|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Vaşinqtonda gələn ay keçiriləcək qlobal nüvə təhlükəsizliyi sammitinə Gürcüstan prezidenti Mixail Saakaşvilidən sonra Ermənistan prezidenti Serj Sərkisyan da dəvət alıb. ABŞ dövlət katibi Hillari Klinton iki gün öncə Serj Sərkisyana zəng edərək prezident Barak Obamanın adından ona sammitə dəvəti çatdırıb. Klinton deyib ki, tərəflər arasında regional və ikitərəfli münasibətlərə dair Vaşinqtonda müzakirələr aparılacaq. Qlobal nüvə təhlükəsizliyinə dair sammit ABŞ prezidentinin təşəbbüsü ilə keçirilir. Ora bir çox ölkələrin - Rusiya, Türkiyə, Yaponiya, Çin və digərlərinin dövlət və hökumət başçıları dəvətlidir. Gürcüstan prezidenti Mixail Saakaşvili isə dəvəti hələ ötən ay alıb. Onun sammitdən sonra Ağ Evdə Obama ilə görüşü də razılaşdırılıb. Lakin Azərbaycan prezidentinin sammitə dəvət olunması haqda indiyədək heç bir məlumat yoxdur. Böyük ehtimalla belə dəvət göndərilməyəcək. Çünki sammitə hazırlıq başa çatmaq üzrədir və iştirakçıların tərkibi artıq məlumdur. Bir qayda olaraq belə sammitlərə dəvət bir-iki ay əvvəldən göndərilir. Dəvət olunanlar isə öz iştirakını azı iki-üç həftə əvvəldən təsdiqləməlidir... Elşad MƏMMƏDLİ 3145 dəfə baxılıb
|
[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM [13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT [13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS [13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR” [13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI [13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI [13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI [13.02.2012] - İSA QƏMBƏR - 55 [13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR [13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ) [12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ [12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR [12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI [12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR” [12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB” [12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ [12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ... [11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR |
| Yeni MÜSAVAT © 2008 |
|