dəvətdə və görüşdə məqsəd odur ki, Obama aprelin 24-də ”soyqırım" sözünü işlətməsin".
Ovanesyan Edvard Nalbəndyana da protokollarla bağlı istehzalı cavab verib. Nalbəndyan daşnakların protokollarla bağlı onun ünvanına danışıqlar apara bilmədiyi haqda tənqidlərinə cavab olaraq demişdi ki, bunu deyənlər danışıq nə olduğunu bilmir. Ovanesyan isə Nalbəndyana belə cavab verib: “Xarici işlər naziri stolun altında iməkləyəndə daşnaklar danışıqlar aparmaqla məşğul olub Ermənistanın maraqlarının xeyrinə olan nəticələr əldə edirdi”.
Ovanesyan deyib ki, əgər Ermənistan Türkiyənin Qarabağ münaqişəsi nizamlanmadan protokolları ratifikasiya edəcəyinə inanırsa, böyük səhvə yol verir.
Son məlumatlara görə, ABŞ-da planlaşdırılan Ərdoğan-Sərkisyan görüşü alınmaya bilər. Çünki ABŞ Konqresi Xarici Əlaqələr Komitəsində “erməni soyqırımı” layihəsi ilə bağlı səsvermədən sonra Ankara ilə Vaşinqton arasında gərginlik hökm sürür. “CNN-Türk” diplomatik qaynaqlara istinadən xəbər verir ki, Vaşinqton Ərdoğanın ABŞ-a səfəri barədə bu səsvermədən əvvəl məlumatlandırılıb, lakin indi vəziyyət dəyişdiyi üçün məsələ yenidən nəzərdən keçirilir: “Əgər Ərdoğan səfərdən imtina etsə, bunu açıqlamaq üçün münasib vaxt gözləyəcək, çox güman ki, səfərə az qalmış bunu edəcək”.

F.MƏMMƏDOV

3020 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

[11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

[11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

[11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ

[10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

[10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ

[10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ

[10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI

[10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR

[10.02.2012] - AVROPA BİRLİYİNİN “EUROVİSİON” VİZASI İSTƏYİ

[10.02.2012] - AĞLAYAN SİYASƏTÇİLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008