13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

EKSPERTLƏR “DUBAYDAKI MÜLKLƏR”dən DANIŞDILAR

2010-03-14

“Əli Həsənovun Əliyevlər ailəsinin Dubayda əmlak almasının qanuniliyi barədə dedikləri inandırıcı deyil”

İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) rəhbəri Qubad İbadoğlu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun “Yeni Müsavat” qəzetinə müsahibəsində prezident İlham Əliyevin mülkiyyəti və gəlir mənbələri ilə bağlı dediklərini “Turan”a şərh edərkən bildirib ki, onun İ.Əliyevin müəyyən biznes sahibi olmasına şübhəsi yoxdur: “Sadəcə, indiki anda İlham Əliyevin mülkiyyəti iş adamının mülkiyyəti kimi müzakirə edilmir. O, prezidentdir. Prezidentliyə namizədliyini irəli sürəndə gəlirləri və əmlakını bəyan edib”.

Q.İbadoğlunun fikrincə, əgər Ə.Həsənovun sadaladığı əmlak və mülkiyyətlər 2003 və 2008-ci il prezident seçkiləri zamanı bəyannamədə əksini tapıbsa, onda 2003-cü ilədək olan gəlirləri hesabına əmlak alınıbsa, bu zaman deyilənlərdə müəyyən həqiqət yükü var: “Amma qanunla prezidentlik dövründə Əliyev və onun ailə üzvlərinə bizneslə məşğul olmaq qadağan edilir. Odur ki, bu gəlir və əmlakın hansı dövrə aid olduğunu aydınlaşdırmaq çox vacibdir”.
Ekspert bildirib ki, prezident İ.Əliyevin gəlirləri, əmlakı deyil, həm də xərcləri ictimai diqqət mərkəzindədir: “Bu zaman 1 milyonadək qaçqını və 1 milyondan çox yoxsulu olan ölkənin prezidentinə vəsaitlərini israfçılıqla belə xərcləmələrə yönəltməsinə nə sosial ədalət, nə də siyasi maraq nöqteyi-nəzərindən haqq qazandırıla bilməz”.
İTM rəhbəri hesab edir ki, hər bir vətəndaşın prezidentdən gəlir və xərcləri barədə izahat tələb etmək hüququ var: “Eyni zamanda prezidentin də öz gəlir və xərcləri barədə müntəzəm olaraq əhalini məlumatlandırmaq öhdəliyi var. Bu, qarşısında sosial-bazar iqtisadiyyatının təşəkkülü və əhalinin maddi rifah halının yüksəldilməsi kimi vəzifələr duran prezidentə yaraşmır və buna haqq qazandırmaq olmaz”.
O hesab edir ki, prezidentə və onun ailə üzvlərinə Dubaydakı mülklərin bağışlanması ilə bağlı bəyanatların da ciddi araşdırılmasına ehtiyac duyulur: “Prezidentə və onun ailə üzvlərinə mülklərin bağışlanması ilə bağlı məsələ korrupsiya qanunvericiliyi nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Hədiyyənin məbləği, təyinatı və məqsədləri də araşdırılmalıdır. Hədiyyə, onun məbləği və məqsədləri ilə bağlı vaxtında xalqa məlumat verilməməsi isə hüquqi baxımdan araşdırılmalıdır”.
Hüquqşünas Ələsgər Məmmədli bildirib ki, prezident namizədliyini irəli sürərkən Mərkəzi Seçki Komissiyasına bəyannamə təqdim edib: “2003 və 2008-ci illər prezident seçkiləri zamanı İlham Əliyev bəyannaməsinə şirkətləri, mülkləri, gəlirləri, obyektləri və s. ilə bağlı məlumat daxil etsəydi, bu barədə ictimaiyyətin məlumatı olardı. Bəyannamədə bu məlumatlar yoxdur”.
Hüquqşünas prezident və onun ailə üzvlərinin bizneslə məşğul olması ilə bağlı Ə.Həsənovun bəyanatına da aydınlıq gətirib: “Prezidentin və onun xanımının bizneslə məşğul olmasını qanun birbaşa qadağan edir. Belə ki, prezidentin xanımı Milli Məclisin deputatıdır. Dövlət başçısının oğlu həddi-buluğa çatmayıb və orta məktəb şagirdidir. Qızlarının biri artıq onun ailə üzvü deyil, öz ailəsi var. Digər qızının isə qeydiyyatdan keçmiş şirkəti barədə Vergilər Nazirliyinin reyestrində məlumat yoxdur. Hər bir biznes təşkilatı 14-35 faiz miqdarında gəlir vergisi və əvvəllər 22 faiz, son illər isə 20 faiz mənfəət vergisi verməlidir. Prezidentin ailə üzvlərinin şirkətləri olsaydı, indiyədək vergi öhdəliklərini yerinə yetirməli idi. Yəni sözügedən 75 milyonluq əmlak üzrə vergi ödəmələri barədə indiyədək ictimaiyyətə məlumat verilməli idi”.
Ə.Məmmədli də şöbə müdirinin hədiyyə ilə bağlı bəyanatını şərh edərkən İbadoğlunun fikrini təkrarlayıb: “Burada hədiyyənin son yüksək məbləği 50 manat göstərilib. Bundan yüksək məbləğdə hədiyyə götürülməsi və ictimaiyyətin vaxtında məlumatlandırılmaması hüquqi məsuliyyət doğurur. Azərbaycanın müvafiq orqanları xalq qarşısında məsuliyyətini dərk edərək bunun hədiyyə olub-olmamasını müəyyən etməli, əgər hədiyyədirsə, məqsədləri, təyinatı və məbləğini müəyyən etməli, hansı hüquqi məsuliyyət doğurduğu barədə xalqa məlumat verməlidir”.
Hüquqşünas deyir ki, prezientin özü də məsələyə aydınlıq gətirməlidir: “Bəzi bəyanatlarda ”Vaşinqton Post"un məlumatının dezinformasiya olduğu səslənir. Prezident ailə üzvlərinin adına Dubayda mülklərin olub-olmamasına aydınlıq gətirməlidir".
2003-cü il prezident seçkilərində İ.Əliyev ilk dəfə dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürəndə MSK-ya gəlir mənbələri və əmlakı barədə bəyannamə təqdim etmişdi. Milli Məclisin arayışına görə, Əliyevin gəliri son 12 ayda köhnə məzənnə ilə 32,5 milyon manat (6,5 min dollar) təşkil edib. Bu məbləğin təxminən 5 milyon manatını o, vergi ödəyib. İ.Əliyev Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsində əməkhaqqı almadığı barədə arayış təqdim edib. ARDNŞ-nin I vitse-prezidenti vəzifəsində də əməkhaqqı almırdı, belə ki, bu vəzifədə deputat olarkən çalışırdı. Bəyannamədə o bildirib ki, Bakıda yalnız 245 kv.m sahəsi olan bir mənzili var.

Xəbər xidməti

1833 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

[11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

[11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

[11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ

[10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

[10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ

[10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ

[10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI

[10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR

ARXIV

Yeni MÜSAVAT © 2008