|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Bu kəlamın müəllifi İsa Peyğəmbərdir... Nifrət içində boğulan Mirşahinin qəzet səhifələrindəki postulatlarını oxuyarkən İncildə rastlaşdığım bu müdrik kəlam gözlərimin önündə dayandı. İsa Peyğəmbər bunu çar İrod haqqında söyləmişdi. Kilsələr ucaldan İrod (onun inşa etdiyi bir məbəddə İsa Peyğəmbər də dualar etmişdi) məsih dünyaya gəlməmiş bütün körpələrin başını üzürdü. Ancaq kilsələr də tikirdi... Mənə həsr olunan “Bədbəxt adam” filmində isə Mirşahin kilsədə şam yandırmağımı irad tutur. Belə deyirlər, əfsus ki, zindanda bu sənət əsərini seyr edə bilməmişəm... Aqasferin 10 iddiası Bu gün isə ifritələrin od qalaqçısı iddianı öz taleyinə sürməkdənsə mənə qarşı 10 bənddən ibarət iddia ilə çıxış edir. İngilislər demişkən, Allahdan uzaq, kilsəyə yaxın yerlərdə (yəni zindanda) məskən salsam da Aqasferin iddialarını cavabsız qoymayacağam. Birinci iddia: “Eynulla qeyri-ciddidir. Bu - belədir. Belə də olacaq”. Gertsen yazırdı: “Monarxiyaları ənənəvi ciddi mübarizə üsulları ilə devirmək olmayacaq. İnqilab - gülüşdür. Gülün və sülalələri çökdürün”. Əliyevlərin epoxası qorxu ilə səciyyələnirsə, gülüşlə məğlub ediləcək. Brejnevi də gülüşlə məğlub etmişdilər. Bu, doğrudan da belə olacaq. İkinci iddia: “Mən Eynullanı jurnalist hesab etmirəm”. Bu, Mirşahinin hüququdur. Avropa Konvensiyası bu hüququ qoruyur. Üçüncü iddia: “Eynulla jurnalist üçün gərəkən start keyfiyyətlərini itirdi”. Çar Rusiyası dövründə ən parlaq jurnalist olan Gilyarovski (heç bilmirəm, Mirşahin onu oxuyubmu?!) əmin idi: “Sən artıq həyata jurnalist kimi gəlirsən. Ya da gəlmirsən. Ya yaza bilirsən, ya da yaza bilmirsən”. Dördüncü iddia: “Biz Eynullanı Londona kursa aparmışıq, amma onu jurnalist edə bilməmişik. Onu dəqiq və qərəzsizliyə öyrədə bilmədiyimizə görə işdən qovmuşuq. Özü də mən!!!” Yalandır! Mirşahin utanmadan yalan danışır. 1999-cu ildə mən ölkə mətbuatında hakimiyyətin narahatlığına səbəb olmuş jurnalist araşdırmaları, publisistik esselərlə çıxış edirdim. Böyük oxucu auditoriyasını qazanırdım. Gözlənilmədən mənə ANS-dən zəng gəldi, Vahid Mustafayev mənimlə görüşmək təşəbbüsünü göstərdi. Görüşüb söhbətləşdik. Vahid mənə ANS-in qəzetini buraxmaq təklifi ilə müraciət etdi. Mən isə senzurasız və məhdudiyyətsiz azadlıq prinsipi ilə yanaşı, öz şərtlərimi və tələblərimi irəli sürüb, təklifi qəbul edib, həqiqətən Mirşahinin söylədiyi kimi Londona yollanıb, çox qısa müddət ərzində “Financiel Times”, “Quardian” və “Ekonomist” dərgilərinin redaksiyalarında “Qərb jurnalistikasının” standartları ilə tanış olaraq təcrübə topladım. Lakin Bakıya döndükdən sonra qəzet nəşri təklifi televiziyada aparıcılıq alternativi ilə əvəz edildi. Yenə şərtlərimi irəli sürdüm. Vahid Mustafayev qəbul etdi. Mirşahin isə ANS-də icraçıdır, qərarların qəbul edilməsinə heç bir təsir göstərmirdi. Yəni qısası, ANS-in iyerarxiyasında “heç kəsdir”, Vahidin iradəsinin ifaçısı, sadə jurnalistdir. Beşinci iddia: “Eynulla ANS-də çalışanda bizim təsirimiz altında obyektiv olmağa vadar edildi... Eynulla hələ islah oluna bilər”. Görün jurnalist, özü də demokratik təfəkkürə iddialı birisi siyasi məhbusun islah olunmasından dəm vurur. Nə yaxşı ki, dəvənin qanadları olmur, nə yaxşı ki, ayılar uçmur... Heç bizim həbsxana rəisi belə kateqoriyalarla artıq düşünmür. Mirşahin! Güzgüyə bax, gör həyat səni nə hala salıb. Həbsdəki jurnalistlərin islah olunmasından indiyədək üç nəfər danışıb - Ramiz Mehdiyev, Əli Həsənov və Mirşahin. “Cisimləri öldürənlərdən qorxmayın” - İsa Peyğəmbər belə deyirdi. Mirşahinin ruhunu öldürdülər. Ax, cəlladlar! Kaş ki, onun cismini öldürəydilər. Hər kəs zamanında ölməlidir. Elmar Hüseynov tez-tez təkrar edirdi: “Viktor Tsoyu vaxtında öldürməsəydilər, onu Makareviçə çevirərdilər”. Mirşahini Bəxtiyar Sadıqovdan da pis günə qoydular. Azad jurnalisti stalinistə çevirdilər. Heyf, çox heyf!... Altıncı iddia: “Azərbaycana Eynulla yox, Anar lazımdır”. Bir gün Bulat Okucavadan soruşurlar: “Siz ziyalısınızmı?” Okucava cavab verir: “Bilmirəm, öləndən sonra bilinəcək”. Yeddinci iddia: “Ölkə Eynullaların ölkəsinə çevrilir. Eynulla kimi adamlar Anardan avtoqraf almağı özləri üçün bəxtəvərlik saymalıdır...” Hələ sovet dövründən gürcülərin çox istedadlı kinorejissura məktəbi formalaşıb. Həmin məktəbin çox parlaq bir yetirməsi sənətdə böyük addımlar atmaqdadır. Onun adı Dmitri Mamuliyadı. Onun həm də çox maraqlı fəlsəfi esseləri var. Mirşahinin özünəvurğunluq və stalinizmdən başı açılsa, onun sənəti ilə maraqlanması pis olmaz. Mamuliyanın “Qadın və ədəbiyyat” adlı bir sənədli filmi var. Həmin filmin ilk saniyələrindəcə rejissor tamaşaçını düşünməyə, hiss etməyə vadar edir: “Dünyada ən başlıca dəyərlər - Qadın və ədəbiyyatdır. Onlar anlamanı qəbul etmir. Onlarla qarşılaşdıqda sən donub-qalmalısan, titrəməlisən, danışıq və görmə qabiliyyətini itirməlisən...” Səkkizinci iddia: “Eynulla azadlığa çıxsa da... və təhqir, söyüşlər”. Əfsus ki, Balzak XIX əsrdə qaldı. Ondan da avtoqraf alardım, çünki Mirşahinin surətini bu dahi yazıçı, “İnsan komediyaları” seriyasına mütləq əlavə edərdi. Bəlkə də o, “Eşşək dərisi”ndəki Rafaeli Mirşahinə bənzədib? Axı Mirşahin azadlığını və həyat eşqini Badamdardakı villaya, vitse-prezident kürsüsünə və Gül Kimi Günlərə dəyişdi, eşşəyin dərisi isə kiçilməkdə davam edir... Doqquzuncu iddia: “Eynulla vətənpərvər deyil, ermənipərəstdir və ləyaqətini itirib”. Bir halda ki söhbət yazıçılardan və insan komediyalarından, monarxiyadan və həbsxanada yatan yazarlardan düşdü, zamanında qeyri-ciddi, gülüşlə inqilab dalğasını qaldıran, qeyri-vətənpərvərlikdə ittiham edilən və günü sürgündə keçən ölməz rus klassiki Saltıkov-Şedrinin ölməz kəlamını necə xatırlamayasan: “Son vaxtlar yaman vətənpərvərlikdən dəm vururlar. Deyəsən, vətəndə oğurluq baş alıb gedir”. Əlavəyə ehtiyac varmı? Onuncu iddia: “Eynulla Azərbaycanı tərk etməlidir”. Mirşahindən öncə bu təklifi mənə İlham Əliyev vermişdi. 2006-cı ilin oktyabrında. Vaxtilə Vahid və Mirşahin kimi 2006-cı ildə də İlham Əliyev məni Dumanlı Albionda görmək istəyirdi... O günü görməyəcəksiniz. Arzularınızı qəlblərinizdə dəfn edin...
9847 dəfə baxılıb
|
[04.02.2012] - “BEYNƏLXALQ ALƏMDƏ ƏLİYEV REJİMİNİN TƏKLƏNMƏSİ PROSESİ GEDİR” [04.02.2012] - MOSKVA – DÖZÜLMƏZ ŞAXTA, SEÇKİLƏR VƏ AZƏRBAYCANLILAR [04.02.2012] - “BAKIDA ADAM NƏ QƏDƏR ÇOX YESƏ DƏ, TEZ ACIR” [04.02.2012] - ABŞ MÜDAFİƏ NAZİRİ İRANIN VURULACAĞI VAXTI İLK DƏFƏ AÇIQLADI [04.02.2012] - SARKOZİ TÜRKLƏRLƏ DÜŞMƏNÇİLİYƏ QƏRAR VERDİ [04.02.2012] - ARDNŞ-in QAZ İXRACININ GİZLİNLƏRİ [04.02.2012] - ETİBAR PİRVERDİYEVİN DƏVƏLƏRİ SOYUQDAN TƏLƏF OLDU [04.02.2012] - “TÜRKİYƏ İLƏ AZƏRBAYCAN ARASINDAKI PROBLEM HƏLL EDİLMƏLİDİR” [04.02.2012] - ZƏNGİNLƏRİMİZ TÜRKİYƏDƏ 100 MİLYONLUQ VİLLALAR ALMAQ ÜÇÜN NÖVBƏDƏ [04.02.2012] - AŞ PA MƏRUZƏÇİLƏRİ BAKIDA MƏTBUAT KONFRANSI KEÇİRDİ [04.02.2012] - İRANIN BAKIDAKI ƏSAS ADAMI NİYƏ HƏDƏFƏ ALINIR? [04.02.2012] - RUSİYA BƏŞƏR ƏSƏDİ KƏNDİRDƏN ALDI [04.02.2012] - RUSİYALI POLİTOLOQDAN AZƏRBAYCANA MÜHARİBƏ XƏBƏRDARLIĞI [03.02.2012] - SARKOZİNİN QANINI QARALDANLAR BAKIYA GƏLİR [03.02.2012] - ERMƏNİ BAKIYA GƏLMƏKDƏN İMTİNA ETDİ [03.02.2012] - İLKƏR BAŞBUĞA ÖMÜRLÜK HƏBS İSTƏNİLİR [03.02.2012] - “RƏSUL QULİYEV KİMƏSƏ, NƏYƏSƏ ARXALANIB BƏYANATLAR VERİRSƏ...” [03.02.2012] - RUSLAR QƏBƏLƏ RLS-dən DANIŞDI [02.02.2012] - AŞPA HƏMMƏRUZƏÇİLƏRİ BAKIDA MƏTBUAT KONFRANSI KEÇİRİBLƏR |
| Yeni MÜSAVAT © 2008 |
|