|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dünən Dağlıq Qarabağ münaqişəsinə dair yenilənmiş Madrid prinsiplərinin detalları haqda ilk dəfə geniş açıqlama verib. ATƏT-in Parlament Assambleyasının sədri Joe Suareşlə görüşdən sonra keçirdiyi brifinq zamanı Məmmədyarov deyib ki, rəsmi Bakı Madrid prinsiplərini gələcək danışıqlar və böyük sülh sazişinin hazırlanması üçün əsas kimi qəbul edir: “Madrid təkliflərini təhlil edirik və düşünürük ki, Afinada təqdim olunan yeniləşmiş Madrid təklifləri bir sənəd kimi növbəti addımları atmağa və böyük saziş üzərində işə başlamağa imkan yaradır” deyə, o bildirib. (APA) Nazir bildirib ki, istənilən münaqişənin diplomatik yolla həlli imkanları var: “6 ildir Praqa prosesi davam edir, son 2 il ərzində prezidentlər və xarici işlər nazirləri bir neçə görüş keçirib, vasitəçilər regiona səfərlər ediblər, Madrid təklifləri yeni variantda təqdim olunub. Azərbaycan sənədi ümumilikdə qəbul etməyə hazırdır. Bu o deməkdir ki, Azərbaycan münaqişənin diplomatik yolla həllini seçib, biz bu yolla gedirik. Ermənistan bu variantı qəbul edib-etməyəcəyini elan etsin, biz də ondan sonra hansı addımları ata biləcəyimizi bildirərik. Biz də XİN-də cürbəcür variantları müzakirə edirik və fikirləşirik ki, hansı şəkildə, hansı yolla bu il müzakirələr getsin”. Proses 6 ildir gedir Praqa prosesinin 2004-ü ildə başladığını xatırladan nazir bildirib ki, bu, mərhələləri prosesdir, Madrid sənədində bütün mərhələlər artıq əksini tapıb. Məmmədyarov bildirib ki, sənəddə hansı mərhələdə hansı addımların atılacağı qeyd olunub. Sənədə görə, ilk növbədə Ermənistan 5 rayondan, üstəgəl Laçının 13 kəndindən qoşunlarını çıxarmalıdır. Sonra bütün sərhədlər və kommunikasiyalar açılır, donor konfransı keçirilir, torpaqlar, kommunikasiyalar bərpa olunur, proqramların həyata keçirilməsinə başlanır, oraya qayıdacaq məcburi köçkünlərin təhlükəsizlik problemləri çox vacib olduğundan təhlükəsizlik baxımından beynəlxalq müşahidəçilər məsələsi həll olunur, sonra Laçın və Kəlbəcərdən qoşunlar çıxarılır, bütün yollar açılır. “Azərbaycanlı icması Qarabağa qayıtdıqdan sonra imkan yaranacaq ki, sonuncu mərhələ - Qarabağın statusunun müəyyənləşdirilməsi prosesi başlansın. Qarabağın statusunun müəyyənləşməsi Azərbaycan üçün çox vacibdir. Qarabağ Azərbaycan torpağıdır, düzgün deyil ki, Azərbaycanın hansısa ərazisi onun inzibati nəzarətindən çıxsın. Əlbəttə, biz deyirik ki, bütün məsələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olsun. Öz müqəddəratını təyin etməyə gəldikdə, bu məsələ də beynəlxalq hüququn bir hissəsidir. Amma bu o demək deyil ki, ərazi bütövlüyü pozula bilər. Biz dəfələrlə bildirmişik ki, dünyada müxtəlif muxtariyyətlər, statuslar var... Məsələn, Rusiya Federasiyasında tatarlar, başqırdlar öz müqəddəratlarını təyin eləyiblər, amma Rusiya Federasiyası çərçivəsində” deyə, nazir bildirib. Rəsmi Bakı manevr edir? Göstərildiyi kimi, Azərbaycan tərəfi Dağlıq Qarabağın statusunun səsvermə yolu ilə müəyyən edilməsini nəzərdə tutan sülh planını danışıqlar üçün qəbul edib. Bəs bu, Azərbaycan hakimiyyəti tərəfindən təslimçilik ola bilərmi? Axı Dağlıq Qarabağda keçiriləcək səsvermənin nəticələri bəri başdan məlumdur. Məşhur amerikalı ekspert, “Heritage” Fondunun proqram direktoru, Qarabağ danışıqlarının detalları haqda məlumatlı olan və hətta ötən il prezidentlər arasında keçirilən görüşlərdən birinə qatılan Ariel Koenin də dediyi kimi, rəsmi Bakının razılıq verdiyi referendum o deməkdir ki, Dağlıq Qarabağ Ermənistanın tərkibinə verilir. Əgər belədirsə, o zaman indiki danışıqların Azərbaycanı təslimçiliyə sürüklədiyinə şübhə qalmır. Lakin yaranmış vəziyyətdə Bakının daha çox manevr etdiyi görünə bilər. Çünki Dağlıq Qarabağda səsvermə üçün konkret vaxt çərçivəsi ayrılmırsa və bölgənin yekun statusunu müəyyən edəcək səsvermənin azərbaycanlıların ora qayıdıb məskunlaşmasından sonra keçirilməsi nəzərdə tutulursa, o zaman erməni tərəfi belə sülh təklifini qəbul etməyəcək. İrəvan ətraf rayonların azad edilməsinə razılaşmaq üçün bəri başdan Dağlıq Qarabağ üçün qarantiya istəyir. Məlumdur ki, danışıqlar prosesində səsvermənin 5, yaxud 10 il sonra keçirilməsi ilə bağlı dəfələrlə müzakirələr gedib. Lakin rəsmi Bakı üçün bu zaman məhdudiyyətinə razılaşmaq qaçılmaz təslimçilik olardı. Ona görə də ehtimal edilir ki, Azərbaycan tərəfi erməni tərəfinin rədd edəcəyini bildiyi sülh təkliflərini qəbul edir və diplomatiyada daha üstün mövqe əldə etməyi, eyni zamanda ona qarşı Qarabağ məsələsi ilə bağlı yönələn xarici təzyiqləri aradan qaldırmağı hesablayır. Nəzəri olaraq erməni tərəfinin göstərilən varianta razılaşması halında da Dağlıq Qarabağda səsverməni on illərlə uzatmaq üçün imkanlar var. “Münaqişənin həlli İlham Əliyevdən asılıdır” Bu arada ATƏT-in Parlament Assambleyasının sədri Joao Soareş deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan tərəfindən və prezident İlham Əliyevdən asılıdır. Beynəlxalq vasitəçilərdən ilk dəfədir belə birmənalı bəyanat səslənir və münaqişənin həllinin asılı olduğu tərəf kimi məhz Azərbaycan, onun prezidenti göstərilir: “Mən ümid edirəm ki, bu qərarın bu il qəbul olunması üçün hər iki tərəfin siyasi rəhbərliyi siyasi cəsurluq göstərəcək. Çox qəti addımlar atılmalıdır. Ümid edirəm ki, prezident İlham Əliyev bu qəti addımı atacaq və bununla da öz adını sadəcə Azərbaycanın deyil, eyni zamanda regionun, dünyanın tarixinə Dağlıq Qarabağ probleminin həllini mümkün edən şəxs kimi salacaq”. Bəs Soareş bununla nə demək istəyir? Necə ola bilər ki, münaqişənin həlli işğalçı tərəfdən yox, əraziləri işğal edilmiş tərəfdən asılı olsun? Bu sualların bir cavabı var: Qərb və onun qurumları Azərbaycanı, onun prezidentini Dağlıq Qarabağdan əl çəkməyə razı salmaq istəyir, buna nail olmaq üçün ən müxtəlif variantlar işə salınır, şirnikləndirici variantlar baş tutmayanda təzyiqlər işə düşür. Xəbər xidməti 5704 dəfə baxılıb
|
[13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT [13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS [13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR” [13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI [13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI [13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI [13.02.2012] - İSA QƏMBƏR - 55 [13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR [13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ) [12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ [12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR [12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI [12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR” [12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB” [12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ [12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ... [11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR |
| Yeni MÜSAVAT © 2008 |
|