13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

ZİYA MƏMMƏDOV KƏMALƏDDİN HEYDƏROVLA YENƏ TOQQUŞDU

2010-03-14

Superoliqarxların savaşında yeni xanə
“Fövqəlnazir”in yaxın qohumunun vəzifəsi nəqliyyat nazirinin qardaşına görə endirildi; Nəriman Məmmədov “Avtonəqliyyatservis”də biabırçı durum yaradıb

Nəqliyyat Nazirliyinin “Avtonəqliyyatservis” departamentində baş verənlərlə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Aldığımız məlumatlar nazirliyin müfəttişlərinin sürücülərə qarşı qəddarlığının kökündə dayanan səbəbə də aydınlıq gətirir. Bu barədə məlumat verən qaynağımız deyir ki, nəqliyyat naziri Ziya Məmmədovun böyük qardaşı Nəriman Məmmədov sözügedən departamentdə kadrlar şöbəsinin rəisi işləyir.

“Vaxtilə Gəncə şəhərindəki dəmiryol vağzalında yolgöstərən işləmiş Nəriman Məmmədov hazırda birinin dəyəri 150-200 min dollar olan müxtəlif markalı 5-6 ”CİP"də gəzir. 5-6 aydan bir müfəttişləri işdən qovur və yerinə götürdüyü şəxslərdən 3-5 min manat pul alır. Bu vəziyyət departamentdə ciddi narazılıq yaratsa da 67 yaşlı Nəriman Məmmədova heç kim qorxusundan bir söz deyə bilmir. Əlbəttə ki, nazirin qardaşı olduğuna görə. O isə elə bil insanların qəsdinə durub. Uzun illər nəqliyyat sistemində çalışan şəxsləri pensiya yaşına çatmalarını bəhanə edərək onları bir anda işdən çıxarmaqdan da çəkinmir".
Kəmaləddin HeydərovMənbə N.Məmmədovun gününü kabinetinin arxasındakı istirahət otağında keçirməsinə də toxunaraq departamentdə biabırçı durum yaratdığını, vəziyyətin dözülməz olduğunu bildirib: “Nəriman Məmmədov heç kimi, hətta departamentin rəhbərliyini də saymır. Departamentdə aparılan yoxlama bir neçə gün əvvəl sona çatdı. Nəriman Məmmədovun sürücülərdən lisenziya üçün, maşınlardan açılıb oğurlanan nömrələr üçün pul alan sağ əli Anar Abbasovun saxtakarlıqları üzə çıxdı. Onu işdən çıxardılar”.
Qaynağımız deyir ki, departament rəhbərliyi də Nəriman Məmmədovun hərəkətlərinin qarşısını almaqda gücsüzdür: “Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın qohumu departament rəisinin müavini idi. Hansısa güclü və gözəgörünməz qüvvələr onu vəzifəsindən azad edib Anar Abbasovun əvvəllər tutduğu qat-qat aşağı vəzifəyə təyin etdilər ki, Kəmaləddin Heydərovun yaxın qohumu da Nəriman Məmmədova bir söz deyə bilməsin. Bununla da nəqliyyat nazirinin qardaşının əl-qolu lap açıldı”.
Anar Abbasovun işdən çıxarılandan sonra həbs edilib-edilməməsinə dair suala isə qaynağımız belə cavab verdi: “Anar Abbasov ay ərzində topladığı 100-200 min manatı Nəriman Məmmədova ötürürdü. Bunun müqabilində ona əməkhaqqından əlavə paketdə 10 min manat verilirdi. İşdən çıxarandan sonra onu tutmadılar. Əgər tutsaydılar, Nəriman Məmmədovun da cinayətlərinin üstü açılacaqdı”.
Departamentdə işçilərin maaşının məbləğinə toxunan mənbəmiz qeyd etdi ki, sıravi işçilər 200-300 manat civarında əməkhaqqı, qanunsuz işlərinin müqabilində isə 200-300 dollar “paket maaşı” alırlar.

E.HÜSEYNOV

5205 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT

[13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS

[13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR”

[13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI

[13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI

[13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

ARXIV

Yeni MÜSAVAT © 2008