 |
Gündəm
“TÜRKİYƏ İLƏ AZƏRBAYCANIN XARİCİ SİYASƏTİ QÜSURLUDUR” 2010-03-16 Sərdar Cəlaloğlu: “Mitinqlər məsələsində iqtidar və müxalifət birgə hərəkət eləməlidir”
|
Türkiyənin qondarma “erməni soyqırımı” iddiası ilə əlaqədar ciddi təzyiqlərlə üzləşdiyi bir məqamda qardaş ölkəyə dəstək olaraq Azərbaycan müxalifətinin də üzərinə düşən məsələlərin olduğu deyilir. Bəzi partiyaların Türkiyəyə dəstək aksiyaları keçirməsi, yaxud qondarma aktı qəbul edən ölkələrin səfirlikləri qarşısında piketlərin təşkilinin zəruriliyi vurğulanır. Hesab olunur ki, müxalifət Türkiyəyə dəstək məsələsində bəyanat müstəvisindən bir az irəli getməlidir. Qeyd edək ki, artıq Ümid Partiyası və “Xilaskar” İctimai Birliyi ilk belə tədbiri keçirib və Türkiyəyə dəstəyini nümayiş etdirib. Bəs aparıcı müxalifət təşkilatları indiki durumda hansı addımları planlaşdırır? Türkiyəyə dəstək məsələsində onların hansı ideyaları var? Müxalifət liderlərinin Türkiyəyə səfərləri gözlənilirmi? Müsavat Partiyası başqanının müavini, millət vəkili Arzu Səmədbəyli bildirdi ki, hələlik müxalifətin digər tədbirlər keçirməsinə ehtiyac duyulmur: “Elə partiya Divanının son iclasında da bu məsələlər müzakirə olundu və İsveç parlamentinin qondarma ”soyqırım" qərarı verməsinə etiraz bildirildi. Biz bölgədə Azərbaycan və Türkiyənin uzlaşmış siyasət yürütməsinin tərəfdarıyıq. Yəni hər iki dövlətin mənafeyinə uyğun olaraq ortaq mövqe qoyulmalıdır. Ümumiyyətlə, Türkiyə və Azərbaycanın uzlaşdırılmış, dövlət mənafelərinə uyğun siyasət həyata keçirilməlidir". A.Səmədbəyli qarşılıqlı səfərlərin həyata keçirilməsini zəruri sayır. ADP sədri Sərdar Cəlaloğlu Türkiyə və Azərbaycanın hadisələrin arxasınca getməsindən təəssüfünü ifadə etdi: “Demək olar ki, ermənilər gündəmi müəyyənləşdirir, biz isə o gündəmə uyğun olaraq özümüzü müdafiə edirik. Ancaq ən yaxşı müdafiə hücumdur. Türkiyə və Azərbaycan əlində olan kartlardan demək olar ki, istifadə etmir. Ermənilər hələ bu günə qədər bir dənə toplu məzarlıq çıxarıb sübut edə bilməyiblər ki, burda genosid olub. Azərbaycan ərazisində yüzlərlə toplu məzarlıq aşkar olunub. Ermənilər 100 il bundan əvvəlki hadisələri gündəmə çıxara bilirlər, Azərbaycan və Türkiyə dünən olmuş Xocalı hadisəsini bu günə qədər gündəmə çıxara bilməyib. Əsas problem bundan ibarətdir. Biz həmişə gözləyirik ki, ermənilər bir addım atır, sonra o addımı neytrallaşdırmaq üçün boş-boş vaxt sərf edirik. Türkiyə və Azərbaycan bu günə qədər ermənilərin törətdikləri soyqırım aktı ilə bağlı dünya ictimaiyyətində, dünya parlamentlərində heç bir məsələ qaldırmayıb. Amerika Konqresinə biz də Xocalı genosidi ilə bağlı müraciət göndərməliydik ki, paralel baxsınlar. Biz də faktları qoyardıq, ermənilər də. Onda yəqin ki, fərqli qərar qəbul olunacaqdı, ya da ən pis variantda ikisindən də imtina olunacaqdı. Ancaq bunları eləmirik. Ona görə də mən Türkiyə və Azərbaycanın xarici siyasətini ən qüsurlu siyasət hesab edirəm”. S.Cəlaloğlu Azərbaycan müxalifətinin proseslərdə aktiv iştirak etməməsi, Türkiyəyə lazımi dəstək verməməsi barədə fikirlərə də reaksiya verdi: “Türkiyənin heç bir dairəsi bizimlə görüşməyə o qədər də maraqlı deyil. Heç burda Türkiyə dövlətinin yaranmasının ildönümü keçiriləndə ADP heç vaxt ora dəvət olunmur. Türkiyə bizdən küsülüdür. Bir misal var, sən məni sevməsən də mən səni sevəcəyəm. Biz də elə olası deyilik ki. O ki qaldı piket, mitinq keçirilməsinə, fikrimcə, bu məsələdə iqtidar və müxalifət birgə hərəkət eləməlidir. Burda kənardan görünsə ki, iqtidar və müxalifətin məsələyə mövqeyi fərqlidir, bu, işimizin xeyrinə yox, əleyhinə olar”. E.PAŞASOY 708 dəfə baxılıb
|
[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM [13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT [13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS [13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR” [13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI [13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI [13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI [13.02.2012] - İSA QƏMBƏR - 55 [13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR [13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ) [12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ [12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR [12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI [12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR” [12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB” [12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ [12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ... [11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR ARXIV
|