12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

ERMƏNİ MƏTBUATINDAN ŞOK İDDİA

2010-03-15

Ermənistan ərazisinə keçən Azərbaycan kəşfiyyatçıları əsir götürülüb?

Ermənistanın azg.am saytı şok informasiya yayıb. Saytın xəbərinə görə, Ermənistan Müdafiə Nazirliyi bu ölkənin ərazisinə məlumat toplamaq məqsədi ilə keçən kəşfiyyat qrupunun zərərsizləşdirildiyi barədə açıqlama verib (qaynar.info).

Saytın məlumatında deyilir ki, 3 mart saat 01:30 radələrində Tovuz rayonunun Koti kəndi ərazisində erməni hərbi qüvvələri Azərbaycan ərazisindən gələn 5 nəfərlik qrupu müəyyən ediblər. “Açılan xəbərdarlıq atəşindən sonra tərəflər arasında qarşılıqlı atışma başlayıb. Nəticədə azərbaycanlı kəşfiyyatçılardan biri yaralanaraq əsir götürülüb. Lakin o, xəstəxanaya aparılarkən yolda keçinib. Digər kəşfiyyatçılar isə Azərbaycan tərəfə keçməyi bacarıblar” deyə erməni saytı yazır.
Qeyd edilir ki, həmin gün saat 21:00 radələrində Koti kəndi yaxınlığında Azərbaycan tərəfindən gəlmiş 3 nəfərdən ibarət silahlı dəstə də müəyyən edilib.
Saytın iddiasına görə, erməni əsgərlərinin açdığı atəş nəticəsində azərbaycanlılar təmas xəttində iki meyit verərək geri çəkiliblər: “Oldürülən azərbaycanlılardan birinin meyiti martın 5-i saat 06:00 radələrində Ermənistan ərazisinə keçirilib”. Sayt yazır ki, erməni hərbi qüvvələrinin martın 3-də keçirdikləri əməliyyat nəticəsində Azərbaycandan keçən 3 silahlı adamdan 2-nin meyiti Ermənistan tərəfdədir.
azg.am-ın məlumatına görə, İbrahim adlı şəxs Azərbaycana keçə bilib: “Ermənistan ərazisinə keçənlər Vəliyev Vəli, Kosalar kəndindən Namazov Saqif, Nizami və Xaqan adlı şəxslərdir”.
Xəbər redaksiyamıza gec daxil olduğu üçün Azərbaycan Müdafiə Nazirliyinin mövqeyini öyrənə bilmədik. Hər halda bu yazılanların növbəti erməni iftirası olduğu da istisna deyil. Xatırladaq ki, ötən həftə nazirlik bu barədə yayılan xəbəri təkzib etmişdi.

Xəbər xidməti

4154 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

[11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

[11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

[11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ

[10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

[10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ

[10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ

[10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI

[10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR

ARXIV

Yeni MÜSAVAT © 2008