13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

HAKİMİYYƏT SEÇKİÖNCƏSİ DAİRƏLƏRİ DARMADAĞIN EDƏCƏK

2010-07-29

63 saylı Sabirabad DSK-nın aktiv seçiciləri olan məntəqələrinin başqa dairələrə birləşdirilməsi nəzərdə tutulur

Seçkilərə çox az bir vaxt qalmış iqtidar unikal bir metoda əl atacaq. Artıq Mərkəzi Seçki Komissiyası 63 saylı Sabirabad seçki dairəsini dağıtmağa hazırlaşır. MSK-dan dairəyə bildirilib ki, yaaxın günlərdə 63 saylı dairənin əsas kəndlərindən olan Cavad, Əlicanlı, Həsənli və Zəngənə kəndlərindəki seçki məntəqələri ləğv edilərək 65 saylı Sabirabad-Saatlı-Kürdəmir dairəsinə birləşdiriləcək.

Bu addımı MSK-dan onunla əsaslandırıblar ki, guya Seçki Məcəlləsinin 29-cu maddəsinə görə, hər bir seçki dairəsi üzrə 40 min seçici proporsiyası gözlənilməlidir. Məhz qanunun bu tələblərinə əsasən hər 5 ildən bir dairələr üzrə seçicilərin 40 minlik kvotaya uyğunlaşdırılması həyata keçirilir.
Bu barədə məlumat verən Ümid Partiyasının İqtisadi siyasət komissiyasının rəhbəri, 63 saylı dairədən namizədliyini irəli sürməyə hazırlaşan Razi Abasbəyli deyib ki, həyata keçirilən islahatlar seçkidən sonraya təsadüf etməlidir:
“Məhz Seçki məcəlləsinin müvafiq beş illik tələbinə uyğun olaraq dəyişikliklərin həyata keçirilməsi seçkilərdən sonraya təsadüf edir. Hesab edirəm ki, MSK-nın həyata keçirməyə çalışdığı bu dəyişikliklər qanun pozuntusu ilə yanaşı, həm də seçicilərə qarşı edilmiş böyük hörmətsizlikdir. Mən şəxsən Sabirabad rayonunun Cavad kəndində anadan olmuşam. İki ildən çoxdur ki, Cavad, Əlicanlı, Zəngənə, Həsənli kəndlərinin camaatının problemləri ilə yaxından tanış olur, onlara gücüm çatan qədər dəstək verirəm. Bu camaat məni yaxşı tanıyır. Təxminən 7 minə yaxın seçicini seçkilərə az bir vaxt qalarkən namizədsiz qoymaq, onları 65 saylı Sabirabad-Saatlı-Kürdəmir kimi qarışıq bir dairənin seçicisinə çevirmək yolverilməz haldır".
O qeyd edib ki, MSK belə bir qərar versə, o zaman adları çəkilən kəndlərin əhalisinin yekdilliklə seçkilərdə iştirak etməyəcəklərinə və bu kəndlərdə seçkilərin baş tutmayacağına indidən zəmanət verir: “Bundan başqa, baş verməsi gözlənilən bu mürtəce dəyişikliklə bağlı olaraq bütün beynəlxalq təşkilatlara müraciətlər edəcəyik. İndidən xəbərdarlıq edirəm ki, MSK belə bir yolverilməz dəyişikliyə getsə, o zaman rayonun əsas seçicilərindən olan və kifayət qədər aktiv elektorat bu haqsızlığa qarşı qanunun icazə verdiyi bütün aksiyalardan istifadə etməklə mübarizə aparacaqlar” deyə R.Abasbəyli bildirib.

Xəbər xidməti

972 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM

[13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT

[13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS

[13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR”

[13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI

[13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI

[13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI

[13.02.2012] - İSA QƏMBƏR - 55

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

ARXIV

Yeni MÜSAVAT © 2008