13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

SAMİR ŞƏRİFOVU FƏRHAD ƏLİYEVİN AQİBƏTİ GÖZLƏYİR

2010-07-27

Maliyyə naziri qərbmeyllidir; ən böyük rəqibi isə Kəmaləddin Heydərovdur

Maliyyə naziri Samir Şərifovun ətrafında baş verənlərlə bağlı əvvəlki saylarımızda yazmışıq. Xatırladaq ki, S.Şərifovun adını gündəmə rəhbərlik etdiyi nazirlikdən redaksiyamıza daxil olan sensasiyalı məktub gətirdi. Kifayət qədər cəlbedici məlumatların, ciddi ittihamların yer aldığı materialda maliyyə nazirinin baş nazir gətirilməsi planının hazırlanmasından da bəhs olunurdu. Artur Rəsizadə hələ istefaya göndərilməmiş onun postu uğrunda şiddətli mübarizə başladığı da həmin məktubda əksini tapmışdı.

Artur RəsizadəQeyd edək ki, konstitusiyaya görə, məmur ierarxiyasında ikinci hesab edilən baş nazir postuna indiyədək çoxlarının adı hallanıb. Düzdür, hazırkı baş nazir Artur Rəsizadənin “sayəsində” Azərbaycanda baş nazirlik elə də ciddi vəzifə hesab edilmir. Amma məsələ burasındadır ki, mövcud qanunlara əsasən baş nazir kifayət qədər ciddi bir vəzifədir və bu postda olan adam ölkənin ikinci prezidenti hesab olunur. Yəni prezident hər hansı xarici ölkəyə, yaxud məzuniyyətə gedərkən səlahiyyətlərini baş nazirə həvalə edir. Üstəlik, ortada 2003-cü il təcrübəsi var. Xatırladaq ki, hazırkı ölkə başçısı 2003-cü ildə məhz baş nazirlikdən prezidentliyə gəldi. Odur ki, müşahidəçilər hakimiyyət birincisi olmaq istəyən məmurların baş nazir olmaq istəyinin başa düşülən olduğu qənaətindədirlər.
Zakir QaralovS.Şərifovun baş nazir gətirilməsi istiqamətində mübarizənin bir tərəfində Gürcüstan klanına daxil olan məmurlardır. Qəzetimiz bu barədə də yazıb. Bir daha xatırlatma verək ki, Gürcüstan klanına (Gürcüstandan olan məmurların birliyi-T.C.) baş nazir Zakir Qaralovun rəhbərlik etdiyi bildirilir. Ona göstərilən ən böyük etimad bir nəfərin ölkənin baş prokuroru vəzifəsinə iki dəfədən artıq seçilməsinə olan məhdudiyyətin qanunvericilikdən götürülməsidir. İctimaiyyət ölkə başçısının yeni baş prokuror təyin edəcəyini gözlədiyi bir vaxtda əksəriyyəti hakim partiya üzvlərindən ibarət olan parlament iki dəfədən artıq baş prokuror təyin edilmə ilə bağlı məhdudiyyət qoyan maddəni ləğv etdi. Heç şübhəsiz ki, bu, Z.Qaralova verilən önəmin nəticəsi idi. Belə olan halda, əslən Gürcüstandan və Gürcüstan klanına daxil olan maliyyə nazirinin baş nazir gətirilməsi uğrunda nədən mübarizə getməsin?
Üstəlik, S.Şərifova Qərbdən və Amerikadan da dəstək var. Bir çox siyasi layihələrə donorluq edən, demokratikləşmə prosesinə hər zaman ciddi dəstək verən dünyanın tanınmış milyarderi Corc Sorosun onun haqqında müsbət fikirdə olmasını açıqlaması xeyli maraqlı məqamlardan xəbər verir. Bir neçə gün əvvəl ABŞ səfirliyində keçirilən rəsmi qəbulda da Azərbaycan hökuməti adından məhz S.Şərifov çıxış edib ki, bu da diqqəti cəlb edən məqamlardandı.
Kəmaləddin HeydərovYuxarıda qeyd edilən və edilməyən bir çox məsələlər bu mübarizənin həqiqətən mövcud olduğunu deməyə əsas verir. Yəni fakt var və ictimaiyyətə məlumdur. Məlum olmayan bu mübarizədə kimin udub kimin uduzacağıdır. Elə buradaca qeyd etməliyik ki, bu mübarizədə S.Şərifovun ən böyük rəqibi fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Məlum məsələdir ki, indiyədək hakimiyyətdaxili mübarizələrdə Heydərovun qalib çıxması adət halını alıb. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin məhz “fövzəlnazir”lə mübarizənin qurbanı olduğu da artıq heç kimə sirr deyil. F.Əliyev də Qərb tərəfindən ciddi dəstək alan məmurlardan idi. Hətta Qərb diplomatlarından birinin onu tərifləməsi, öz ölkəsinin ona ciddi önəm verməsi ilə bağlı ikisi arasındakı dialoqun lent yazısının K.Heydərov tərəfindən ölkə başçısına təqdim edildiyi haqda məlumatlar vardı. Bir sözlə, “fövqəlnazir” hələ çoxdan hakimiyyətdə fövqəladə qələbə imkanlarına malik olan bir şəxsdir. Son vaxtlar onun imkanlarının daha da genişlənməsi hamının bildiyi bir həqiqətdir. Belə bir vəziyyətdə S.Şərifovun F.Əliyevin aqibətini yaşaya biləcəyini demək mümkündür.
Fərhad ƏliyevHər iki şəxsin fəaliyyətində oxşar hadisələr, oxşar məqamlar heç də az deyil. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev Qərb dairələri tərəfindən qəbul olunurdu, ona qarşı sıcaq münasibət vardı. S.Şərifova da eyni münasibət hiss olunur. C.Soros onu bir maliyyəçi, tərəfdaş kimi müsbət qiymətləndirir, ABŞ səfirliyinin tədbirinə o göndərilir. Xatırladaq ki, Fərhad Əliyevin ABŞ səfirliyinin keçirdiyi bayram tədbirində iştirak edərək ciddi siyasi bəyanatlar verməsi ona qarşı olan hakimiyyətdaxili qrupların hərəkətə keçməsinə səbəb olmuşdu. Fərhad Əliyevin rəqibləri onun haqqında qərbmeylli kadr imici formalaşdırmaqla onun baş nazir postuna, bir qədər də uzağa gedərək prezident kürsüsünə iddialı olması barədə kampaniyaya başladılar. Və dövlət başçısı İlham Əliyevi də buna inandıra bildilər. Sonda Fərhad Əliyev dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edildi. Lakin S.Şərifov sələfindən fərqli olaraq bir qədər ehtiyatlı mövqedədir. O, Amerika səfirliyinin tədbirində iştirak etsə də, heç bir siyasi bəyanatlar səsləndirməyib. Ümumiyyətlə, onun indiyədək heç bir siyasi bəyanatının şahidi olmamışıq. S.Şərifovun sonu nə olacaq-baş nazir postu, yaxud həbsxana kamerası-bunu gələcək göstərəcək.

Təbriz CƏFƏR

6978 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM

[13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT

[13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS

[13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR”

[13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI

[13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI

[13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI

[13.02.2012] - İSA QƏMBƏR - 55

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

ARXIV

Yeni MÜSAVAT © 2008