13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

KƏMALƏDDİN HEYDƏROVUN ŞİRKƏTİ AVROPA MƏHKƏMƏSİNƏ VERİLDİ

2010-07-29

“Gilan” MMC Bakı sakinlərinin mülkiyyət hüquqlarını pozub

“Gilan” MMC ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət olunub. Şikayət müəllifləri Tiflis prospekti, 1033-cü məhəllə sakinləri Zemfira Süleymanova və Cahangir Mehdiyevdir.

Məsələ ilə bağlı araşdırma aparan “Azadlıq” radiosunun məlumatına görə, rəsmi sənədlərdə göstərilir ki, “Gilan” MMC-nin müraciətinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının 11 may 2007-ci il tarixli sərəncamı ilə Tiflis prospekti, 1033-cü məhəllədə “Zərgər” müəssisəsinə məxsus torpaq sahəsinə bitişik torpaq da daxil olmaqla 1,41 hektar torpaq sahəsi şirkətə ayrılıb. Şirkət bu ərazidə ofis, çoxmərtəbəli yaşayış binası, ticarət mərkəzi, yeraltı qaraj və avtodayanacaq, istirahət meydançası və buz meydançası olan müasir tipli kompleks tikməyi planlaşdırıb. Həmin sərəncamla ərazidəki yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi də “Gilan” MMC-yə həvalə edilib.
Sakinlərin sözlərinə görə, “Gilan” MMC-nin nümayəndələri iki il əvvəl əraziyə gələrək onlara mülkiyyətlərində olan həyət tipli mənzillərini şirkətə satmağı təklif ediblər. Lakin mülkiyyətçilərlə şirkət arasında razılıq əldə olunmayıb. Mülkiyyətçilər şirkətin şərtləri ilə razılaşmayıb. Evi sökülmüş və hazırda kirayədə yaşayan C.Mehdiyev deyib ki, şirkət sakinləri ərazidən köçürmək üçün polisin köməyindən istifadə edib: “Ortancıl qardaşımı şərləyib polisə aparmışdılar, guya fəhlənin qabırğasını sındırıb. Ancaq sual verən olmadı ki, bu fəhlə mənim evimdə nə gəzirdi axı”.
C.Mehdiyevin qardaşı İlqar Mehdiyev isə deyib ki, onu Yasamal Rayon Polis İdarəsində saxlayaraq barəsində cinayət işi açacaqlarını deyiblər. Ancaq 5-6 saat sonra azad ediblər. Geri qayıdanda görüb ki, evinin heç divarları da qalmayıb, evi ağır texnika ilə uçurublar. Yalnız bu vaxt başa düşüb ki, əslində onu polis idarəsində ona görə saxlayıblar ki, evinin söküntüsü zamanı ekskavatorlara maneçilik törətməsin.
Şirkət Süleymanovlar ailəsini isə mənzilindən məhkəmə yolu ilə çıxarıb: “Bizi məhkəməyə bu iddia ilə verdilər ki, bizə 100 min manat verilməklə mülkiyyət hüquqlarımıza xitam verilsin. Məhkəmə iddialarını təmin elədi, yuxarı məhkəmələr də qətnaməni qüvvədə saxladı”.
Sakinlər bildirib ki, ərazidə yaşayanların əksəriyyəti şirkət nümayəndələri tərəfindən hədələnməklə, polisə aparılmaqla, məhkəmələrin ədalətsiz qətnamələri əsasında evlərindən çıxarılıblar. İndi söküntü ərazisində cəmi bir mənzil qalıb. O mənzilin sahibi Hüseyn Qasımov bildirib ki, keçmiş qonşuları şirkət işçilərinin vədlərinə aldanaraq təqdim etdikləri müqavilələrə qol çəkib, ona görə də indi evsiz qalıblar. O isə qonşularından fərqli olaraq işini əvvəldən möhkəm tutub: “Biz birinci gündən onlarla razılığa gələ bilmədik. Çünki bizdə 400 kvadratmetr olan həyət evidir, ancaq bizi aparıb hərəmizə 60-cı illərin ”xruşşovka" binalarında, 4-cü mərtəbədə bir üçotaqlı ev göstərirlər. O binaların istismar müddəti 15-20 il qabaq bitib".
“Gilan” MMC-nin hüquqşünası Vüsal Dadaşov isə narazılarla razılaşmayıb. Bildirib ki, şirkət söküntüyə başlanmamışdan evi sökülən sakinlərə yaxşı məbləğdə kompensasiya təklif edib. Lakin sakinlər daha yüksək məbləğlərdən danışıb ki, bu səbəbdən də şirkət sakinləri evlərindən məhkəmə yolu ilə çıxarmalı olub: “Onlar bizi məhkəməyə verib, kompensasiya alıblar. Adamlar biləndə ki, bir yeri sökəcəklər, plana düşüb, çalışırlar çox pul alsınlar. Bir adam var, 10 kvadratmetr yeri var, 1 milyon istəyir. İndi biz ona 1 milyonmu verək? Məhkəmə qətnamə çıxararkən əsas kimi onu götürüb ki, mülkiyyətçilər öz hüquqlarından sui-istifadə edir”.
Hüquqşünas Namizəd Səfərov isə deyir ki, istər dövlət, istərsə də özəl şirkət hər hansı yaşayış ərazisini boşaldıb yerində tikinti aparmaq istəyirsə, mülkiyyətçinin istəklərini mütləq nəzərə almalıdır. Lakin mülkiyyətçi də bu hüququndan istifadə edib mülkiyyətində olam əmlakını qədərindən artıq qiymətləndirməməlidir: “Vətəndaşın mülkünü onun əlindən heç bir halda zorla ala bilməzlər. Qanunda da yazılıb ki, vətəndaşın mənzili mütləq satın alınmalı, ortada alqı-satqı müqaviləsi, yəni razılaşma, müqavilə olmalıdır. Əgər tərəflər aralarında razılığa gələ bilmirsə, mübahisəni məhkəmə həll edir”.
Ölkədəki bütün instansiyaları keçən və Avropa Məhkəməsinə müraciət edən Z.Süleymanova və C.Mehdiyevə şikayət məktublarının məhkəməyə daxil olması barədə məktub göndərilib. İndi onlar ümid edir ki, qanunların qoruduğu məmurların pozduğu hüquqlarını Avropa Məhkəməsində bərpa edəcək...
Qeyd edək ki, “Gilan” MMC fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olan “Gilan-Holdinq” biznes imperiyasına daxildir.

HƏBİBƏ

4984 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM

[13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT

[13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS

[13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR”

[13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI

[13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI

[13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI

[13.02.2012] - İSA QƏMBƏR - 55

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

ARXIV

Yeni MÜSAVAT © 2008