22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

4444-cü NÖMRƏYƏ...

2010-05-20

Yazını başlamaq istəyirdim ki, qəzetimizin gənc əməkdaşı Fərahim İlqaroğlundan zəng gəldi. Günlərdir Kürün gətirdiyi fəlakətin şəklini çəkməklə məşğul olan Fərahimi Kür girov götürübmüş. O və daha bir neçə jurnalist bənd vuran kənd camaatı ilə birlikdə fəlakətin tam ortasında qalıblarmış. Onlar xilas oldular; FHN-in qayıqları manşetini və tirajını “fövqəlnazir”dən çıxaran qəzetin əməkdaşını da quruya çıxarıb. Amma bəndləri yaran və düz ayaqlarının altından axan sel suları Azadkəndi, Çağırğanı yuyub aparıb... İki kəndi də belə itirdik...

***

Lent.az-ın müxbiri fəlakət bölgəsindən reportaj hazırlayırmış bu günlərdə. Qarşısına çıxan sel qaçqınlarından bir neçə kəndi soruşub - sel basıbmı deyə. Və çox maraqlı bir cavab alıb: “Yooox. Oralar hələ bizdədi...”

***

Sonra Pənah bəydən zəng gəldi. Qəzetimizin möhtərəm danışmanı artıq media sənayesinin havasını götürüb; millət vəkili bu an istənilən bir qəzetə elə rəhbərlik edər, elə planlaşma aparar, elə manşetlər yazar, yazdırar ki, bizdən başqa (yəqin ki) kimsə tozuna çatmaz. Pənah bəyin də yaşamına artıq qəzetçi tərzləri girməkdədir. Bizlər var ya, kiminlə danışırıqsa, qarşımızdakı nə deyirsə, onun nitqini dərhal, avtomatik olaraq beynimizdə xəbərə çeviririk, hələ üstəlik, ona başlıq da qoyuruq. Bəzən iş ikinci başlığacan da gedib çıxır... Xəstəlik kimi bir şeydir.
Bəyi də yoluxdurmuşuq. O da fəlakət bölgəsi ilə bağlı bir-iki mühüm xəbəri bölüşdü və “gedirəm, parlamentdə iclas var, bitirən kimi gələcəm qəzetə” dedi.

***

Bu cümlələri yazıb planlaşdırmaya girdim. Orada ölkəni qoyduq qabağımıza, bir az da Türkiyədən qatdıq, bölüşdürdük uşaqların (jurnalistlərin) arasında. Kim nəyi yazacaq, kim nədən və kimdən yazacaq. Kimi kiminlə barışdıraq, kimi görüşdürək, kimi vuruşduraq... 4 liderin görüşəcəyi xəbəri də əlimizdəydi ertədən. Dedik, görüş başlayandan 5 dəqiqə sonra sayta qoyaq.

***

Bütün bunlar bizim gündəlik işlərimizin bir parçasıydı. Amma bir fərq vardı. Biz bu gün 4444-cü sayı çapa hazırlayırdıq. Buralara qədər gələ bildiyimizə, bu rəqəmin ifadə etdiyi uzun ömrü (qəzet üçün) yaşaya bildiyimizə görə Allaha şükür etmək əlbəttə ki, lazımdır və edirik. Lakin bəzən başımızı qaldırıb yekunlar etməyə də vaxtımız olmur. Günlər keçir, rəqəmlər dəyişir, toplanır və məhz bu cür əlamətdar məqamlara səbəb olur. Və o rəqəmlərin arxasında nə qədər xatirələr var...

***

Danışmanımız yalnız günün sonunda gəlib çıxdı. Amma onun gəlişinə qədər qəzetimizin dostu Hacı İlqarla iki saata yaxın söhbət etmişdik. Arada Novruz əmi gəldi - hamımız bir yerdə “Yeni Müsavat”ın 4444-cü sayı ilə əlaqədar redaksiyada təşkil olunan ziyafətə qatıldıq. Danışdıq, xatırladıq, duyğulandıq. “İş yerimiz fədakarlıq idarəsi kimi bir şeydir” deyə yekunlaşdırdıq. 4444-ü 365-ə böldük; 21 yaşlı qəzet bu sayı yığmaq üçün 12 il durmadan işləyib - nəticə belə alındı.
Sonra qalxdıq və hərə işinin arxasına düşdü. ATƏT-dən gəldilər - Amaşovdan və mətbuatın gələcəyindən danışdıq. Sonra qardaşım Rey təşrif buyurdu. Ondan bir az əvvəl sadiq dostumuz Mehdi Mehdiyev redaksiyamızı şərəfləndirmişdi. Axşam olmaqdaydı, Fərahim də yoldaydı artıq, Bakıya dönürdü. Arxasında xaraba qalmış, fəlakət yumuş bir məmləkət buraxırdı...
Beləcə, qəzetin bir gününü də arxada qoyduq. Mən də 4444-cü dəfə “Yeni Müsavat”a imza atmaq üçün gün boyunca onun hazır olması prosesini izlədim. Sabah da belə olacaq. Sadəcə rəqəmlər fərqlənəcək. İndi “Yeni Müsavat”ın zaman ölçü vahidi həmin rəqəmlərdir...

***

Beləcə, daha bir rekord tarix oldu, daha bir tarix səhifələrə yazıldı. Və bu günün bir neçə fraqmentini qeydə alaraq növbəti rekordlar, əlamətdar günlər üçün yaddaş xəritəsi etmək istədim.
Allah 10.000-ci sayı da nəsib etsin və utandırmasın.

6318 dəfə baxılıb

Xəbəri paylaş

[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ

[21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS...

[21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA...

[21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR”

[21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ

[21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR

[21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR”

[21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ

[21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR

[20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR

[20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR”

[20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR”

[20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI

[20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM

[20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ

[20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI

[19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

[19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008