10 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

ERMƏNİLƏRİN KOSOVO SEVİNCİNƏ XARİCDƏN REAKSİYALAR

2010-07-27

Filipp Qordon: “Haaqa Məhkəməsinin qərarı digər bölgələr və ya dövlətlər üçün presedent ola bilməz”
Piter Semnebi: “Bu qərar digər situasiyalara, xüsusən Abxaziya və Cənubi Osetiya məsələlərin təsir göstərməyəcək”
Eldar Namazov: “Azərbaycan diplomatiyası Qarabağ danışıqlarında çox çətin vəziyyətlə üzləşib”

“Haaqa Məhkəməsinin Kosovo haqqında qərarı digər bölgələr və ya dövlətlər üçün presedent ola bilməz”.

Filipp QordonAPA-nın xəbərinə görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filipp Qordon deyib. O bildirib ki, ABŞ Kosovonu müstəqil dövlət kimi tanıyır, lakin beynəlxalq məhkəmənin qərarı məhz bu məsələyə xas olan faktorlar əsasında qəbul olunduğu üçün presedent sayıla bilməz: “Beynəlxalq məhkəmənin qərarı Kosovonun unikal şərtləri nəzərə alınmaqla verilib. Qərar məhz Kosovo ilə əlaqədardır, digər bölgə və dövlətlərdən söhbət getmir”.
“Məhkəmə yalnız ayrıca götürülmüş bir məsələ haqqında qərar qəbul edib - Kosovonun müstəqillik bəyannaməsi beynəlxalq hüquqa ziddirmi və beynəlxalq hüquqda bu cür bəyannamələrin qəbulu qadağan edilirmi? Məhkəmə Kosovonun müstəqilliyə hüququ olub-olmadığına, bəyannamənin hüquqi tətbiqinə dair rəy verməyib”. Piter SemnebiBunu isə Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib. Onun fikrincə, beynəlxalq məhkəmənin Kosovo barədə qərarı digər situasiyalara, xüsusən Abxaziya və Cənubi Osetiya məsələlərinə təsir göstərməyəcək: “Hesab edirəm ki, bunun digər oxşar situasiyalara təsiri olacaqsa da, əhəmiyyətsiz dərəcədə olacaq. Bunlar bir-biri ilə müqayisə edilsə də, başqa-başqa məsələlərdir. Hər iki halda müstəqillik elanı onları eyniləşdirmir”.
Xatırladaq ki, iyulun 22-də BMT-nin beynəlxalq məhkəməsi Kosovonun müstəqilliyinin beynəlxalq hüquq prinsiplərinə zidd olmadığı barədə qərar qəbul edib. Bundan sonra belə bir presedentin Qarabağ məsələsinin həllində də əsas kimi götürülə biləcəyi ətrafında narahatçılıqlar baş qaldırıb.
Eldar NamazovANİF prezidenti Eldar Namazov da Kosova məsələsinin Qarabağ üçün prezedent olacağını mümkün saymır: “Birincisi, BMT-nin Beynəlxalq Məhkəməsinin hüquqlarını nə Azərbaycan, nə də Ermənistan hələ tanımayıb ki, kimsə ora müraciət etsin. Digər tərəfdən, Kosovo ilə bağlı müraciətdə məhkəmədə qoyulan sualın özü düzgün seçilməmişdi. Bu, Kosovonun müstəqilliyini tanıyan və dəstəkləyən qüvvələr tərəfindən BMT-nin Baş Assambleyasından məhkəməyə edilən müraciətdə sualın qoyuluşu düzgün deyildi. Sual elə qoyulmuşdu ki, artıq beynəlxalq məhkəmənin başqa qərar qəbul etmək imkanı yox idi. Beynəlxalq məhkəmənin qərarında deyilmir ki, Kosovonun müstəqilliyi tanınmalıdır. Orda sual belə qoyulmuşdu ki, Kosovo bu bəyanatı verməklə beynəlxalq hüquq normalarını pozub, ya yox? Hüquqşünaslar yaxşı bilir ki, bu sual hələ o anlama gəlmir ki, Kosovonun müstəqilliyini tanımaq lazımdır, yoxsa lazım deyil. Bu sual məhkəməyə çıxarılanda da hüquqşünaslar dedilər ki, bu, hiyləgərliklə hazırlanmış sənəddir və Serbiyanın qaldırdığı məsələ deyil”.
Konkret olaraq Qarabağ məsələsinə gəldikdə, E.Namazov deyir ki, bu iki münaqişə bir-biri ilə müqayisə oluna bilməz: “Kosovonun ərazisində Serbiya ilə müharibə aparan, ona təcavüz edən, ərazi iddiası olan ölkənin qoşunları yerləşdirilməyib. Bu, sırf Serbiyanın daxili məsələsi idi. Dağlıq Qarabağ məsələsinə gəldikdə, bu, Ermənistan tərəfindən təcavüzdür və Ermənistanın ordusu bu gün də Dağlıq Qarabağda yerləşdirilib. Əvvəldən də Kosovonun müstəqilliyini tanıyan Avropa ölkələri və ABŞ birmənalı olaraq bəyan ediblər ki, Kosovonun nə Qarabağa, nə Cənubi Osetiyaya, nə də Abxaziya məsələsinə heç bir aidiyyəti yoxdur. Ancaq bütün hallarda təbii ki, bu, müxtəlif regionlarda separatçı qüvvələrə müəyyən mənəvi dəstək verən və separatçılığa stimul yaradan hadisə oldu”.
E.Namazovun fikrincə, Azərbaycan diplomatiyası onsuz da Qarabağ danışıqlarında çox çətin vəziyyətlə üzləşib: “Minsk Qrupu çərçivəsində aparılan danışıqların heç bir nəticəsi olmadığı halda, Kosovo ilə bağlı belə bir qərarın qəbul olunması separatçı qüvvələri müəyyən mənada ruhlandırır və onların dəyirmanına su tökür”.
Bəs rəsmi Bakı nə etməlidir ki, növbəti sürprizlə üzləşməsin?
Politoloq hazırda Qarabağla bağlı aparılan danışıqlarda diplomatiyamızın bir neçə səhvə yol verdiyini deyir: “On il əvvəllə müqayisə etsək, görərik ki, danışıqlarda Azərbaycan üçün böyük bir təhlükə yaradan məqamlar meydana gəlib və sənədlərdə əksini tapıb. Xüsusən də Dağlıq Qarabağın statusunun səsvermə yolu ilə müəyyənləşdirilməsi bəndi 90-cı illərdə Azərbaycana təklif olunan variantların heç birində yox idi. Biz bilirik ki, danışıqları aparan tərəfin razılığı olmadan heç bir prinsip öz əksini tapa bilməz. Müvəqqəti status da yeni bənddir. 2000-ci illərin əvvəllərində aparılan danışıqlarda belə bənd yox idi. Ermənilərin mövqeləri isə 10 il əvvəlkinə nisbətən daha da sərtləşməsinə görə fərqlənir. Əgər on il əvvəl erməni tərəfi kifayət qədər açıq Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilərin azad olunacağını, onları heç kim özünə birləşdirmək haqqında fikirləşmədiyini deyirdisə, indi görürük ki, həmin ərazilərlə bağlı ermənilərin mövqeyi xeyli sərtləşib. Biz son 10 ildə Minsk Qrupunun təklif etdiyi variantları və tərəflərin tutduğu mövqeləri müqayisə etsək, mənfi dinamikanı görərik. Azərbaycan tərəfi sənəddə bir neçə təhlükəli məqamın əksini tapmasına razılıq verib. O cümlədən Dağlıq Qarabağın müvəqqəti statusunun səsvermə yolu ilə müəyyənləşdirilməsi prinsipindən söhbət gedir. Azərbaycan üçün mənfi dinamika göz qabağındadır. Bunun qarşısı təbii ki, alınmalıdır”.

E.PAŞASOY

1331 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - KƏMALƏDDİN HEYDƏROVDAN ZİYA MƏMMƏDOVA QAR ZƏRBƏSİ

[09.02.2012] - AZƏRBAYCAN MÜXALİFƏTİ OBAMANI ŞANSLI SAYIR

[09.02.2012] - PİS HAVA VİZA DANIŞIQLARINI TƏXİRƏ SALDI

[09.02.2012] - TÜRKİYƏ GENERALİTETİNDƏN AZƏRBAYCANA DƏSTƏK VƏDİ

[09.02.2012] - “VİCDAN MƏHBUSLARI MARTDA AMNİSTİYA İLƏ BURAXILA BİLƏR”

[09.02.2012] - AVROPA İTTİFAQININ QARABAĞ SİYASƏTİNİN PƏRDƏARXASI MƏQAMLARI

[09.02.2012] - İRAN SURİYAYA 15 MİNLİK QOŞUN GÖNDƏRİB

[09.02.2012] - AMERİKA SANKSİYA VERİR, AZƏRBAYCAN QUCAQ AÇIR...

[09.02.2012] - GÜNAY MUSAYEVANIN ƏRİ İLƏ BİRGƏ OYUN QURDUĞU ÜZƏ ÇIXDI

[09.02.2012] - “RUSİYANIN SURİYANI HARAYADƏK QORUYACAĞI BƏLLİ DEYİL”

[09.02.2012] - TÜRKİYƏYƏ BAKIDAN GEDƏN QAZ NİYƏ KƏSİLİB?

[09.02.2012] - RUSİYA KƏŞFİYYATININ GÜRCÜSTAN ÜZƏRİNDƏN ŞUŞA TƏXRİBATI

[09.02.2012] - TÜRKİYƏLİ DEPUTAT SOYDAŞIMIZDAN QEYRƏTLİ HƏRƏKƏT

[09.02.2012] - “SOYQIRIM QANUNU LƏĞV EDİLƏCƏK”

[08.02.2012] - “GÜNAY MUSAYEVA VƏ TOLQA MƏNƏ OYUN QURDULAR”

[08.02.2012] - AZƏRBAYCANIN ƏN İRİ QAZ YATAĞI İFLİC OLDU

[08.02.2012] - PƏNAH HÜSEYN ƏFŞAR SÜLEYMANİNİ DÖYMƏK İSTƏYİBMİ?

[08.02.2012] - İSA QƏMBƏR İLHAM ƏLİYEVİN MÜNHEN BƏYANATINDAN DANIŞDI

[08.02.2012] - “SİYASİ MƏHBUSLAR 2-3 HƏFTƏYƏ BURAXILACAQ”

[08.02.2012] - “ŞÜKÜR, ADAM ÖLMƏYİB...”

ARXIV

Yeni MÜSAVAT © 2008