13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

OQTAY ƏSƏDOV AVROPANI SEÇİM ETMƏYƏ ÇAĞIRDI

2010-03-16

“Ya bölgədə inkişafı, tərəqqini seçməli, ya da erməni lobbisinin uydurmalarını dinləməlisiniz”

“Erməni xalqı xarici ölkələrdəki diasporun siyasi ambisiyalarının girovuna çevrilib”. “Media forum” saytının məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov martın 15-də ATƏT Parlament Assambleyasının sədri Joao Soaresin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə belə deyib.

Parlament sədri bildirib ki, həll olunmamış münaqişələr bölgənin Avropa strukturlarına inteqrasiyasına və inkişafa mane olmaqla yanaşı, Cənubi Qafqazın təhlükəsizliyini daim təhdid edir. 2008-ci ilin avqustunda regionda baş vermiş hadisələri xatırladan O.Əsədov bu cür münaqişələrin həllinin yubanmasının təhlükəli nəticələrə gətirib çıxara biləcəyini deyib: “BMT Təhlükəsizlik Şurasının və digər nüfuzlu beynəlxalq qurumların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlum qətnamə və qərarlarına məhəl qoymayan Ermənistan işğalçılıq siyasəti yeritməkdə davam edir. Bu məsələdə Avropa artıq öz seçimini etməlidir. Ya bölgədə inkişafı, tərəqqini seçməli, ya da erməni lobbisinin uydurmalarını dinləməlidir. 20 ildir ki, Dağlıq Qarabağda Azərbaycana məxsus mədəniyyət abidələri, klublar, kitabxanalar yerlə yeksan edilir. Dünya birliyi isə müəmmalı şəkildə bu hallara göz yumur. Problemin həlli ilə artıq 18 ildir ATƏT-in Minsk Qrupunun məşğul olmasına baxmayaraq real nəticə yoxdur. Ermənistan qonşu dövlətin ərazisini işğaldan azad etmək istəmir. Belə olan halda, təbii ki, Azərbaycan tərəfi mümkün olan bütün vasitələrdən istifadə edərək ərazi bütövlüyünü təmin etmək hüququnu özündə saxlayır”.

Xəbər xidməti

1078 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

[11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

[11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

[11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ

[10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

[10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ

[10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ

[10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI

[10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR

ARXIV

Yeni MÜSAVAT © 2008