13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

ENERJİ LOBBİSİ VAŞİNQTONU XƏZƏRDƏ DAHA FƏAL OLMAĞA ÇAĞIRIR

2010-03-15

Con Hopkins universitetində ABŞ-ın enerji şirkətlərindən qonorar alan ekspertlər bu təkliflərlə çıxış ediblər

ABŞ-dakı enerji lobbiçiləri Vaşinqtonun Xəzər bölgəsində daha fəal olmasının vacibliyini düşünür. Ötən həftə Vaşinqtonda yerləşən Cons Hopkins Universitetinin Orta Asiya və Qafqazlar üzrə Araşdırmalar Mərkəzində ABŞ-ın yeni administrasiyasının Xəzər regionunda siyasəti barədə forumda çıxış edən ekspertlər bu barədə bildiriblər. Forumu Amerikanın Xəzər regionunda işləyən enerji şirkətləri tərəfindən maliyyələşən ekspertlər təşkil ediblər. Bu da deməyə əsas verir ki, Amerikanın enerji şirkətləri Obama administrasiyasının bölgədəki siyasətindən məmnun deyil və onu daha fəal olmağa səsləyir. Forumun aparıcısı Orta Asiya və Qafqaz Araşdırmaları İnstitutunun rəhbəri Frederik Starr olub. Forumda əsas çıxış edənlər isə ABŞ-ın Avropa Birliyi üzrə keçmiş səfiri Boyden Qrey və Avrasiya Araşdırmaları Mərkəzindən region üzrə ekspert Aleksandr Petersondur.

Peterson çıxışında ABŞ-ın Xəzər siyasətinin müstəqil olmasının vacibliyini vurğulayaraq deyib ki, Xəzər siyasəti Avrasiya siyasətinin bir hissəsi olmamalıdır, müstəqil olmalıdır. O, Dövlət Departamenti, Enerji Nazirliyi və Milli Təhlükəsizlik Şurası kimi ölkənin mühüm nazirlik və başqa qurumlarına Xəzər regionu barədə mütəxəssislərin təyin olunmasını təklif edib. Peterson hesab edir ki, belə vəzifələrə Rusiya üzrə və ya başqa sahələr üzrə mütəxəssislər təyin edilməməlidir və belə vəzifələr üçün Xəzər üzrə kifayət qədər müstəqil mütəxəssis mövcuddur. O, ABŞ-ın regionda fəal olmasının vacibliyini vurğulamaqla enerji layihələrində irəliləyiş üçün ABŞ-ın Türkmənistanla Azərbaycan arasında Xəzərdəki bəzi karbohidrogen yataqlarının hansı ölkəyə məxsus olması ilə bağlı mübahisələrin həllində vasitəçilik edə biləcəyini qeyd edib: “Birləşmiş Ştatlar Xəzər regionunda nə qədər fəal olsa, bu regionda o qədər hörmətlə qarşılanacaq ki, buna elə Rusiyanın özü də daxildir”.
Səfir Boyden Qrey isə regionda Rusiya faktorunun həmişə öz təsirini göstərdiyini qeyd etməklə ABŞ-da yeni administrasiyanın hakimiyyətə gələndən sonra bu ölkə ilə əlaqələri yenidən tənzimləmə siyasətindən indiyə qədər bir nəticə əldə edilmədiyini irəli sürüb. O, Avropa Birliyi daxilində də xüsusi ilə Almaniyanın Rusiyanın reaksiyasına səbəb olacaq siyasətlərə mümkün qədər ehtiyatla yanaşdığını, buna görə də “Nabucco” barədə çox fəal rol oynamadığını qeyd edib. Səfir Boyden Qrey Konqresin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində “erməni soyqırımı” barədə bu yaxınlarda keçirilən səsvermənin ABŞ-ın maraqlarına xidmət etmədiyini vurğulayıb.

Siyasət şöbəsi

777 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM

[13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT

[13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS

[13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR”

[13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI

[13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI

[13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI

[13.02.2012] - İSA QƏMBƏR - 55

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

ARXIV

Yeni MÜSAVAT © 2008