13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

“MƏNSUR İBAYEV QRİQORYANA ÖLÜM HOKMÜ KƏSMƏLİ İDİ”

2010-03-16

Vəkil Aslan İsmayılovun Sumqayıt hadisələri barədə danışdıqları rezonans doğurdu

Sumqayıt hadisələrinin 22-ci il dönümü ərəfəsində tanınmış vəkil Aslan İsmayılovla bu məsələlər ətrafında geniş söhbət etmişdik. Qeyd edək ki, A.İsmayılov Sumqayıt hadisələri ilə bağlı cinayət işi üzrə dövlət ittihamçısı olub. Vəkil o zaman bu cinayət işi üzrə məhkəməyə sədrlik etmiş Mənsur İbayevin ədalətsiz hökm çıxardığını, məsələnin mahiyyətini açmaqda maraqlı olmamasını və faciənin təşkilatçısı olan erməni Eduard Qriqoryana yüngül cəza kəsməsini də vurğulamışdı.

Bu yazının dərc olunmasından 15 gün keçdikdən sonra Mənsur İbayev “Xalq qəzeti”ndə geniş bir məqalə ilə çıxış edərək, bütün günahları Aslan İsmayılovun üzərinə atmağa çalışıb.
Öncə onu nəzərə çatdıraq ki, savadına hələ 2003-cü ilin 15-16 oktyabr hadisələri ilə bağlı müxalifətçilər üzərində qurulan saxta məhkəmələr zamanı bələd olduğumuz M.İbayev “Xalq qəzeti”ndəki yazısında ölkənin ən çox tirajlı qəzetinin - “Yeni Müsavat”ın adını belə dəqiq yaza bilməyib. Sitat: “”Müsavat" qəzetinin 28 fevral 2010-cu il tarixli nömrəsində “Aslan İsmayılov tarixi gizlinləri açdı” başlığı altında yazı verilmişdir..."
Nəzərə çatdıraq ki, ölkədə Müsavat adında partiya var, Aslan İsmayılovun müsahibəsi isə “Yeni Müsavat” qəzetində dərc olunub...
Yoldaş İbayev yazının şər-böhtan olduğunu bildirir və Aslan İsmayılovun özünü suçlu çıxarmağa çalışır. O iddia edir ki, İsmayılov Sumqayıt hadisələri zamanı həbs olunan şəxslərə ağır cəza istəyib, hakim onlara yüngül cəza verib. Lap tutaq ki, İbayev Sumqayıt hadisələrində iştirak edən azərbaycanlılara yüngül cəza verib. Bəs hansı səbəbdən Dağlıq Qarabağda erməni seperatizminin başlamasına hesablanmış Sumqayıt hadisələrinin təşkilatçısı, erməni Qriqoryana yüngül cəza verib? Söhbət məhz bundan gedir...
Mənsur İbayevİbayev məqaləsində yazır: “...Məhkəmədə müəyyən edilmişdir ki, Sumqayıt hadisələrinin törədilməsi, kütləvi iğtişaş, ermənilərin öldürülməsi, öldürməyə sui-qəsd, soyğunçuluq və s. cinayətlərin törədilməsinin təşkilatçıları azərbaycanlılar deyil, ermənilər olmuşdur. Hətta bu barədə Ermənistan Milli İstiqlaliyyət Birliyinin nümayəndələri M.Yermakyan və M.Zurabyan qətiyyətlə bildirmişlər ki, 28-29 fevral 1988-ci il Sumqayıt hadisələrinin təşkilatçıları azərbaycanlılar deyil. Onlar demişlər ki, ”bizim əlimizdə faktlar və sübutlar var" (aprel KİRU, jurnalist, Fransa). Lakin istintaq orqanı nə E.Qriqoryana, nə də digər təşkilatçı ermənilərə təşkilatçılıq ittihamı verməmişdir. Beləliklə, ermənilərin və E.Qriqoryanın həmin hadisələrin törədilməsində təşkilatçılığı ört-basdır edilmişdir. Ona və digər azərbaycanlılara kütləvi iğtişaşlar törətmək, ermənilərin öldürülməsi, öldürməyə sui-qəsd, quldurluq, soyğunçuluq, zorlama və s. ittihamları verilmişdir. İttihamçı A.İsmayılov da bu mövqedə duraraq verilmiş ittihamı müdafiə edib əsassız olaraq ədalətsiz cəzalar tələb etmişdir"...
Qeyd edək ki. bu işin istintaqını ruslar aparıb və onlar Mixail Qorbaçovun göstərişinə əsasən bu işin ermənilər tərəfindən təşkil olunmasını ört-basdır ediblər. Yalnız məhkəmədə hakimin ixtiyarı vardı ki, bu işin ermənilər tərəfindən təşkil edilməsinin isbatlanmasına şərait yaratsın. Axı Mənsur İbayev azəbaycanlıdır və bunu edə bilərdi. Məhkəmənin işi nədir? Tutaq ki, istintaq işi ört-basdır edib. Bəs məhkəmə nə üçün bunu təsdiqləyib?
Barəsində səslənən ittihamlara cavab almaq üçün Aslan İsmayılovla əlaqə saxladıq. Vəkil “mən bir söz desəm, bunu qərəz kimi başa düşərlər, yaxşı olar ki, siz prosesdə kimin hansı cür mövqe tutduğunu o zaman həmin məhkəmədə vəkil olmuş şəxslərdən soruşun” deyə qeyd etdi.
Sumqayıt hadisələrində vəkil kimi iştirak etmiş Əsədağa Abdullayev “Yeni Müsavat” qəzetinə verdiyi açıqlamasında bildirdi ki, həmin işdə yeganə sübut növü təqsirləndirilən şəxslərin bir-birilərinə qarşı verdiyi ifadələr olub: “Müttəhimlər istintaqda Qriqoryana qarşı ifadə vermişdilər. Lakin məhkəmədə ifadələrini dandılar. Onları kimsə yaxşıca başa salmışdı ki, ifadələrini dansınlar, bununla da iş darmadağın olacaq. Mən diqqət edirdim ki, Aslan İsmayılov təqsirləndirilən şəxslərin ifadələrini danmasının hansı nəticəyə gətirəcəyinin fərqindədir. Ona görə də məhkəmədə bu ziddiyyətləri araşdırmağa, işin mahiyyətini ortaya çıxarmağa çalışırdı. Lakin ona nə vəkillər kömək edirdi, nə də məhkəmə. Yalnız mən ona kömək etməyə çalışırdım. Baxırdım ki, azərbaycanlılar Qriqoryandan qorxurlar, bu erməni özünü lotu kimi aparır. Mən öz müdafiə etdiyim Qalib Məmmədova dəfələrlə dedim ki, obyektiv ifadə versin. Bu onun işini yüngülləşdirəcək. O, mənimlə təkbətək görüşdə buna söz verirdi. Lakin sonra danışmırdı. Onu qorxudurdular. Cəmi bir dəfə Qalib obyektiv ifadə verməyə başladı, onda da hakim prosesi təxirə saldı. Mən dəhşətə gəlirdim ki, bu işin obyektiv araşdırılmasında heç kim maraqlı deyil. Bu, milli məsələ idi. Bu işdə vəkillər ədalətli hökm çıxarılması üçün dövlət ittihamçısına kömək etmək əvəzinə, ona hücumlar edirdilər. Hakim də bir şey etmirdi. Ümumiyyətlə, Mənsur İbayev bir qayda olaraq məhkəmə proseslərini öz axarına buraxan hakim olub. Proses 6 aya yaxın davam etdi, biz ədalətli məhkəmə araşdırmasına nail ola bilmədik. Məhkəmə ziddiyyətlərin araşdırılmasında, həqiqətin ortaya çıxmasında maraqlı olmadı. O zaman Qriqoryana yalnız Mejlumyan bacılarını zorlama ittihamı ilə iş verildi. Hansı ki, məhkəmənin əlində ona ölüm cəzası vermək üçün kifayət qədər əsaslar var idi. Bu, bizim üçün gözdağı oldu ki, özünü lotu kimi aparan Qriqoryan müdafiə olundu. Məncə, o zaman hakim öz vəzifəsini itirməkdən qorxaraq ona ancaq zorlama ittihamı ilə 12 il cəza verdi. İşin qalan hissəsi ibtidai istintaq, qaytarıldı, sonra da onu orada xitam etdilər. Amma məhkəmənin ədalətli qərar çıxarmağa kifayət qədər əsasları var idi”.

Tofiq ƏHMƏDLİ

1015 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM

[13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT

[13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS

[13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR”

[13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI

[13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI

[13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI

[13.02.2012] - İSA QƏMBƏR - 55

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

ARXIV

Yeni MÜSAVAT © 2008