09 sentyabr 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

“TÜRKİYƏLİ İŞ ADAMLARINI AZƏRBAYCANDA İNCİDİRLƏR”

MHP-li millət vəkili “Yeni Müsavat”ın qonağı oldu
Atilla Kaya: “Məqsədimiz Türkiyəni AKP iqtidarının saldığı vəziyyətdən xilas etməkdir”

Ölkəmizdə qısamüddətli işgüzar səfərdə olan Türkiyə Böyük Millət Məclisinin üzvü, MHP yetkilisi Atilla Kaya dünən “Yeni Müsavat”ın redaksiyasına təşrif buyurdu. Azərbaycanın, eləcə də qəzetimizin köhnə və sadiq dostu olan Atilla Kayanı baş redaktor Rauf Arifoğlu qarşıladı. Onunla söhbətləşib səfər təəssüratlarını öyrəndik, Türkiyə gündəmi ilə bağlı bir sıra məsələlər ətrafında söhbət etdik.

R.Arifoğlu:
- Səfərinizin məqsədi nə idi? Kimlərlə görüşdünüz?

A.Kaya:
- Türkiyəli iş adamları, xarici ticarət naziri, Türkiyə-Azərbaycan dostluq qrupu üzvlərinin iştirak etdiyi heyətlə Azərbaycana qısa ziyarətimiz oldu. Amma bizdən əvvəl xarici ticarət naziri Zəfər Çağlayan Rostovdan Azərbaycana gəlib, dövlət başçısı İlham Əliyevlə görüşüb. Biz dünən nazir, dörd AKP-li millət vəkili və mən Azərbaycanın baş naziri, daha sonra iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşdük. Bu gün Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu olaraq Azərbaycan - Türkiyə dostluq qrupu və Milli Məclis rəhbəri ilə, millət vəkilləri ilə görüşdük. Nazirimiz bir sıra mağazaların, obyektlərin açılışlarına qatıldı.

R.Arifoğlu:
- Türkiyədən gələn iş adamlarının ölkəmizə səfərinin əsas məqsədi nədir?

A.Kaya:
- Məqsəd ticarət əlaqələrini genişləndirməkdir.

R.Arifoğlu:
- Ortada bir yeni proyekt varmı?

A.Kaya:
- Konkret proyekt yoxdur. Amma qatıldığım görüşlərdən bu qənaətə gəldim ki, burda yaşayan türkiyəli iş adamlarının problemləri var.

R.Arifoğlu:
- Problemlər dilə gətirildimi? Əsas problemlər nə ilə bağlıdır?

A.Kaya:
- Gömrüklə. Dünya praktikasına görə traylerlərin gömrükdə saxlanma müddəti var. Dünya praktikasında bu müddət 11, Türkiyədə 14 gündür. Azərbaycanda isə gömrükdə gözləmə müddəti 54 gün imiş. Türkiyə nazirinin sizin inkişaf naziri ilə nahar zamanı görüşdüyü bir sıra insanlar arasında burda iş qurub pulunu ala bilməyən, ya da yeni iş əlaqələri qurmaq üçün gələn insanlar var idi. İş adamları qarşılıqlı iş birliyini və ticarət həcmini genişləndirmək üçün gəlmişdilər. Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 2.2 milyard dollardı. Hər iki dövlətin potensialını nəzərə alsaq, bunun kiçik rəqəm olduğunu söyləmək olar. TUSİAB-ı ziyarət etdik. Ciddi sıxıntı və problemlərin olduğunu, bəlli bir qisim insanların ticarət obyektlərini tərk etdiklərini öyrəndik. Türkiyə ilə Suriya, Liviya arasında müqavilələr var. Ortaqlıq konseyi qurulub. Azərbaycanda da buna bənzər şərikli konseyin qurulması tələbi gəldi.

R.Arifoğlu:
- Bəs viza məsələsi nə yerdədir? Türkiyə tərəfi olaraq bu mövzuda nə söylədiniz? İki ölkə arasında viza rejiminin tamamilə aradan götürülməsinə mane olan nədir?

A.Kaya:
- Türkiyə tək tərəf olaraq Azərbaycanla viza rejimini üç il əvvəl aradan götürdü. Mən dövlət başçısı ilə olan toplantıya qatılmadım. Amma bizim nazirin söylədiklərinə görə, dövlət başçısı bu məsələlərə müsbət yanaşıb, Azərbaycanın da viza rejimini aradan qaldırmaq niyyətində olduğunu bildirib. Amma bunun nə zaman həyata keçiriləcəyinə söz verməyib.

R.Arifoğlu:
- Çox maraqlı heyətdə gəlmisiniz. İqtidar partiyasının (AKP) nümayəndələri, iqtidarın naziri və müxalifət partiyasından olan millət vəkili. Münasibətləriniz heyətdə necədir? Narazılıqlar, söz çəkişmələri varmı?

A.Kaya:
- Əlbəttə, Türkiyədə iqtidarla müxalifət arasında çox ciddi və zaman-zaman sərtləşən çəkişmələr var. Ölkəmiz referendum ərəfəsindədir...

R.Arifoğlu:
- Heyətdə necə, bir probleminiz varmı?

A.Kaya:
- Heyətdə hər hansı problem yoxdur. Burda Türkiyənin daxili siyasətinə aid bir şey olmadı. Qatıldığım toplantılarda müxalifət partiyasının millət vəkili olaraq müdaxilə etməyimizə səbəb olan vəziyyətlə qarşılaşmadıq. Olsaydı, təbii ki, biz öz fikirlərimizi dilə gətirərdik. İqtidar millət vəkilləri (AKP) ilə də bir problemimiz olmadı.

R.Arifoğlu:
- Azərbaycandakı türk iş adamlarını dinlədinizmi?

A.Kaya:
- Çox şikayətləri var. Biri dedi ki, Türkiyədən bir məhsulun satışı ilə məşğuldur. Məsələn, bir gün ona zəng edib deyiblər ki, daha bu məhsulu gətirmə...

R.Arifoğlu:
- Monopoliya yəni...

A.Kaya:
-Bəli.

R.Arifoğlu:
- Ayrı-seçkilik tək türkiyəli iş adamlarınadır, yoxsa rus, iranlı və ingilisə də əngəl törədirlər?

A.Kaya:
- Bunu bir nümunədə anlatmaq istərdim. İş adamlarından biri Azərbaycana Amerika mənşəli toyuq gətirirmiş. Gömrükdə problem yaranıb. Səfirlik (Türkiyə) müdaxilə edib, amma yenə də xeyri olmayıb. Lakin işə Amerika səfirliyi qarışandan dərhal sonra problem 15 dəqiqəyə həll edilib. Qərb ölkələrinə fərqli münasibət var.

R.Arifoğlu:
- Atilla Kaya olaraq köhnə və yeni dostlardan, tələbələrdən kimlərlə görüşmək imkanlarınız oldu?

A.Kaya:
- Türkiyədən olan tələbələrlə, Novruz əmi və sizinlə görüşdük. Proqram çox sıxdır. Demək olar ki, cəmisi bir sutka burada olduq. İnşallah, yaxın zamanda geri qayıdacağıq.

R.Arifoğlu:
- Görüşlərdə Türkiyə və Ermənistan arasında sərhədlərin açılması mövzusu gündəmə gəldimi?

A.Kaya:
- Sərhəd məsələsi yox, amma Türkiyənin Azərbaycanın Ermənistanla arasında olan problemlərdə indiyə qədər olduğu kimi, gələcəkdə də Azərbaycanın yanında olacağı deyildi.

R.Arifoğlu:
- Azərbaycan tərəfi bu mövzuda rahat idimi?

A.Kaya:
- Dilə gətirmədiklərinə görə, demək bir şey var. Ötən dəfə gəlmişdik; o zaman ancaq bu mövzu ilə bağlı görüşlərimiz oldu. Bu dəfə heç mövzu açılmadığına görə deməli, Azərbaycan tərəfi rahatdır. İnşallah, bizim iqtidar bir daha belə bir problemlər yaratmaz.

R.Arifoğlu:
- Türkiyədə nə baş verir: Türkiyə daxili müharibəyə doğrumu gedir? Türkiyədə türk-kürd savaşı gözlənilirmi?

A.Kaya:
- Təbii ki, Türkiyədə kökü əvvəllərə uzanan belə bir problem var. AKP iqtidarı dönəmində bu, ciddi təhdidə çevrildi. Kürd problemi deyirlər, amma bizim baxışımıza görə, bu terror problemidir. Məsələnin bu həddə gəlməsində AKP iqtidarının siyasətinin ciddi təsiri oldu. PKK ilk silahlı terrora 1984- cü ildə başladı. Bu günə qədər PKK-nın bəlli hədəfi var. Bu hədəfi həyata keçirmək üçün də silahlı mübarizə aparır. Zaman -zaman geri çəkilmək, atəşkəs kimi taktiki addımlar atılır. Amma PKK hədəflərindən geri çəkilməyib. Kürdlərin məqsədi müstəqil kürd dövləti qurmaqdır. Onlar dörd parçada (Suriya, İran, Türkiyə, İraq) tək ölkə deyirlər. Türkiyədən də parça qoparmaq istəyirlər. Amerikanın müdaxiləsi ilə İraqın şimalında nə isə etdilər. İndi isə türk milləti şüurunu hədəfə alan hücumlara başlayıblar. Amma baxırıq ki, eyni münasibəti bizim iqtidar da sərgiləyir. Bu məsələ Türkiyə üçün ciddi təhdid halı alıb. Bu da iqtidarın yanlış diaqnoz qoyması ilə bağlıdır. Toplumun bir çox kəsimində qütbləşmə, gərginlik siyasəti yürüdürlər artıq. Layıqlik və anti-layıqlik üzərindən siyasət yürüdülür. Konstitusiyaya dəyişiklik məqsədilə qarşıda referendum var. Bu məsələdə də qütbləşmə var. Şərqi və Cənubi-Şərqi Anadoludan Türkiyənin dörd yanına şəhid cənazələri gəlir. Əvvəllər də cənazələr gəlirdi. Amma əvvəlki iqtidarlar heç olmasa terrora qarşı mübarizə apardılar. Bunlar isə öncə kürd açılımı, sonra adını dəyişib demokratik açılım dedilər. Gördülər ki, toplumda hərəkətlilik yarandı, bunun adını milli birlik və qardaşlıq projesi qoydular... Türkiyə Böyük Millət Məclisi olaraq iqtidara sərhədlərin o tayında əməliyyat keçirməsi üçün səlahiyyət verdik. Amma iqtidar partiyası bu səlahiyyətdən istifadə etmədi...

R.Arifoğlu:
- Müxalifət partiyaları bu problemin qarşısını necə almağı düşünür?

A.Kaya:
- Bir tərəfdən terror, silahlı hücumlar davam edərkən, açılımlar etdikcə, PKK-çılar fikirləşirlər ki, vurduqca bir sıra haqlar alırlar. Bunun yolu terrora son verməkdən keçir. AKP-nin iqtidara gəldiyi 2002-ci ilin noyabrında terror hadisələrinin səviyyəsi sıfıra enmişdi. Amma 2004-cü ildən sonra yenidən başladı. Müxalifət olaraq düşünürük ki, öncə terrora qarşı genişmiqyaslı mübarizə aparmaq, sonra hansısa etnikin yox, Türkiyədə yaşayan 72 milyon insanın ehtiyac duyduğu demokratiya və insan haqları sahəsində çatışmazlıqları aradan qaldırmaq lazımdır.

R.Arifoğlu:
- Referendumdan nə gözləyirsiniz, xalqdan “Xeyir!” tələbiniz var...

A.Kaya:
- Bizdə “Xeyir!”də bir xeyir var", deyə bir ifadə işlənilir. Referendum AKP-nin gündəmi dəyişdirmək üçün ortaya atdığı məsələdir. Türkiyədə ictimaiyyət arasında araşdırmalar aparılır, xalqın problemləri və ehtiyacları ilə bağlı sorğular keçirilir. Anketlərdə önə çıxan birinci məsələ işsizlik, ikincisi ya terror, ya da dolanışıq çətinliyidir. Bu sorğularda konstitusiyaya dəyişiklik tələbi dilə gətirilməyib. AKP buraxdığı səhvlərin üzərini örtmək üçün konstitusiya dəyişiklikləri məsələsini gündəmə gətirdi... Həm iqtidar, həm də müxalifət tərəfindən ictimaiyyət arasında aparılan araşdırmalar “hə” və “yox” cavabları arasında az səs fərqi olduğunu göstərir. Bu da sübut edir ki, cəmiyyətdə ciddi cəbhələşmə var.

R.Arifoğlu:
- Qarşıdan seçkilər gəlir. MHP-nin iqtidar və ya iqtidar ortağı olmaq ehtimalı nə qədərdir?

A.Kaya:
- Bütün siyasi partiyalar seçkilərə təkbaşına iqtidar olmaq hədəfi ilə qoşulurlar. Buna görə təkbaşına iqtidar olmaq niyyətindəyik. Amma sabah ortaya nə cür tablo çıxacağı bəlli deyil. Koalisiya imkanının yaranmasını millətin iradəsi müəyyənləşdirəcək. Məqsədimiz sosial, iqtisadi və xarici siyasət baxımından Türkiyəni AKP iqtidarının saldığı vəziyyətdən xilas etməkdir.

Leyla İLQAR

887 dəfə baxılıb

[09.09.2010] - HƏMSƏDRLƏR ERMƏNİLƏRİ QƏZƏBLƏNDİRİBLƏR

[09.09.2010] - ABŞ QARABAĞDA OLASI MÜHARİBƏDƏN NARAHATDIR

[09.09.2010] - HƏMSƏDRLƏR CƏBHƏ XƏTTİNİ KEÇİB XANKƏNDİNƏ GETDİ

[09.09.2010] - BMT QARABAĞA DAİR LAYİHƏYƏ BU GÜN BAXACAQ

[09.09.2010] - AXCP-MÜSAVAT SEÇKİ BLOKU RƏSMƏN YARANDI

[09.09.2010] - İRANLA ERMƏNİSTAN ARASINDA QARABAĞ MÜZAKİRƏSİ OLACAQ

[09.09.2010] - BAŞ PROKURORLUQDA TEST ŞOKU

[08.09.2010] - RAUF ARİFOĞLU TƏŞƏBBÜSÇÜLƏRLƏ GÖRÜŞDÜ

[08.09.2010] - ABŞ BAKIYA YÜKSƏK VƏZİFƏLİ DİPLOMAT GÖNDƏRİR

[08.09.2010] - TÜRKİYƏNİN MƏDƏNİYYƏT NAZİRİNİN ERMƏNİ SEVGİSİ

[08.09.2010] - BÖYÜK DÖVLƏTLƏRİN BÖYÜKLƏRİ BAKIYA NİYƏ TEZ-TEZ GƏLİR?

[08.09.2010] - CƏBHƏDƏ ATIŞMALAR DAHA DA ŞİDDƏTLƏNİB

[08.09.2010] - “PARLAMENT SEÇKİLƏRİ AZƏRBAYCANIN GƏLƏCƏYİ BAXIMINDAN ƏHƏMİYYƏTLİDİR”

[08.09.2010] - NAZİRİN “UNDERGROUND” PLANI İŞƏ DÜŞDÜ

[08.09.2010] - VƏLİYEV QARDAŞLARININ BÖYÜK İDDİALARI...

[08.09.2010] - SƏRKİSYANIN QARDAŞI İRANLA QOYUN ALVERİ EDİR

[08.09.2010] - ZİYA MƏMMƏDOV OĞLUNUN AYI YEMƏSİNDƏN DANIŞIB

[08.09.2010] - QORBAÇOV MİRƏLİOĞLUNDAN QORXDU

[07.09.2010] - ELMAR VƏLİYEVİN OTELİNDƏ MƏŞUM FACİƏ

[07.09.2010] - RƏSMİ BAKI BÖHRAN QRUPUNUN HESABATINA REAKSİYA VERMƏYƏ TƏLƏSMİR

ARXIV

Yeni MÜSAVAT © 2008