 |
Gündəm
“AZƏRBAYCAN TÜRKİYƏYƏ REAL KÖMƏK EDƏ BİLƏR” 2010-03-16 Qabil Hüseynli: “Birgə çox sanballı, adekvat və sinxron tədbirlər hazırlamaq mümkündür”
|
Türkiyəyə qarşı beynəlxalq miqyasda “soyqırım marafonu” başlayıb. Öncə Amerikada yaşayan erməni lobbisi layihənin ABŞ Senatının Xarici Əlaqələr Komitəsindən keçməsinə nail oldu. Az sonra İsveç parlamenti qondarma “soyqırımı” tanıdı. Yayılan xəbərlərə görə, erməni diasporu eyni layihəni İspaniyanın, Almaniyanın, İngiltərənin də parlamentlərinə çıxarmağa çalışır. Bəs yaranmış durumda Azərbaycan Türkiyəyə hansı dəstəyi verə bilər? Politoloq Qabil Hüseynlinin fikrincə, Türkiyəyə qarşı beynəlxalq təzyiqlər xristian dövlətlərinin müsəlman ölkələrinə qarşı “xaç yürüşü”nə bənzəyir: “XXI ərdə bu cür hadisələrin baş verməsi təəccüb doğuracaq hallardır. Avropa Birliyi Türkiyəni öz sıralarına buraxmaq istəmir. Başqa vaxt ABŞ Türkiyəni müsəlman dünyası üçün nümunəvi siyasi sistemə malik ölkə kimi səciyyələndirir. Amma bu gün Türkiyəyə qarşı ”səlib yürüşü" təşkil olunub. Məncə, hər bir müsəlman dövləti Türkiyənin maraqlarını müdafiə etməlidir. Türkiyə sıradan çıxarılsa, növbə başqa dövlətlərə gələcək. Türkiyə ilə eyni maraqları paylaşırıq". Politoloqa görə, baş verənləri bir ovuc erməninin dünya tarixi səhnəsinə yenidən zühuru kimi səciyyələndirmək lazımdır: “Necə ki, XVIII əsrin sonu, XIX əsrin əvvəllərində xristian dövlətləri Qərbi Azərbaycan ərazilərində qondarma erməni dövləti yaratmağa cəhd etdilər və ermənilərin həmin ərazilərə köçünü təşkil etdilər, indi də onların həm bölgədə, həm də dünyada siyasi çəkisini artırmağa, müsəlmanlar tərəfindən məşəqqətlərə məruz qalmış obrazını yaratmağa cəhd göstərilir. Bu, dünyanı idarə edən güclərin siyasətidir”. Türkiyənin səfirlərinin geri çağırıldığını xatırladan Q.Hüseynli bildirdi ki, analoji addımları Azərbaycan iqtidarı da ata bilər: “Həmin ölkələrlə ticarət, mədəni və iqtisadi əlaqələri də dayandırıla bilər. Hər iki ölkə Qərbi Azərbaycan və Qarabağ ərazilərindən azərbaycanlıların deportasiyasını sənədləşdirib küll halında soyqırım kimi dünyaya təqdim etməyə nail olmalıdır. 1905-1907-ci il, eləcə də 1918-ci ilin mart qırğınını bura əlavə edəndə, minimum 2.5 milyon azərbaycanlının ölümü ilə nəticələnən, vəhşiliklə həyata keçirilən siyasətin iç üzünü açmaq imkanları yaranır. Keçmiş tariximizdə baş verən hadisələr Türkiyə və Azərbaycan parlamentində müzakirə oluna bilər. Eyni zamanda Türkiyə ilə birgə Amerika və Avropa dövlətlərinin müstəmləkəçilik siyasətinə parlamentdə siyasi qiymət verməyə çalışa bilərik. ”Anqlo-sakslar" Amerika qitəsində azı 10 milyona yaxın hindunun kökünü kəsiblər. Hindulara qarşı əməliyyatlarda ispanlar və portuqallarla yanaşı, digər Avropa xalqları da iştirak edib. Fransa Şimali Afrika ölkələrində 1 milyondan çox ərəbin və digər kökdən olan insanların qətliamına imza atıb. Müharibənin qurtardığı bir zamanda ABŞ Naqasaki və Xirosimaya atom bombası atdı. Halbuki buna ehtiyac yox idi. Yüz minlərlə insan həlak oldu. Hazırda həmin hadisədən irsən zərərçəkən insanlar hələ də qalmaqdadır. Bir halda ki, tarix siyasiləşdirilir, müsəlman sivilizasiyasına mənsub xalqlar da son iki yüz ildə xristian dünyasının insanlıq əleyhinə törətdiyi hadisələrə siyasi qiymət verməyə nail ola bilər. İqtisadi xarakterli tədbirlər də həyata keçirmək mümkündür. Amerika da, Avropa da Türkiyə ərazisindən keçməklə neft-qaz alırlar. Bizim və Türkiyənin hava məkanından, həmçinin müxtəlif hərbi infrastrukturundan istifadə edərək müsəlman ölkələrində beynəlxalq terrorizmə qarşı mübarizə kampaniyası adı altında yeni müstəmləkəçilik siyasəti həyata keçirirlər. Bunlara qarşı adekvat, sinxron tədbirlər hazırlaya bilərik". Qeyd edək ki, Azərbaycan tərəfi məsələ ilə bağlı mövqeyini bildirib. Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elxan Poluxov İsveç parlamentinin verdiyi qərarın təəccüb doğurduğunu dedi: “Reaksiyamız qondarma layihə ABŞ Konqresinin komitəsindən keçən zaman olduğu kimi mənfidir. Belə bir addımı pisləyirik. Bu cür qərarın verilməsi təəccüb doğurur. Hansısa deputatlar yüz il öncə təsdiqini tapmamış məsələləri müzakirəyə çıxarırlarsa, cəmi iyirmi il əvvəl baş vermiş təcavüz, işğal, etnik təmizləmə məsələsində də eyni mövqeni bildirmək onların mənəvi borcudur. Belə qərarlar regionda baş verən proseslərə də, danışıqların gedişinə da öz mənfi təsirini göstərir. Bölgədə sülhün bərqərar olunması istiqamətində aparılan işlər gərgin fazada olduğu halda, bu addımlar danışıqlar prosesinə heç də müsbət təsir göstərə bilməz”. İsveçdəki, səfirimizin geri çağırılması məsələsinə gəlincə, XİN sözçüsü bildirdi ki, belə bir məsələ müzakirə olunmayıb. Leyla İLQAR 855 dəfə baxılıb
|
[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM [13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT [13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS [13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR” [13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI [13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI [13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI [13.02.2012] - İSA QƏMBƏR - 55 [13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR [13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ) [12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ [12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR [12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI [12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR” [12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB” [12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ [12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ... [11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR ARXIV
|