|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Son günlər qalmaqallara səbəb olan, azı bir neçə gün müzakirə mövzusuna çevrilən açıqlamaları ilə diqqət çəkir. Parlamentin yaz sessiyası başlanandan hər iclasdakı çıxışı sərt reaksiyalar doğurub. Əslində seçki ilində əksər deputatların, necə deyərlər, suyu da üfürərək içməsinin və olduqca ehtiyatlı davranmasının fonunda onun riskli açıqlamaları suallar doğurur. Elə müsahibədə də bir sıra açıq və bəlkə də sərt görünə bilən suallarımıza açıq formada aydınlıq gətirməsini istədik. Beləliklə, budəfəki müsahibimiz BAXCP sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevdir. - Qüdrət bəy, bu seçkidə partiya olaraq birdən artıq mandata iddianız varmı? - Yanvarda partiyamızın qərarı oldu ki, artıq seçkilərə hazırlaşmaq zamanıdır. Biz hazırlaşırıq. İlkin fikrimiz budur ki, əgər blok şəklində seçkilərə gedə bilməsək, 70 dairədən öz namizədimizi irəli sürməyə çalışaq. 70 dairənin də götürülməsinin əsas səbəbi odur ki, bizim pulsuz efir vaxtından istifadə etmək imkanlarımız olsun. Yəni biz bundan bir təbliğat kimi istifadə etmək fikrində deyilik ki, daha çox dairədən namizəd irəli sürdük. 70 dairədən irəli sürüb daha çox namizədimizi parlamentə keçirməyə çalışacağıq. Bilirik ki, müxalifətin vəziyyəti heç də ürəkaçan deyil, içi biz qarışıq. Bunu son bələdiyyə seçkilərinin nəticələri də göstərdi. Ona görə də biz parlamentdə təmsilçilik uğrunda mübarizə aparacağıq. Amma blok olsa, onda daha ciddi nəticələr əldə etmək, ən azından blokun özünün bir fraksiyası ilə parlamentdə təmsil olunmaq barədə düşünürük. Bəzi partiyalarla bu istiqamətdə ilkin olaraq danışıqlar aparılıb. İndi adlar açıqlamaq istəmirəm. - Mətbuatın verdiyi məlumatlarda Böyük Quruluş, Ədalət və BAXCP-nin seçki blokunu yaratmaqla bağlı danışıqlar aparıldığı bildirildi. Tərkib bunlardan ibarətdir? - Bu barədə Ədalət Partiyası funksionerləri tərəfindən fikirlər bildirilib. Mənimlə Fazil bəy arasında qeyri-rəsmi söhbət də olub. Amma başqa partiyalar da var. Söhbət bu iki partiya ilə yekunlaşmır. Əgər digər partiyalar da öz istəklərini ortaya qoysalar və sonadək blokun gerçəkləşməsi istiqamətində səy göstərsələr, fikrimcə, blok yarana bilər. - Hesab olunur ki, hakimiyyət aparıcı siyasi partiyaları kənarda qoymaqla əslində parlament seçkilərinin anonsunu verdi. Hətta bələdiyyə seçkilərində müəyyən yerlərə sahib olan partiyalar parlament seçkilərində əlavə mandat qazanacaqlar. Sizin partiyaya hakimiyyətdən bununla bağlı mesajlar gəlirmi, yaxud özünüzün inamınız varmı ki, daha çox mandat qazana bilərsiniz?
- Mümkündür ki, bu sözləri oxuyanlar vəziyyətin bu hala çatmasında Qüdrət Həsənquliyevin də rolunun olduğunu desinlər. Ən azı böyük bir partiyadan qopub hakimiyyətin maraqlarına uyğun olan parçalanmanın əsasını qoyanlardan biri kimi qınağa məruz qala bilərsiniz. O mənada özünüzü suçlu sayırsınızmı? - Azərbaycanda rəqiblər bir-birinin haqqında çox şeylər deyə bilər, bu tipli fikirlərin də olması mümkündür. Amma mən qopub partiya yaratmadım. Mən parçalanmış Xalq Cəbhəsini birləşdirmək istədim və bəyan etdim ki, öz namizədliyimi verməyəcəyəm, Mirmahmud bəylə Əli Kərimli, sadəcə, razılığa gəlməlidirlər ki, hökumətdən demokratik seçki istəyirlər. Amma demokratik seçki yolu ilə partiyada kim seçiləcəksə, sədr olacaq. Amma onların heç biri açıq, ədalətli, demokratik seçkiyə girmək istəmədilər. O zaman partiyanın birləşdirici qurultayını çağırdıq və o qurultayda alternativ əsaslarla sədr seçildi. Bu qurultaydan sonra yeni bir siyasi kurs da elan etdik. Onun da səbəbi bu idi ki, yürüdülən siyasətin artıq nəticə vermədiyinin şahidi idik. Mən MSK katibi kimi görürdüm ki, nə bizim xalqımızın demokratik cəmiyyət qurmaq potensialı yoxdur, nə də xaricdən bunun üçün dəstək verilmir. Ona görə də bu qarşıdurma ona gətirib çıxarır ki, insanlar yorulur, xalq hərəkatında olanlar, demokratik cəmiyyət quruculuğunda iştirak edənlərin böyük bir qismi ölkəni tərk edib xaricə gedir, bir hissəsi isə siyasətdən uzaqlaşır. Beləliklə də demokratik cəmiyyət quruculuğu ideyasının özü tamamilə iflasa uğrayır. Daha bir qrup insanı qarşıdurmaya aparıb həbsə atdırmağı da doğru yol hesab etmədik. Ona görə də bəyan etdik ki, hakimiyyətlə əməkdaşlıq lazımdır. Artıq proseslər təkamül yolu ilə getməlidir. Yəni proseslər getsin, cəmiyyət inkişaf etsin və hansısa mərhələdə biz demokratik cəmiyyətə gəlib çıxa bilək. Ona görə də hesab etmirəm ki, mənim müxalifətin zəifləməsində rolum olub. Əslində çalışmışam ki, aparılan yanlış siyasət nəticəsində müxalifətin tamamilə əzilib sıradan çıxmasının qarşısını alaq. Həmişə birinci yolu getmək çətin olur. Amma sonradan görün nə qədər siyasi partiyalar bizim yolun doğruluğunu qəbul etdilər və barışmazlıqdan imtina edib siyasi həyatda anlaşma içərisində mövcud olmaq və cəmiyyəti irəli aparmaq yoluna gəldilər. - Amma aparıcı müxalifət partiyaları sizin də təmsil olunduğunuz düşərgəni hələ də müxalifət hesab etmir. Legitimliyi qazanmaq üçün hansısa addımlar atmağı düşünürsünüzmü? - Sizdə hardan bu qənaət formalaşıb ki, hansısa partiya digər partiyaya müxalifət olması ilə bağlı bir arayış verməli, yaxud rəy bildirməlidir ki, bax mən hesab edirəm ki, bunlar müxalifətdir. Fikrimcə, heç bir ciddi və özünə hörmət edən qüvvə belə bir iddiada bulunmamalıdır. Xalq seçkidə gəlib öz münasibətini bildirir ki, hansı siyasi partiyaya münasibət necədir. - Təcrübə bir məsələni də sübut edib ki, hakimiyyətlə bir müddət yol gedən, lakin sonradan fərqli mövqe sərgiləyənlərin aqibəti heç də yaxşı olmayıb. Bu mənada ehtiyatlanmırsınız?
- Özünüz də etiraf etmisiniz ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovla münasibətləriniz var. Amma hakimiyyət daxilində ciddi qruplaşmaların olduğu da faktdır. Hesab etmirsiniz ki, bu qruplaşmalardan birinə yaxın olmağın həm də təhlükəli tərəfləri var? Ümumiyyətlə, digər qrupların sizə münasibəti necədir? - Hesab etmirəm ki, bu qruplaşmaların hansınınsa mənə münasibəti yaxşı, hansınınsa pisdir. Mən ümumən iqtidarın münasibətini götürürəm. Bu qruplaşmaların arasında gedən mübarizənin də mənə aidiyyəti yoxdur. Hələlik prezident iqtidardaxili qruplaşmaların arasında gedən proseslərə nəzarət edir. Bəlkə özü də marağındadır ki, elə müəyyən çəkişmələr olsun. O halda həm hökumətin daxilində baş verən prosesləri nəzarətdə saxlaya bilir. Yəni bu qruplar həm də bir-birinə nəzarət edir. Bu da imkan verir ki, prezident özü bütünlüklə bu proseslərə nəzarət edə bilsin. Amma sözsüz ki, bu, bir təhlükəli həddə çatmamalıdır. Hansı qruplaşma güclüdür, hansı zəifdir, hansının hökumətdə rolu daha geniş, hansının kiçikdir, bu, partiyamıza və mənə aid məsələ deyil. - Parlamentdəki son iclaslarda hər çıxışınız qalmaqalla müşayiət olunub. Bu, sizin özünüz üçün gözlənilən idi? - Sözün doğrusu, müəyyən mənada gözlənilməz olub. Xüsusilə o mənada ki, xanımlar mənə qarşı hücumlar ediblər. (gülür) Amma mən siyasətdə olan adamam və belə çıxışları hər zaman gözləyirəm. Kimlərinsə ünvanına tənqid deyirsənsə, bunun qarşılığı da olacaq. Yaxud kiminsə maraqlarına toxunursansa, həmin o maraqların təmsilçiləri tərəfindən sənə qarşı müəyyən hücumlar olacaq. Ona görə də bunlar məni ciddi narahat eləmir. - Amma spikerin reaksiyası hər halda ciddi məsələydi, xüsusilə seçki ilində. Sonrakı müddətdə təmasınız oldumu? - Yox, təmas olmayıb. Onu da normal qarşılamaq lazımdır. Mən müraciət edib spikerdən İran səfəri ilə bağlı məlumat verilməsini xahiş edirəm və məlumat verilmədiyi halda, təbii ki, bunun səbəbləri ilə bağlı öz mülahizələrimi söyləyə bilərəm. Mən ümid edirdim ki, İran həbsxanasındakı alimlə bağlı səfərdə hansı danışıqlar aparıldığı ilə bağlı hər halda məlumat veriləcək. Bu tipli polemikalar, çəkişmələr normal parlamentlərə xas olan xüsusiyyətdir. İstərdim bu cür canlı polemikalar daha çox olsun. - Sabah hökumət parlamentə hesabat verəcək. Hesabatla bağlı fikriniz nədir? - Həmişə olduğu kimi, bu dəfə də hökumətin hesabatını qeyri-qənaətbəxş qiymətləndirəcəyəm. Amma hər dəfə 7-10 nəfər əleyhinə səs verir, heç nə dəyişmir. Mən bir neçə dəfə məsələ qaldırmışam ki, hökumət deyiləndə tək iqtisadi sektor nəzərdə tutulmamalıdır. Sizə deyim ki, Azərbaycanda idarəetmədən çox icra strukturları rol oynayır. Yəni rayon və şəhər icra hakimiyyəti başçılarının parlament qarşısında heç bir hesabatı yoxdur. İcra strukturları, güc strukturları, XİN parlament qarşısında hesabat verməlidir. 2007-ci ildə biz konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı bir layihə təklif etmişdik. Çox təəssüf ki, o layihə müxalifət partiyaları tərəfindən dəstəklənmədi, onun müzakirəsi keçirilmədi. Biz bu gün prezidentdən və iqtidardan tələb etməliyik ki, ölkədə ciddi, siyasi islahatlar aparılsın. Bu islahatların da kökündə konstitusiya islahatları dayanmalı, Nazirlər Kabinetinin səlahiyyətləri artırılmalıdır. Bizim baş nazirin səlahiyyətləri ilə bağlı bir dənə norma yoxdur ki, baş nazir hansı səlahiyyətlərin daşıyıcısıdır. Baş nazirin nazirlərə təsir imkanları yoxdur. Belə çıxır, baş nazir səlahiyyətləri yalnız Nazirlər Kabinetinin iclasına sədrlik etməklə yekunlaşır. Amma o, hökumətin başçısı kimi daha çox səlahiyyətə malik olmalıdır. Prezident dövlətin başçısıdır, xarici səfərlərə gedir, qonaqları qəbul edir, dövləti təmsil edir. Ona görə də baş nazirin səlahiyyətləri xeyli artırılmalıdır. - Yəni baş nazirin səlahiyyətləri heç olmasa Vasif Talıbovun səlahiyyətlərinə çatdırılmalıdır? - Heç Vasif Talıbovun da kifayət qədər səlahiyyətləri yoxdur. Qeyri-rəsmi səlahiyyətləri var, YAP-ın Naxçıvan MR-də sədridir. Amma Naxçıvanda hökumətin formalaşmasında Naxçıvanın ali vəzifəli şəxsi iştirak etmir. Baş nazirin təqdimatını prezident, nazirlərin təqdimatını da baş nazir verir. - Heç Naxçıvana gedirsinizmi? Oralar sizinçündəmi təhlükəli ünvandır? - Bayaq hakimiyyətdaxili qruplaşmalardan danışdıq. O faktor burda da özünü göstərir. Naxçıvanla bağlı məsələlərin müəyyən hissəsi həqiqətdirsə, böyük bir hissəsi şişirdilir. Bu da hakimiyyət daxilindəki ayrı-ayrı şəxslərin apardığı kampaniyanın tərkib hissəsidir. - Amma həbsdən çıxandan sonra dünyasını dəyişən bənəniyarlı cəbhəçini, yəqin, tanıyırdınız? - Bəli, Allah rəhmət eləsin. Rza müəllimi mən şəxsən tanıyırdım, çox yaxşı insan, yaxşı müəllim idi. Məndə olan məlumata görə, ürəktutmasından vəfat edib. Ola bilsin 15 gün həbsdə saxlanması səhhətində problemlər yaradıb. Amma ailəsi deyir başqa səbəblərə görə dünyasını dəyişib. Elşad PAŞASOY 1933 dəfə baxılıb
|
[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM [13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT [13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS [13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR” [13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI [13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI [13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI [13.02.2012] - İSA QƏMBƏR - 55 [13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR [13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ) [12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ [12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR [12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI [12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR” [12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB” [12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ [12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ... [11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR |
| Yeni MÜSAVAT © 2008 |
|