12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

ABŞ AZƏRBAYCANDA İNQİLAB EDƏ BİLƏRMİ?

2010-03-15

Arif Yunus: “Proseslər Azərbaycan rəsmiləri üçün xoşagəlməz istiqamətdə gedir”

“Bəzi xarici dövlətləri, qüvvələri Azərbaycanın müstəqil siyasəti qane etmir. Dünya şahmat lövhəsi üzərində aparılan oyunda Azərbaycanın müəyyən mənada iştirak etməməsi onları qane etmir. Ona görə də sözsüz ki, Azərbaycana təzyiqlər var”. Bu fikirləri qəzetimizə müsahibəsində Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirmişdi. İqtidar yetkilisi onu da etiraf etmişdi ki, rəsmi Bakının bu təzyiqləri dəf etməsi çətindir.

Ə.Həsənovun sonrakı fikirləri dolayısı ilə Azərbaycanda hakimiyyət dəyişiklikləri ilə bağlı planların ən azı müzakirə mövzusu olduğunu deməyə əsas verir: “Belə bir iradə ortaya qoyan prezidenti və siyasətçini başqa cür necə dövlət siyasətindən və xalqın başından uzaqlaşdırmaq olar? Yalnız bu dövlətə hücum etmək, onu işğal etmək olar. Bu da müasir dünyada, düşünürəm ki, o qədər də asan məsələ deyil”.
ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Terri Devidsonun son açıqlaması da kifayət qədər diqqət çəkir. Martın 11-də bir qrup gəncin səfirliyin binası qarşısında etiraz aksiyası keçirməsinə münasibətində Devidson “Biz ümid edirik ki, müxtəlif düşüncəli insanların azad toplaşma və söz azadlığı hüquqlarından istifadə etməsini görəcəyik” -deyə bildirib və faktiki olaraq hakimiyyətə sərbəst toplaşma azadlığına məhdudiyyət qoyduğunu xatırladıb.
Ümumiyyətlə, son vaxtlar ABŞ-dan Azərbaycan hakimiyyətinə ünvanlı ciddi mesajlar və sərt bəyanatlar gəlməkdədir. Bir müddət öncə Amerikanın “Washington Post” qəzeti Dubayda Azərbaycan prezidentinin ailə üzvlərinin adına olan mülklər barədə material yaymışdı. Artıq bu fakt ölkə daxilində müəyyən hərəkətliliyə səbəb olub. Müxalifət ölkə başçısından izahat istəyib və istefa tələb edib. Bunun ardınca Dövlət Departamenti Azərbaycanda insan haqlarının durumu ilə bağlı sərt hesabat yaydı. Üstəlik, Ağ Evin Bakıya səfir təyin etməməsi faktı da Azərbaycan hakimiyyətinə yönəlik təzyiqlər sırasına aid edilir. Xüsusilə də bütün bunların seçki ilində baş verməsi müxtəlif versiyalara yol açır. Hətta 2005-ci il parlament seçkiləri ərəfəsində ABŞ-ın hakimiyyət daxilindəki müəyyən dairələrlə inqilab hazırlıqlarını həyata keçirdiyi, ancaq planın qarşısının alınaraq kütləvi həbslərlə sonuclandığı barədə faktlar da xatırlanır.
Beş il əvvəllə müqayisədə isə Azərbaycan-ABŞ münasibətlərində xeyli dəyişikliklər var. Təkcə Amerikanın maliyyələşdirdiyi radioların ölkə ərazisində yayımının dayandırılması və yayımın bərpası barədə çağırışlara məhəl qoyulmaması faktını xatırlamaq kifayətdir. Üstəlik, ötən il dövlət başçısının ABŞ prezidentinin dəvətini qəbul etməyib Türkiyəyə onunla görüşə getməməsi münasibətlərdəki ziddiyyətləri dərinləşdirdi. Yeri gəlmişkən, elə bu faktdan sonra yeni səfirin təyinatı məsələsi donduruldu.
Bəs Amerika-Azərbaycan münasibətləri perspektivdə hansı həddədək kəskinləşə bilər? Amerika Azərbaycanda inqilab hazırlayıb həyata keçirə bilərmi? Bu suallarla ekspertə müraciət etdik.
Konfliktoloq Arif Yunus hər hansı inqilab hazırlıqlarının olması qənaətində deyil: “Məsələ ondadır ki, hakimiyyəti dəyişməkdən ötrü xaricdən nəsə etmək mümkün deyil. Bunun üçün cəmiyyətdə müəyyən proseslər getməlidir. Əks təqdirdə dəyişiklik mümkünsüzdür. Ancaq ölkə daxilində nəsə olsa, o zaman yardım edə bilərlər”.
Ekspertə görə, inqilab söhbətləri, sadəcə, hakimiyyətdəki narahatlıqlarla bağlı ortaya çıxıb: “Həqiqətən Buşun dövrü ilə müqayisədə ABŞ-la Azərbaycan arasında münasibətlər heç də yaxşı deyil. Səfirin təyin olunmaması faktı göstərir ki, Amerika Azərbaycanla bağlı siyasətini müəyyənləşdirməyib. Obama dövründə Azərbaycan rəsmilərinə münasibət bir balaca dəyişib. Bir balaca ona görə deyirəm ki, ortada geosiyasi məsələlər, İran, Rusiya faktoru var. Ona görə də Amerika rəsmilərinin xoşlarına gəldi-gəlmədi Azərbaycanla münasibətlər davam edir. Amma proseslər Azərbaycan rəsmiləri üçün xoşagəlməz istiqamətdə gedir”.

M.HÜSEYNLİ

3035 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

[11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

[11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

[11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ

[10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

[10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ

[10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ

[10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI

[10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR

ARXIV

Yeni MÜSAVAT © 2008