22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

BELÇİKADA HİCABA QADAĞA QOYULMAYIB...

2010-05-05

İlqar İbrahimoğlu: “KİV-də Belçika parlamentinin qərarı və Fransada müzakirələr barədə yanlışlıqlar yer alıb. Hicaba hansısa qadağadan söhbət belə getmir”
“Tarixin irəliyə hərəkətini, o cümlədən, müsəlmanların Avropaya kütləvi inteqrasiyasını əngəlləmək mümkün olmayan bir prosesdir. Bunun qarşısını almaq cəhdləri, yalnızca Avropanın yüzillər ərzində əldə etdiyi demokratik dəyərləri zəiflətməyə gətirir”

Ölkə mətbuatında Belçika parlamentinin ictimai yerlərdə niqab geyilməsinə qoyulan qadağa ilə bağlı müəyyən qeyri-dəqiqliklər getmişdir. Məsələ ilə bağlı DEVAMM sədri Hacı İlqar İbrahimoğlu açıqlama ilə çıxış etmişdir: “Həqiqətdə, Belçika parlamentinin qərarı niqaba aiddir. Hicaba hər hansı qadağadan söhbət belə getmir. Niqab ”“ sifəti tamamilə bağlayan bir örtükdür. Belçikada bəzi sağçı dairələr “təhlükəsizlik mülahizələri”ni əsas gətirərək, parlamentin aşağı palatasından ictimai yerlərdə niqabın geyilməsinə qadağanı keçirməyə müvəffəq oldular. Əgər qanun layihəsi parlamentin yuxarı palatası olan Senat tərəfindən təsdiq edilərsə, ictimai yerlərdə niqabda olmaq qadağan olunacaq. Və onda bu qanunu pozan şəxslər 15-25 avro cərimələnə, hətta 7 gün müddətinə inzibati həbs cəzasına məhkum edilə bilərlər”.

DEVAMM sədri qəbul edilən qanun layihəsinin mahiyyətində ksenofobik motivlərin durduğuna diqqət çəkdi: “Əlbəttə, “ictimai təhükəsizlik” kimi bəhanələr heç bir tənqidə dözmür. Əksinə, üzünü örtüklə bağlayan insan, daha çox diqqət cəlb edir, nəinki maskirovka edə bilir. Hansısa fərd özünü tanınmaz etmək istəyirsə, parik, qrim, hətta süni sifətədək vasitələrdən yararlana bilər. Daha sifətini bağlamaq nəyinə lazım?! Şəkk-şübhə yoxdur ki, bu sağçı ünsürlərin spekulyasiyalarıdır ki, fərqli zahiriyyətə qarşı qıcığı konkret hədəflərə yönəldirlər. Təsadüfi deyil ki, “Beynəlxalq Amnistiya” kimi nüfuzlu hüquq müdafiə təşkilatları Belçika parlamentarilərinin bu qərarını pisləyiblər. Hüquq müdafiəçilərinin sözlərinə görə, bu qadağa, təhlükəli presedentlərə gətirə bilər. Təşkilat bildirib ki, belə bir qanun layihəsinin qəbul edilməsi, insan haqları üzrə beynəlxalq qanunvericilik normaları ilə ziddiyyət təşkil edir”.
Hacı İlqar İbrahimoğluHacı İlqar oxşar presedentin Fransada da yaşanacağını istisna etmir, amma burada gətirilən bəhanələrin daha da bayağı olmasını vurğulayır: “Fransada isə Sarkozi başda olmaqla təşəbbüskarların bəhanəsi fərqlidir. Deyirlər ki, burka ”“ insanı sifət də daxil olmaqla, tamamilə örtən geyim ”“ Fransa identikliyinə ziddir. Demək lazımdır ki, cənablar, məgər tolerantlıq elə məhz fərqli zahiriyyətə, fərqli baxışlara dözümlü yanaşmaq deyilmi?! Fransada 5 milyon müsəlman yaşayır. Bunların cəmi 200 nəfəri burka (niqablı çarşab) geyir. Necə ola bilər ki, iki yüz nəfərin geyimi 60 milyonluq ölkənin identikliyinə o qədər təhlükə kəsb etsin ki, neçə aylıq müzakirələrə və qanunvericilik səviyyəsində qadağalar tətbiq etməsinə qədər təşəbbüslərə səbəb olsun?!”.
DEVAMM sədri bu qadağaların Avropa Məhkəməsi səviyyəsində aradan qaldırılacağına əmin olduğunu bildirdi: “Əksər ekspertlər qətiyyətlə bildirirlər ki, bu kimi məsələlərin hüquqi perspektivi yoxdur. Çünki, insanın öz əqidəsinə uyğun zahiriyyətə malik olması kimi ümdə insan haqları ilə ziddiyyət təşkil edir. Sadəcə, müəyyən tendensiyaları formalaşdıran və yönəldən işlək texnologiyalar tətbiq edilir, “yad obraz”ın yaradılması və təhtəlşüura yeridilməsi kimi hədəflər güdülür. Əsas narahatçılıq da, 2050-ci il üçün Avropa əhalisinin yarısının müsəlmanlardan ibarət olacağı ilə bağlı proqnozlardan irəli gəlir”.
Hacı İlqar bu kimi tendensiyaların tez bir zamanda çözüləcəyinə, sağ meyllərin Avropa siyasi səhnəsindən gedəcəyinə əminliyini ifadə etmişdir: “Tarixdə bunun çoxlu təsdiqini görmüşük. İnsanların ksenofobik hisslərini, fərqli dünyagörüşünə qarşı qıcıqlarını qısa zaman periodunda istismar etmək olur, amma bunun ömrü uzun çəkmir. Nəticə etibarilə, sağlam zəka qalib gələcəkdir. Tarixin irəliyə hərəkətini, o cümlədən, müsəlmanların Avropaya kütləvi inteqrasiyasını əngəlləmək mümkün olmayan bir prosesdir. Bunun qarşısını almaq cəhdləri, yalnızca Avropanın yüzillər ərzində əldə etdiyi demokratik dəyərləri zəiflətməyə gətirir. Və bunun fərqində olan aydınların səsi getdikcə daha ucadan səslənir”.

Xəbər xidməti

966 dəfə baxılıb

Xəbəri paylaş

[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ

[21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS...

[21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA...

[21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR”

[21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ

[21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR

[21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR”

[21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ

[21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR

[20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR

[20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR”

[20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR”

[20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI

[20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM

[20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ

[20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI

[19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

[19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008