13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

ZİYA MƏMMƏDOV YÜZLƏRLƏ SAHİBKARIN ƏMLAKINI YAĞMALADI

2010-03-16

“ZQAN-Holdinq” və “XXI əsr” şirkətləri yeraltı keçiddəki mağazaları öz balansına keçirib

“Nəqliyyat naziri Ziya Məmmədov yüzlərlə obyekt sahibinin daşınmaz əmlakını əlindən alıb. Nazir Füzuli meydanındakı yeraltı piyada keçidində yerləşən mağazaları qanunsuz olaraq özəlləşdirib”. Bu barədə redaksiyamıza etibarlı mənbədən məlumat daxil olub.

Mənbə bir ildən artıqdır təmirə dayanan yeraltı keçidin uzun müddət bağlı qalmasının səbəbini də açıqlayıb. Onun verdiyi məlumata görə, dükan sahibləri ilə Nəqliyyat Nazirliyi arasında xeyli müddət imiş ki, bu obyektlər uğrunda dartışma gedirmiş. Bu qarşıdurmada Nəqliyyat Nazirliyi arzusunu nəhayət ki, həyata keçirib. Hazırda sözügedən ərazidəki mağazalar “ZQAN-holdinq” və “XXI əsr” kommersiya şirkətlərinin balansına keçirilib. Bu da sahibkarların ciddi şəkildə narazılığına səbəb olub.
Dükan sahibləri aidiyyəti qurumlara müraciət etsə də şikayətlərə məhəl qoyulmur. Nəticədə təmir adı altında bağlanmış yeraltı keçiddə ticarət edən şəxslərə ağır zərbə vurub. Mənbə onu da əlavə edib ki, adıçəkilən şirkətlərin əməkdaşları tez-tez gələrək sahibkarlara müxtəlif təzyiqlər göstərir: “Sahibkarlara heç bir hökumət qurumuna şikayət edilməməsi tapşırılıb. Əks halda, bu, onlar üçün pis nəticələnə bilər. Füzuli meydanı yaxınlığında keçidin təmirə dayanması ticarətçiləri aldatmaq məqsədi daşıyır. Çünki bu vaxtacan bağlanan keçiddə heç bir iş görülməyib”.
“ZQAN-Holdinq” və “XXI əsr” şirkətləri icarə müqavilələrini də tərtib ediblər. Sahibkarların narazılığı da onlarla icarə müqavilələrin ləğv olunmasıdır. Köhnə ticarətçilər Nəqliyyat Nazirliyinin qanunazidd addım atdığını iddia edərək onlarla yeni icarə müqaviləsinin bağlanmasını tələb edirlər. Mənbənin verdiyi xəbərə görə, bütün yeni qurulan mağazaların təzə icarəçilərə verilməsi haqda müqavilələr bağlanıb: “Sahibkarları təmir vaxtı dükanların sökülüb yerində qaraj tikiləcəyi şərti ilə çıxarmışdılar. İndi dükan sahibləri ya mağazaların qaytarılması, ya da kompensasiya verilməsini tələb edirlər”.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi icarədar funksiyasını nəqliyyat müəssisəsi olan - “Azərnəqliyyat Servis” ASC-nin xeyrinə güzəştə verməsindən sonra yeraltı keçid Bakı Şəhər İcra Hakimiyyətinin balansına keçmişdi. Bir müddət sonra yeraltı keçid Nəqliyyat Nazirliyinin tabeliyinə keçdi. Ancaq başıbəlalı yeraltı keçidin sonuncu həvalə olunduğu qurum bununla qurtarmadı. Nəqliyyat Nazirliyi icarədarlıq funksiyasını “ZQAN-Holdinq” və “XXI əsr” kimi kommersiya şirkətlərinə həvalə etməklə onların dövlət əmlakını icarəyə vermək səlahiyyəti qazanmasına şərait yaratdı.

Emil SALAMOĞLU

2672 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT

[13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS

[13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR”

[13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI

[13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI

[13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

ARXIV

Yeni MÜSAVAT © 2008