12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

İRAN AZƏRBAYCANA SÜRPRİZ HAZIRLAYIR

2010-03-15

Tehran rejimi tariximizin təhrifi ilə bağlı tədbir planlaşdırır

Müstəqil Azərbaycan Respublikasının mövcudluğu, Güney Azərbaycanda milli oyanış və özünü dərkin genişlənməsi hər zaman olduğu kimi Tehran rejimini ciddi narahat etməkdədir. Bu barədə GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən aldığımız məlumata görə, Tehran rejimi 2010-cu ilin aprel ayında Güney Azərbaycanın Ərdəbil şəhərində “Azərbaycanşünaslıq simpoziumu” keçirmək istəyir.

Məlumatda bildirilir ki, xüsusilə son illər Güney Azərbaycan və xaricdə Azərbaycan tarixi, mədəniyyəti, milli kimliyi ilə bağlı aparılan araşdırmalar, atılan addımlar və gənclər arasında buna rəğbətin artması İranın şovinist dairələrinin narahatlığına və önləyici addımlatr atmasına səbəb olub. Simpoziumda məruzə ediləcək məqalələr və başqa “tədqiqi” yazılar 20.01.2010 tarixinə qədər rejimin məsləhət bildiyi tədqiqatçılardan toplanıldıqdan sonra tədbirin keçirilməsi ilə bağlı elan verilib və bu yöndə geniş təbliqat başladılıb. GAMOH-dan bildirilir ki, bu, həmin simpoziumun hansı məqsədlərə xidmət edəcəyindən xəbər verir: “Təşkilatçılarının yaydığı bildirişdə simpoziumun keçirilməsində məqsəd milli birliyi mökləmləndirmək, Azərbaycan gənclərində yaranmış kimlik böhranının həll yollarını araşdırmaq, islam və İran tarixini ”düzgün" tanıtdırma və Azərbaycan tarixi haqqında yayılmış “yanlış” fikirləri aradan qaldırmaq olduğu bildirilir.
Bildirişdə yazıldığına görə, konfransda müzakirə ediləcək əsas mövzular qədim və müasir Azərbaycan tarixi, qədim və sonradan gəlmə dil və ləhcələr, coğrafi sərhədlər və Azərbaycanın müasir tarixində baş verən kimlik dəyişilməsi və yenilənməsi olacaq". Gələn məlumatlara görə, İran hakimiyyəti Azərbaycana və azərbaycanlılara hansısa sürpriz hazırlayır.
Qeyd edək ki, son vaxtlar İranın rəsmi sayt və telekanallarında vaxtaşırı anti-Azərbaycan mövqeli materiallar yayılır. Hətta İran mediasında Azərbaycanın “Şimali İran” adlandırılmasına da rast gəlinir. Ekspertlərə görə, iki ölkə arasında problemlərin yaşandığı bir məqamda İranın “Azərbaycanşünaslığa” diqqət yetirməsi heç də xoş məramdan xəbər vermir.

Cavid TURAN

4773 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

[11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

[11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

[11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ

[10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

[10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ

[10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ

[10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI

[10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR

[10.02.2012] - AVROPA BİRLİYİNİN “EUROVİSİON” VİZASI İSTƏYİ

ARXIV

Yeni MÜSAVAT © 2008