 |
Gündəm
AZƏRBAYCANLI NAZİRİN QIZI ERMƏNİ İLƏ YAŞAYIR 2010-07-28 Londonda millətimiz adına böyük biabırçılıq Kəmaləddin Heydərovun oğlu bu ləkənin təmizlənməsi üçün bütün hakimiyyəti ayağa qaldırıb; ölkə rəhbərliyi, “fövqəlnazir” və başqa güc nazirləri həmin məmurdan ən sərt tədbirlər görməyi tələb edib
|
Londonda bütün Azərbaycanın adına utanc gətirən hadisə baş verib. Bu olay və onun təfərrüatları barədə redaksiyamıza məlumat verən məlumatlı mənbənin bildirdiyinə görə, hadisə hakimiyyətin hətta ən üst qatında şok effekti yaradıb. Söhbət ondan gedir ki, Londonda təhsil alan Azərbaycanda nazir statusunda olan bir komitə sədrinin qızı ilə orada bir oğlan arasında sevgi macərası başlayıb.
Sonradan isə Londonda təhsil alan və yaşayan soydaşlarımız həmin oğlanın erməni olduğunu biliblər və bu münasibətə çox sərt təpki göstəriblər. Ancaq nazir qızı bütün bunlara əhəmiyyət verməyərək erməni ilə münasibətlərini davam etdirib. Bundan sonra söhbət fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Londonda təhsil alan, Avropa Azərbaycan Cəmiyyətinin sədri Taleh Heydərova çatıb. “Fövqəlnazir”in oğlu məsələyə çox ciddi şəkildə müdaxilə edib, həmin qızla danışıb onun bu əməlinin bütövlükdə Azərbaycanın adına ləkə olduğunu və bu münasibətə qəti şəkildə son qoymağı tələb edib. Ancaq nazir qızı onun dediklərinə əhəmiyyət verməyib. Bundan sonra T.Heydərov həmin qıza baş verənlər barədə Bakıya xəbər verəcəyini deyib. Ancaq onun bu xəbərdarlığı da nazir qızını fikrindən daşındırmayıb. Mənbənin iddiasına görə, T.Heydərov hətta bu biabırçı münasibətə son qoyulması üçün nazir qızının sevgilisi olan erməniyə də təzyiq edib. Amma bütün bunlar heç bir fayda vermədiyindən məsələ barədə atasına məlumat verib və xahiş edib ki, nə yolla olursa-olsun, Bakıdan təzyiq vasitəsilə həmin nazir qızının Britaniyadan çıxarılmasına nail olsun. K.Heydərov isə dərhal bu biabırçılıqla bağlı ölkə rəhbərliyi səviyyəsində məsələ qaldırıb və hadisə ən üst qatda müzakirə olunub. Həmin vaxt K.Heydərovla başqa bir güc naziri çox sərt şəkildə bildiriblər ki, bu hadisə bütünlükdə Azərbaycanın adına ləkə və biabırçılıqdır. Ölkə rəhbərliyi də daxil olmaqla, həmin nazirdən dərhal bu ləkənin təmizlənməsi tələb olunub. Bundan sonra hövlnak hərəkətə keçən nazir qızını Londondan Bakıya gətirməyə çalışsa da, buna nail ola bilməyib. Nazir qızı atasına qəti şəkildə bildirib ki, o azad bir ölkədə yaşayır və istədiyini edə bilər, heç kim onun bu münasibətinə əngəl törədə bilməz. Mənbə bildirib ki, hazırda həmin nazirin vəziyyəti çox ağırdır və ölkə rəhbərliyi tərəfindən onun qarşısında yalnız belə tələb qoyulub ki, nə edirsən et, bu ləkəni təmizlə. Qızı Londondan Bakıya qaytarmasından sonra həmin nazirin istefaya göndərilməsi nəzərdə tutulur və hakimiyyətin bir çox nüfuzlu şəxsləri birmənalı şəkildə bildiriblər ki, belə bir rəzalətdən sonra həmin şəxs mühüm dövlət postu tuta bilməz. Onu da qeyd edək ki, mənbəmiz bizə konkret adlar desə də, hələlik biz onları açıqlamırıq. Amma ola bilsin ki, ən qısa zamanda həmin nazir qızını Londondan çıxarmasa, bu adlar Britaniya paytaxtında yaşayan soydaşlarımız tərəfindən açıqlanacaq. Həmin nazir qızının bu biabırçı əməlinə orada yaşayan soydaşlarımızın qəzəbi o həddədir ki, atasının tədbir görməyəcəyi təqdirdə hətta onlar özləri ən sərt formada bu ləkəni təmizləyə bilərlər. Qeyd edək ki, bir neçə il öncə də Londonda bundan daha biabırçı hadisə baş vermişdi. Sabiq nazirlərdən birinin oğlu başqa bir xarici vətəndaşa ...ərə getmişdi. Lakin atası olaydan tez xəbər tutaraq, onu Londondan zor gücünə geri gətirdə bilmişdi... Teymur HƏSƏNLİ 57354 dəfə baxılıb
|
[04.02.2012] - “BEYNƏLXALQ ALƏMDƏ ƏLİYEV REJİMİNİN TƏKLƏNMƏSİ PROSESİ GEDİR” [04.02.2012] - MOSKVA – DÖZÜLMƏZ ŞAXTA, SEÇKİLƏR VƏ AZƏRBAYCANLILAR [04.02.2012] - “BAKIDA ADAM NƏ QƏDƏR ÇOX YESƏ DƏ, TEZ ACIR” [04.02.2012] - ABŞ MÜDAFİƏ NAZİRİ İRANIN VURULACAĞI VAXTI İLK DƏFƏ AÇIQLADI [04.02.2012] - SARKOZİ TÜRKLƏRLƏ DÜŞMƏNÇİLİYƏ QƏRAR VERDİ [04.02.2012] - ARDNŞ-in QAZ İXRACININ GİZLİNLƏRİ [04.02.2012] - ETİBAR PİRVERDİYEVİN DƏVƏLƏRİ SOYUQDAN TƏLƏF OLDU [04.02.2012] - “TÜRKİYƏ İLƏ AZƏRBAYCAN ARASINDAKI PROBLEM HƏLL EDİLMƏLİDİR” [04.02.2012] - ZƏNGİNLƏRİMİZ TÜRKİYƏDƏ 100 MİLYONLUQ VİLLALAR ALMAQ ÜÇÜN NÖVBƏDƏ [04.02.2012] - AŞ PA MƏRUZƏÇİLƏRİ BAKIDA MƏTBUAT KONFRANSI KEÇİRDİ [04.02.2012] - İRANIN BAKIDAKI ƏSAS ADAMI NİYƏ HƏDƏFƏ ALINIR? [04.02.2012] - RUSİYA BƏŞƏR ƏSƏDİ KƏNDİRDƏN ALDI [04.02.2012] - RUSİYALI POLİTOLOQDAN AZƏRBAYCANA MÜHARİBƏ XƏBƏRDARLIĞI [03.02.2012] - SARKOZİNİN QANINI QARALDANLAR BAKIYA GƏLİR [03.02.2012] - ERMƏNİ BAKIYA GƏLMƏKDƏN İMTİNA ETDİ [03.02.2012] - İLKƏR BAŞBUĞA ÖMÜRLÜK HƏBS İSTƏNİLİR [03.02.2012] - “RƏSUL QULİYEV KİMƏSƏ, NƏYƏSƏ ARXALANIB BƏYANATLAR VERİRSƏ...” [03.02.2012] - RUSLAR QƏBƏLƏ RLS-dən DANIŞDI [02.02.2012] - “İRANLA MÜHARİBƏ UZANARSA, AZƏRBAYCAN BUNDAN ÖZ XEYRİNƏ İSTİFADƏ EDİB İŞĞAL ALTINDA OLAN TORPAQLARINI GERİ QAYTARA BİLƏR” [02.02.2012] - AŞPA HƏMMƏRUZƏÇİLƏRİ BAKIDA MƏTBUAT KONFRANSI KEÇİRİBLƏR ARXIV
|