 |
Gündəm
“QARABAĞDA MÜHARİBƏ RİSKİ XEYLİ YÜKSƏKDİR” 2010-03-14 Ariel Koen: “Bakı referenduma razıdır, ancaq buna qədər Ermənistan işğala son qoymalıdır”
|
Qarabağ münaqişəsinin nizamlanmasına dair yenilənmiş Madrid prinsipləri ətrafında Fransa üzərindən danışıqlar davam edir. Son məlumata görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Minsk Qrupunun həmsədrləri ilə görüşmək üçün gələn həftə Parisə səfər edəcək. Onun Fransa prezidentinin xarici siyasət müşaviri ilə görüşü də gözlənilir. Erməni mənbələri bildirir ki, Nalbəndyan martın 16-da əvvəlcə Berlinə, oradan isə Parisə gedəcək. Xatırladaq ki, Nalbəndyan bu həftənin əvvəli prezident Serj Sərkisyanı Parisə səfərində müşayiət edib. Hazırda Fransa və Rusiya uzlaşdırılmış şəkildə hər iki münaqişə tərəfi ilə ayrı-ayrılıqda danışıqlar aparır. Martın 2-də Rusiya prezidenti Dmitri Medvedyev Parisə səfər edib və prezident Nikolya Sarkozi ilə görüşü zamanı Qarabağa dair birgə səylər barədə danışıb. Bu görüşdən dərhal sonra Rusiya xarici işlər nazirinin müavini, XİN-də Qarabağ danışıqlarını kurasiya edən Qriqori Karasin Bakıya gəlib, ardınca Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Parisə gedib və orada həmsədrlərlə görüşüb. Bunun ardınca Ermənistan XİN başçısı Nalbəndyan Moskvaya çağırılıb. Bir gün sonra isə S.Sərkisyan Parisə gedib. Bütün bu təmaslar zamanı Madrid prinsiplərinin yenilənmiş variantına dair müzakirələr aparılır. Azərbaycan artıq bəyan edib ki, yenilənmiş variantı qəbul edir və onun əsasında böyük sülh sazişinə dair danışıqlar aparmağa hazırdır. Ermənistan da yenilənmiş Madrid prinsiplərini rədd etmir, lakin görünür, hansısa mübahisəli məqamları dəqiqləşdirmək üçün vasitəçilərlə müzakirələr aparır və yekun rəsmi mövqeyini açıqlamır. Madrid prinsipləri adlanan sülh təkliflərinin məzmunu çoxdan bəllidir. Bu plan ətraf rayonların “5+2" formulu ilə boşaldılmasını, Dağlıq Qarabağa aralıq statusun verilməsini, beynəlxalq təhlükəsizlik təminatını və sülhməramlı qüvvələrin bölgədə yerləşdirilməsini, müəyyən vaxt çərçivəsində isə Dağlıq Qarabağın yekun statusunun müəyyən olunması üçün səsvermənin keçirilməsini nəzərdə tuturdu. Azərbaycan referendumun konkret müddət keçəndən sonra keçirilməsinə imkan yaradan bu plan üzrə xeyli müddət danışıqlar aparıb, ancaq təqribən il yarım əvvəl ondan imtina edib. Daha sonra həmsədrlər bu planı yeniləyib və tərəflərə təqdim ediblər. Yeniliklərin nədən ibarət olduğu haqda məlumat yoxdur, ancaq ümumi məlumat belədir ki, əsas müddəalar yerində qalır, yəni Azərbaycan üçün Dağlıq Qarabağı birdəfəlik itirməyə bərabər olan referendum prinsipi sənəddən çıxarılmayıb. Bu arada Qarabağ danışıqlarının detalları haqda kifayət qədər bilgiyə malik olan, hətta ötən il Ermənistan və Azərbaycan prezidentləri arasında danışıqlardan birində iştirak edən amerikalı ekspert, “Heritage” Fondunun proqram direktoru Ariel Koen erməni mətbuatına deyib ki, Azərbaycan yenilənmiş Madrid prinsiplərinə razılıq verməklə Dağlıq Qarabağda referendumun keçirilməsinə razı olduğunu göstərir. Koenə görə, referendum o deməkdir ki, Dağlıq Qarabağ sonda Ermənistanın tərkibinə qatılacaq: “Bakı referenduma razıdır, ancaq buna qədər Ermənistan ərazilərin işğalına son qoymalıdır”. A.Koen müxalifyönlü “Aykakan jamanax” qəzetinə deyib ki, hazırda Ermənistan üçün prioritet məsələ Türkiyə ilə münasibətlərin normallaşmasıdır. Ona görə də Qarabağ məsələsi ətrafında mövcud status-kvo qalacaq. Koen bu iki məsələdən heç birində irəliləyişin baş verəcəyinə ümid etmir, onun fikrincə, Ermənistan maraqlıdır ki, hər iki proses iflasa uğrasın. Qarabağda hərbi əməliyyatların yenidən başlanması ehtimalına toxunan Koen deyib ki, atəşkəs rejimi kifayət qədər kövrəkdir. Ona görə də vəziyyətin nəzarət altından çıxması ehtimalı olduqca yüksəkdir: “Tərəflərdən biri atəş aça və bu da dağıdıcı nəticələrə səbəb ola bilər. Ancaq hər iki tərəf bilməlidir ki, müharibə problemi həll etmir. Amma regionda hərbi əməliyyatların bərpası riski xeyli yüksəkdir”. Əgər situasiya Koenin dediyi kimidirsə, o zaman Qarabağ danışıqlarının kifayət qədər təhlükəli məcraya daxil olduğunu demək olar. Çünki tərkibində referendum prinsipinin yer aldığı istənilən plan təslimçilikdir və onun qəbulu Qarabağı birdəfəlik itirmək deməkdir. Lakin rəsmi Bakının bəyanatlarına inansaq, danışıqlar hazırda ərazi bütövlüyü prinsipi çərçivəsində aparılır və Dağlıq Qarabağın statusunu gələcəkdə, qaçqınların öz yerlərinə qayıtmasından sonra danışıqlar yolu ilə müəyyən etmək nəzərdə tutulur. Dövlət başçısı səviyyəsində dəfələrlə təkrar edilən bu bəyanatların fonunda xarici işlər naziri yenilənmiş Madrid prinsiplərinin böyük sülh sazişinə dair danışıqlar aparmaq üçün Bakı tərəfindən qəbul edildiyini açıqlayaraq narahatlıqlara rəvac vermiş olur. Siyasət şöbəsi 1058 dəfə baxılıb
|
[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM [13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT [13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS [13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR” [13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI [13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI [13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI [13.02.2012] - İSA QƏMBƏR - 55 [13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR [13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ) [12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ [12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR [12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI [12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR” [12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB” [12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ [12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ... [11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR ARXIV
|