22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

“ZEYNO BARAN DEDİ Kİ, O, KÖKƏNCƏ TÜRKDÜR”

2010-06-05

Brayzanın xanımının kürd olması ilə bağlı deyilənlər nə dərəcədə həqiqətdir?

ABŞ-ın Azərbaycana təyin etdiyi yeni səfir, keçmiş həmsədr Metyu Brayza və onun xanımı Zeyno Baranla bağlı mətbuat yazıları yenidən aktuallaşıb. Bölgəni, o cümlədən Azərbaycanı yaxından tanıyan bu ailənin ölkəmizə nə verəcəyi ətrafında vaxtaşırı diskussiyalar gedir. Bu arada Z.Baranin milli mənsubiyyəti barədə vaxtaşırı fərqli yazılar dərc olunur. Xanım Baran 1972-ci ildə Türkiyədə jurnalist ailəsində anadan olub.

Onun atası Əhməd Uran “Hürriyet” qəzetinin xüsusi müxbiri, anası Füsun Arsan isə “Günaydın” qəzetinin əməkdaşı olublar. Qəribəsi odur ki, ermənilər də Brayzanın təyinatından rahatsız olub və xanım Baranın türk kökənli olmasını qabardırlar. Ancaq Z.Baranın kürd kökənli olması barədə də yazılar dərc olunur. Qeyd edək ki, M.Brayza Z.Baranla 2007-ci ilin avqustunda ailə qurub.
Adının açıqlanmasını istəməyən tanınmış siyasətçilərimizdən biri dedi ki, Z.Baranla bir müddət əvvəl həmsöhbət olub. O vaxt xanım Baran kürd kökənli olması ilə bağlı dolaşan versiyaları təkzib edib: “Bildirdi ki, kökəncə türkdür. Zeyno adına gəldikdə dedi ki, Türkiyədə Zeynəb adının dəbdə olan bir formasıdır. Özü də deyirdi ki, anası solçu, tanınmış jurnalist olub”.
Həmsöhbətimiz farsca “baran” sözü olduğu kimi kürdcə də olmasını istisna etməsi: “Çünki onların kökləri eynidir. Amma tarixdə Baran adlı türk tayfası olub. Türkiyədə də geniş yayılmış Baran adı var və çox yayılmış addır. Özü də onlar kürd deyil. Məsələn, Azərbaycanda Talış adında yaşayış məskənləri var. Amma orda yaşayanlar talış deyil. Tarixdə talış adında türk tayfaları olub”.
Həmsöhbətimiz Z.Baranın İstanbulda doğulduğunu vurğuladı: “Ancaq məsələ burasındadır ki, kim özünü necə adlandırırsa, onu o cür də qəbul etmək lazımdır. Amerikada milli mənsubiyyəti gizlətmirlər”.
Yeni səfirin Azərbaycana nə verəcəyinə gəldikdə həmsöhbətimiz bunları bildirdi: “Onlar ikisi də Azərbaycan haqda çox məlumatlıdır, Azərbaycanı yaxşı tanıyırlar. Ölkənin müxalifəti və iqtidarı ilə də yaxından tanışdırlar. Neçə illərdir Azərbaycanla bağlı işlədikləri üçün gəlib burda ölkə ilə tanışlıq olmağa ehtiyacları yoxdur. Ancaq indi ona necə təlimat veriləcək, hansı siyasət yürüdüləcək, bu, ABŞ-ın siyasətindən asılıdır. Keçmiş səfir Enn Dersi çox müsbət adam idi. Ancaq prezident Buş, Dövlət Departamenti ona belə təlimat vermişdi. O da içində yana-yana o işləri görməyə məcbur idi. Obama Buşdan bir az fərqlənir. Amma Azərbaycanla bağlı dövlət siyasətində köklü dəyişikliyin olacağını gözləmirəm. ABŞ-Azərbaycan siyasəti faktiki olaraq dalana dirənib”.
Müsahibimiz yeni səfirin fəaliyyətinə rəsmi Bakının münasibətinin də təsirsiz ötüşməyəcəyi qənaətindədir: “Bakı onun təyinatından məmnun deyildi. Ona aqreman vermədilər, uzun müddət gözlətdilər”.

Cavid TURAN

2610 dəfə baxılıb

Xəbəri paylaş

[21.05.2012] - İSA QƏMBƏR XARİCİ JURNALİSTLƏRİ QƏBUL ETDİ

[21.05.2012] - 1992-ci İLİN AZƏRBAYCANI - TUNİS...

[21.05.2012] - XƏZƏR, QARA DƏNİZ VƏ QATIQ HAQQINDA...

[21.05.2012] - “SƏNƏTKARIN HEÇ BİR YERƏ BAĞLILIĞI OLMAMALIDIR”

[21.05.2012] - “BÖYÜK SƏKKİZLİK” ŞƏR ÜÇBUCAĞINDAN ÇƏKİNDİ

[21.05.2012] - AZƏRBAYCANLA GÜRCÜSTANIN ÜZ-ÜZƏ QOYULMASI PLANI İŞƏ SALINIB

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[21.05.2012] - ARTUR RASİZADƏNİ YENƏ İŞDƏN ÇIXARAN VAR

[21.05.2012] - “ABŞ-ın ŞTATINDA DAĞLIQ QARABAĞIN TANINMASI TƏHLÜKƏLİ TENDENSİYADIR”

[21.05.2012] - ACLIQ AKSİYASININ YEDDİNCİ GÜNÜ

[21.05.2012] - “EUROVİSON”un 102 YAŞLI PƏRƏSTİŞKARI AZƏRBAYCANA GƏLİR

[20.05.2012] - TEHRAN-BAKI QARŞIDURMASI TƏHLÜKƏLİ MƏCRAYA SÜRÜKLƏNİR

[20.05.2012] - “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI ƏN ÇOX İSRAİLƏ LAZIMDIR”

[20.05.2012] - “QƏRBİN TEHRANA QARŞI SANKSİYALARINA AZƏRBAYCAN DA QOŞULMALIDIR”

[20.05.2012] - BAKIDAKI MİTİNQDƏ TUTULAN ROKÇU BERLİNƏ QAÇDI

[20.05.2012] - “EUROVİSİON” SABİTLİYİ ÜÇÜN XÜSUSİ VƏ MƏXFİ PROQRAM

[20.05.2012] - AVROPA İTTİFAQININ QEYRİ-MÜƏYYƏN QARABAĞ TƏLƏBİ

[20.05.2012] - GÜRCÜSTANDA AZƏRBAYCAN ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLADI

[19.05.2012] - ƏRDƏBİLDƏ “EUROVİSİON” ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

[19.05.2012] - ƏMƏKDAŞIMIZ MEHDABADDAKI QAÇQIN ŞƏHƏRCİYİNDƏ OLDU

ARXIV

Yeni MÜSAVAT © 2008