13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

MÜXALİFƏT MİTİNQ HAZIRLIQLARINI SÜRƏTLƏNDİRİB

2010-07-28

Meriya isə hələ ki, aksiya ilə bağlı müraciətləri cavablandırmayıb

Xəbər verdiyimiz kimi, Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaq (DUİ) Bakı Şəhər İcra Hakimiyyətinə dekabrın 31-də mitinq keçirmək üçün məktubla müraciət edib. Müsavatla birgə mitinq keçiriləcəyini bəyan edən AXCP də eyni tarixdə meriyaya ayrıca məktub göndərib.

Müsavat və DUİ etiraz aksiyasını “Rüşvətxorluğa və korrupsiyaya son qoyulsun”, “Seçkiqabağı demokratik şərait yaradılsın”, “Seçki komissiyaları paritet əsaslarla formalaşdırılsın”, “Azad mətbuata basqılara son qoyulsun” və sair şüarlarla keçiriləcək. Hər iki məktubda mitinqin keçirilə biləcəyi 10-a yaxın yer göstərilib: Füzuli meydanı, Füzuli və Şəmsi Bədəlbəyli küçələri arasındakı park, Səməd Vurğun bağı, Hüseyn Cavid Bağı, Cəfər Cabbarlı abidəsinin qarşısındakı meydan, Xalça muzeyinin qarşısındakı meydan, «Nəriman Nərimanov» kinoteatrının qarşısındakı meydan, Prezident Administirasiyası, Nazirlər Kabineti və Bakı Şəhər İcra Hakimiyyətinin 200 metrlik radiusunda istənilən meydan".
Bütün bu göstərilən məkanlar metro çıxışlarına yaxın olduğu üçün kifayət qədər əlverişli və səmələri məkanlardır. Əlavə edək ki, dünyanın əksər ölkələrində müxalifətin şəhərin mərkəzində, vacib dövlət qurumlarının qarşısında etiraz aksiyasının keçirilməsinə şərait yaradılır. Məsələn, Amerikada Ağ Evin qarşısında mitinq keçirilməsi adi haldır. Bəs, mitinqə hazırlıq işləri nə yerdədir? Aksiyaya millət vəkilləri qatılacaqmı? AXCP və Müsavat birgə mitinqi reallaşdıra biləcəklərmi?
Müsavat başqanının müavini Mehman Cavadoğlu “Yeni Müsavat”a açıqlamasında hələlik meriyadan cavab almadıqlarını bildirdi. Başqanın digər müavini Qabil Hüseynli Müsavatla AXCP-nin birgə mitinqinin keçirilməsi ilə bağlı ilkin razılaşmanın əldə olunduğunu dedi: “Amma aksiyanın hazırlanması və keçirilməsi öncədən məlum olmasın deyə, müzakirə məxfi şəkildə aparılır”.
Müsavat deputat qrupunun üzvü, millət vəkili Nəsib Nəsibli deputatların mitinqdə iştirak etmək barədə heç bir müzakirə aparmadığını bildirdi: “Amma çox güman ki, iştirak edəcəyik. Şəxsən mən iştirak edəcəm”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da qəzetimizə açıqlamasında partiyanın məktuba cavab almadıqlarını bildirdi: “Adətən mitinqə 1-2 gün qalmış meriya cavab verir. Amma müsbət cavab veriləcəyini gözləmirik. Biz də əlverişsiz məkanlarda etiraz aksiyası keçirməyəcəyik. Bakının 10-a yaxın meydanının ünvanını məktubda göstərmişik”.
F.Qəhrəmanlı aksiyanın keçirilməsi ilə bağlı DUİ ilə heç bir müzakirə aparılmadığını bildirdi: “Amma Müsavatla eyni gündə, eyni zamanda, eyni məkanda etiraz aksiyası keçirəcəyik. DUİ də bu prosesə qoşulub. İlkin razılaşma olsa da, yaxın günlərdə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə mitinqin detallarını müzakirə edəcəyik”.
Müsahibimizin sözlərinə görə, birgə mitinq etirazın ictimai effektini artıracaq: “Hər iki partiyanın mitinqə hazırlıq işləri yekunlaşıb. Ölkənin 2 önəmli müxalif partiyası - Müsavatla AXCP-nin birgə olması aksiyanın ictimai effektini daha da artıracaq. Aksiyanın yüksək səviyyədə keçiriləcəyinə inanırıq”.
DUİ-yə daxil olan KXCP-nın təşkilat şöbəsinin sədri  Xəzər Teyyublu da mitinqə hazırlıq işlərinin getdiyini bildirdi: “Müsavat Partiyası ilə birgə mitinqin keçirilməsi üçün müraciət etmişik. Təbii ki, DUİ -Müsavat mitinqinə AXCP qoşula bilər və biz dəstəyimizi aksiyaya qoşulmaqla göstərəcəyik”.

Nailə RÖVŞƏNQIZI

614 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT

[13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS

[13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR”

[13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI

[13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI

[13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

ARXIV

Yeni MÜSAVAT © 2008